"Freedom House" öz ciddi imicini çoxdan itirib
17.12.2009 [09:55]
Dünya ölkələrində insan hüquqları, sosial-siyasi təsisatların demokratik indekslər baxımından durumu və fəaliyyət mexanizmi kimi fundamental məsələləri araşdıraraq hesabatlar hazırlayan “Freedom House” təşkilatı növbəti dəfə qərəzli və konkret güclərin maraqlarına xidmət edən mövqe sərgiləyib. Təşkilatın hazırladığı “Azadlıq xəritəsi-2009” adlı hesabatda ədalətsiz və sifarişə dəlalət edən çalarlar açıq-aşkar sezilir. Belə ki, hesabatda Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağın Azərbaycanla Ermənistanın ortaq ərazisi kimi göstərilməsi təşkilatın ədalətsiz və qərəzli mövqeyinin ən bariz göstəricilərindəndir. Digər tərəfdən, Ermənistan və işğal altında olan “Dağlıq Qarabağ”ın “qismən azad”, Azərbaycanın isə “qeyri-azad” ölkə kimi təqdim edilməsi faktı bu “demokratik” hesabat əsasında hansı məqamların gizləndiyini bir daha aydınlaşdırır...
“Freedom House” hökumətdən kənar təzyiq qrupudur...
ümumiyyətlə, konkret qüvvələrin göstərişləri və maraqları əsasında çıxış edən “Freedom House” kimi təşkilatlar beynəlxalq miqyasda mövcud olan təzyiq qruplarını xatırladırlar. Məhz bu cür hökumətdən kənar aktorlar-təzyiq qrupları “demokratiya” və “insan hüquqları” kimi fundamental prinsiplərdən ideoloji silah kimi istifadə edir və dövlətlər üzərində basqı vasitəsilə bir sıra güclərin maraqlarını təmin edən xidmətçi funksiyanı yerinə yetirirlər. Məhz buna görə də “Freedom House” öz hesabatlarında konkret, real faktlardan yan keçərək subyektiv maraqlara söykənən çalarlara geniş şəkildə yer ayırır. Məsələn, terrorçu rejimin hökm sürdüyü və demokratik prinsiplərdən məhrum olmuş Ermənistanın, eləcə də, qondarma “Dağlıq Qarabağ”ın “qismən azad” ölkə adlandırılması demokratik dəyərləri və dövlətlərin ərazi bütövlüyü prinsipini ayaqlar altına almaq deməkdir. çünki hətta öz vətəndaşlarına qarşı belə terror aktları törədən bir dövlətin - Ermənistanın “qismən azad” ölkələr sırasında təqdim edilməsi faktı başqa cür qiymətləndirilə bilməz...
Bunlarla yanaşı, təşkilatın hər il hazırladığı hesabatlarda beynəlxalq hüquq normalarının ən zəruri və fundamental prinsipləri kobudcasına pozulur. Gah dövlətlərin suverenliyi, ərazi bütövlüyünü sual altında qoymağa çalışan müddəalar gündəmə gətirilir, gah da bu təzyiq vasitəsindən istifadə edilərək müxtəlif ölkələr daxilində dağıdıcı meyillər - mərkəzdənqaçma tendensiyaları yaradılmağa çalışılır. Bu “Freedom House”un fəaliyyətinin əsas məqamlarını əks etdirən təcrübi gerçəklikdir...
Təşkilatın son hesabatı da əvvəlkilər kimi olduqca ziddiyyətlidir...
“Azadlıq xəritəsi”ndəki əsas ziddiyyətlər ondan ibarətdir ki, araşdırılan ölkələrdəki daxili durum reallıqdan uzaq şəkildə dəyərləndirilir. Bunun bariz göstəricisi Azərbaycan və Ermənistan timsalında ortaya çıxır. Daim terror vasitəsilə “sabitliyi” təmin etməyə çalışan Ermənistan demokratik dəyər və normaları hər bir istiqamətdə əsas tutan Azərbaycandan yüksək səviyyədə qiymətləndirilir. Belə olan halda ortaya bir sıra suallar çıxır. Məsələn, mülki vətəndaşlara qarşı mütəmadi olaraq repressiv metodlar tətbiq edilən, insan və vətəndaş hüquqları və azadlığının tamamilə pozulduğu Ermənistan necə olar ki, “qismən azad” ölkə kimi qiymətləndirilir? Və ya sabitliyin hökm sürdüyü və insan hüquq və azadlıqlarının ən yüksək səviyyədə təmin edildiyi Azərbaycanın “qeyri-azad” ölkələr sırasında qiymətləndirilməsi hansı məntiqi düşüncəyə sığır?
Bundan başqa, deyilənləri əsaslandırmaq üçün belə bir aydın fakta müraciət edək. 2008-ci ilin müxtəlif tarixlərində Ermənistan və Azərbaycanda keçirilmiş prezident seçkiləri hansı ölkənin demokratik, hansısa qeyri-demokratik, terrorçu olduğunu parlaq şəkildə nümayiş etdirdi. Ermənistanda baş tutmuş prezident seçkiləri qanlı olaylar, kütləvi saxtarkarlıqlarla müşahidə olundu. Azərbaycan isə bütün yerli və xarici müşahidəçilər - ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, Avropa Şurası Parlament Assambleyası (AŞ PA) və s. kimi təşkilatlar tərəfindən “əla” qiymətə layiq görüldü. Elə təkcə bu fakt “Freedom House” təşkilatının son hesabatının da qeyri-obyektivliyini, qərəzliliyini sübut edir...
Yaxşı olardı ki, “Freedom House” Ermənistan kimi antidemokratik rejimlərin idarə etdiyi ölkələrdəki durumları gerçək faktlarla ortaya çıxarsın və öz hesabatı ilə bu cür dövlətlərə stimul mənbəyi olmasın. Təşkilatdan gözlənilənlərdən biri də budur ki, “Dağlıq Qarabağ” kimi separatçı qurumların bölücülüyə əsaslanan fəaliyyəti ört-basdır edilməsin, əksinə, bu cür qondarma subyektlər təzyiq və təsirə məruz qalsın.
Ən əsası isə dövlətlərin ərazi bütövlüyü və suverenliyi, təhlükəsizliyi kimi fundamental məsələlər xüsusi həssaslıqla nəzərə alınmalı və heç bir şübhəli yanaşmaya yol verilməməlidir. Məhz bu prinsiplər əsl demokratik normalara əsaslanan bir təsisatın fəaliyyətinin aparıcı dəyərləri olmalıdır...
Nurlan QƏLƏNDƏROV
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19

