/ / Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi qürurverici hadisədir
Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi qürurverici hadisədir
09.07.2019 [10:24]
Azərbaycan daha bir mötəbər, beynəlxalq əhəmiyyətli tədbirə ev sahibliyi etməklə beynəlxalq münasibətlər sistemində yerini və rolunu, ən əsası zəngin dövlətçilik ənənələrinə malik ölkə olduğunu təsdiqlədi. UNESKO-unun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası milli-mənəvi dəyərlərimizin, tarixi-mədəni irsimizin qorunması və təbliğinin, eyni zamanda, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə dəstək olmağın dövlət siyasətimizin əsas tərkib hissələrindən biri olmasına işıq saldı. Təbii ki, hər bir xalqın varlığı, milli kimliyi, ilk növbədə, milli-mənəvi dəyərlərində ehtiva olunur. Ümummilli lider Heydər Əliyev hakimiyyətinin hər iki dövründə mədəniyyətimizin, milli-mənəvi sərvətimizin qorunması istiqamətində mühüm addımlar atmış və bu siyasət son 15 ildən artıq dövr ərzində Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ölkəmizin UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi etməsini, eyni zamanda, Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsini şərh edərkən deyib.
V.Rəhimzadə qeyd edib ki, Azərbaycan dünya irsinin müdafiəsi və mühafizəsinə davamlı töhfələri ilə diqqət çəkir. UNESKO-nun Bakı sessiyası məhz iştirakçı ölkələrin bu istiqamətdə gördüyü işlərə, malik olduqları təcrübəyə işıq salmaqla yanaşı, ümumbəşəri dəyərlərə malik tarixi və mədəni abidələrin Ümumdünya İrs Siyahısına salınması üçün müzakirələrin aparılması və konkret nəticələrin əldə olunması baxımından da xüsusi əhəmiyyət kəsb edir. Sessiyanın iclasında Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiyasının UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi təqdirəlayiq və qürurverici hadisədir. Dünyanın müxtəlif ölkələrindən 2500-dən çox nümayəndənin qatıldığı belə mötəbər tədbirdə Azərbaycanın bu uğuru bir daha dövlətimizin həyata keçirdiyi siyasətə dəstəyin, Azərbaycan reallıqlarına yüksək dəyər verməyin göstəricisidir. Dövlətimizin başçısı İlham Əliyevin bu münasibətlə Azərbaycan xalqına təbrikində də qeyd olunduğu kimi, son illər Azərbaycanın mədəni irsinin dünya səviyyəsində tanıdılması və qorunması istiqamətində çoxsaylı layihələr həyata keçirilir. Bu fəaliyyət beynəlxalq təşkilatlarla, xüsusən dünya mədəniyyəti, təhsili və elminə məsul olan UNESKO ilə sıx əməkdaşlıq şəraitində gerçəkləşdirilir. İçərişəhər, Qız qalası və Şirvanşahlar Saray Kompleksi, Qobustan Qaya Sənəti Mədəni Landşaftı UNESKO-nun Ümumdünya İrs Siyahısında, həmçinin xalqımızın qeyri-maddi mədəni irsinin 13 nümunəsi UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısında yer alır. Bu mühüm hadisələr Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə verdiyi töhfənin beynəlxalq miqyasda bir daha yüksək dəyərləndirildiyinin təsdiqidir. Artıq bundan sonra Şəki Xan Sarayı, karvansaraylar, məscid və minarələr, qədim körpülər, sənətkarlıq emalatxanaları və yaşayış evləri təkcə xalqımızın deyil, bəşəriyyətin mədəni irsi hesab olunur.
Azərbaycan-UNESKO əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini əlavə edən V.Rəhimzadə bu əlaqələrin inkişafında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətlərini xüsusi vurğulayıb. Bildirib ki, 1995-ci ildə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təsis olunan Azərbaycan Mədəniyyətinin Dostları Fondunun dəstəyi ilə milli mədəniyyətimizin qorunması və təbliği istiqamətində mühüm layihələr həyata keçirilib. Bu layihələr UNESKO ilə əməkdaşlığın inkişafına öz töhfəsini verib. Bu əməkdaşlıq Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın 2004-cü ildə qurumun xoşməramlı səfiri seçilməsindən sonra daha sürətlə inkişaf etməyə başlayıb. Muğam sənətinin, aşıq sənətinin, Novruz bayramının, İçərişəhərin, tar ifaçılığı sənətinin UNESKO-nun nadir, şah əsərləri sırasına daxil edilməsində Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələrin öz yeri var. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində Azərbaycan-UNESKO əməkdaşlığından geniş bəhs edərək, bu mühüm məqamları da diqqətə çatdırıb ki, son 5 ildə ölkəmizdə 40 tarixi abidə bərpa edilib və yenidən qurulub. İçərişəhər, Şirvanşahlar sarayı, Qız qalası, Qobustan qaya rəsmləri UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Musiqi xəzinəmizin inciləri olan muğam və aşıq sənəti də Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olunub. Bir sözlə, bu əməkdaşlıq Azərbaycanın sərvətlərinin beynəlxalq məkanda dəyərləndirilməsində əhəmiyyətli rol oynayır.
V.Rəhimzadə Azərbaycanın ev sahibliyi etdiyi tədbirlərin ölkəmizə qazandırdığı uğurlardan, Azərbaycanın multikultural dəyərlərin inkişafına töhfələrinin, bu sahədə malik olduğu təcrübənin təqdimatında rolundan da bəhs edib. O qeyd edib ki, müxtəlif mədəniyyətlərin, dinlərin qovuşuğunda yerləşən Azərbaycan bu tədbirlərlə bu günə qədər dövlətlər, xalqlar arasında oynadığı körpü rolunu daha da möhkəmləndirir, yeni-yeni əlavələr gətirməklə inkişaf modelinin alternativsizliyini bir daha təsdiqləyir. Ən əsası, Azərbaycan bu gün beynəlxalq əhəmiyyətli tədbirlərə yüksək səviyyədə ev sahibliyi etmək təcrübəsinə, təşkilatçılığına malik olduğunu dünyaya nümayiş etdirir.
Xəbər lenti
Hamısına baxSiyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17

