Bakı Mədəniyyətlərarası Gənclər Forumu çərçivəsində plenar sessiyalar keçirilib
18.07.2019 [09:20]
İyulun 17-də “Bakı Mədəniyyətlərarası Gənclər Forumu: Dinlərarası dialoqdan fəaliyyətə doğru” adlı I Beynəlxalq Gənclər Forumu çərçivəsində plenar sessiyalar keçirilib. Forum Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi layihəsi çərçivəsində təşkil edilib.
AZƏRTAC xəbər verir ki, “Multikulturalizm siyasəti və multikulturalizmin Azərbaycan modeli” mövzusunda keçirilən ilk sessiyanın moderatoru İrina Kunina qeyd edib ki, multikulturalizmin müasir dövrdə bir sıra modelləri var. Bu modellər öz xüsusiyyətlərinə görə bir-birindən fərqlənir. Multikulturalizmin müxtəlif modelləri arasında bəzi fərqlərin olmasına baxmayaraq, multikultural cəmiyyətin formalaşmasında və multikultural mühitin dəstəklənməsində aparıcı rol dövlətə məxsusdur.
Moderator multikulturalizmin Azərbaycanda həyat tərzinə çevrildiyini, ölkədə ayrı-ayrı millətlərin nümayəndələrinin sülh şəraitində yaşadıqlarını vurğulayıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Layihələr şöbəsinin müdiri Abbas İsmayılov sessiyada çıxış edərək Azərbaycanın multikulturalizm modelindən bəhs edib. O bildirib ki, Azərbaycanın multikulturalizm modelinin məqsədi dünyada dinlər, xalqlar və millətlər arasında birgəyaşayışın harmoniyasını yaratmaqdır. Hazırda bu model dünyaya bir nümunə kimi göstərilir və eyni zamanda, öyrənilir.
Şöbə müdiri qeyd edib ki, Azərbaycanın dövlət siyasətinə çevrilən multikulturalizm siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Hazırda Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Müstəqil Azərbaycan Respublikasında millətlərarası münasibətlər və din sahəsində həyata keçirilən dövlət siyasəti beynəlxalq hüququn normalarına və zəngin tarixi köklərə əsaslanır və bu səbəbdən də dünya ictimaiyyətinin diqqətini cəlb edir.
Abbas İsmayılov dövlətimizin başçısının müvafiq Fərmanı ilə yaradılmış Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin gördüyü işlər, həyata keçirdiyi layihələr barədə də ətraflı məlumat verib. Qeyd edib ki, multikulturalizm və tolerantlığın qorunub inkişaf etdirilməsi istiqamətində görülən işlər dövlət-din münasibətlərinin, eyni zamanda, millətlərarası və dinlərarası münasibətlərin tənzimlənməsinə xidmət edir.
Sonra Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Mədəniyyət Nazirliyi Aparatının rəhbərinin müavini, Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə deyib ki, Azərbaycan multikulturalizmin, tolerantlığın, birgəyaşayışın təkcə regionda deyil, beynəlxalq arenada da təşviqi ilə məşğul olur. Dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanınan ölkəmizdə sivilizasiyalararası və dinlərarası dialoqa töhfə verən bir çox nüfuzlu beynəlxalq tədbirlər keçirilir və bu, artıq ənənə halını alıb.
Vasif Eyvazzadə Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Bakı Prosesi” çərçivəsində mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafı sahəsində həyata keçirilən uğurlu layihələrdən bəhs edib. Bildirib ki, “Bakı Prosesi” mədəniyyətlərarası dialoqun inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. O, həmçinin multikulturalizmə zidd olan ksenofobiya, diskriminasiya və islamofobiyanın acınacaqlı təzahürlərindən danışıb.
Daha sonra “Bakı Prosesi”nin 10 illik fəaliyyətini əks etdirən videoçarx göstərilib.
“Millətlərarası münasibətlərin gələcəyə inteqrasiyası” adlı plenar sessiyanın moderatoru Sara Rahim Böyük Britaniyada fəaliyyət göstərən Gənclər Arasında Ümumi Söz (ACWAY) təşkilatının fəaliyyətindən, gənclərlə bağlı reallaşdırdığı layihələrdən danışıb.
Qriffit Universitetinin Dinlərarası və Mədəni Dialoq Mərkəzinin direktoru Brayan Adams çıxışında dini və milli tolerantlıq mühitinin millətlərarası münasibətlərin sağlam şəkildə inkişafına töhfələri barədə söhbət açıb. O, müxtəlif millətlərdən olan gənclərin bir araya gələrək mədəniyyətlərarası və dinlərarası dialoqla bağlı müzakirələr aparmalarının əhəmiyyətli olduğunu bildirib. Eyni zamanda, gənclərin dinlərarası və mədəniyyətlərarası dialoq kimi təşəbbüslərə daha fəal şəkildə cəlb edilməsinin, onların liderlik bacarıqlarının inkişaf etdirilməsinin vacib olduğunu qeyd edib. Brayan Adams bu cür imkanların yaradılmasına görə Azərbaycan Hökumətinə təşəkkürünü bildirib.
Plenar sessiyalar müzakirələrlə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

