/ / MDHİU-nun rektoru, həmvətənimiz Vaqif Bayramov “Görkəmli xidmətlərinə görə” medalı ilə təltif olunub
MDHİU-nun rektoru, həmvətənimiz Vaqif Bayramov “Görkəmli xidmətlərinə görə” medalı ilə təltif olunub
05.09.2019 [09:16]
Moskva Dövlət Humanitar-İqtisad Universitetinin (MDHİU) rektoru, həmvətənimiz Vaqif Bayramov Rusiya Təhsil Akademiyasının medalı ilə təltif olunub. AZƏRTAC xəbər verir ki, Vaqif Bayramov Rusiya Təhsil Akademiyasının Rəyasət Heyətinin qərarına əsasən “Görkəmli xidmətlərinə görə” medalı ilə təltif olunub.
Mükafat sentyabrın 11-də Rusiya Təhsil Akademiyasının Rəyasət Heyətinin iclasında təqdim ediləcək.
Xatırladaq ki, V.Bayramov Moskva Metallurgiya İnstitutunu (“Metallurgiya sobalarının istilik texnikası və avtomatlaşdırılması” ixtisası üzrə) bitirib. 2002-ci ildə A.S.Puşkin adına Leninqrad Dövlət Vilayət Universitetində “hüquqşünaslıq” ixtisası üzrə ikinci ali təhsilini başa vurub.
2006-cı ildən Moskva Dövlət Humanitar-İqtisad Universitetinin rektorudur.
Ötən illər ərzində dinamik şəkildə inkişaf edən bu ali məktəb internat-institutdan Rusiyada yeganə inklüziv universitetə qədər yol keçib. V.Bayramov effektiv, savadlı, yüksək dərəcədə peşəkar rəhbərdir. Onun rəhbərlik etdiyi universitet təhsilin keyfiyyətcə yeni səviyyəsinə nail olub. Bu ali məktəbdə əlilliyi olan şəxslərin və sağlam gənclərin inklüziya prinsiplərinə əsaslanan inteqrasiya edilmiş təhsilinə unikal yanaşma işlənib hazırlanıb; hərəkət-dayaq sistemi pozulmuş şəxslərin keyfiyyətli peşə təhsili üçün innovasiyalı tədris-metodik baza formalaşdırılıb. Bu ali məktəbdə əlillərin peşə motivasiyasından və psixoloji-pedaqoji reabilitasiyadan başlamış yaradıcı qabiliyyətlərin inkişafı və idman nailiyyətlərinə qədər kompleks sosial adaptasiyası və sosial-əmək reabilitasiyası sistemi yaradılıb.
Bu ali məktəbi bitirən əlillərin işədüzəlmə göstəricilərinin yüksək səviyyəsi, tələbələrin və məzunların idman, yaradıcılıq və peşə fəaliyyətində sanballı nəticələr qazanması, Ümumrusiya və beynəlxalq olimpiadalarda, elm və yaradıcılıq festivallarında mükafata layiq yerlər tutması burada tətbiq edilən metodikaların uğurlu olmasına əyani sübutdur. MDHİU-nun məzunları arasında alimlər və müəllimlər, parlament üzvləri və dövlət qulluqçuları var.
Universitet həm Rusiyada, həm də yaxın xaric ölkələrində maraq doğurur. Burada beynəlxalq əməkdaşlıq xətti üzrə əlilliyi olan əcnəbi vətəndaşlar da təhsil alır.
V.Bayramovun təşəbbüskarlığı və əzmkarlığı sayəsində universitetdə idmanın paralimpiya növləri fəal inkişaf edir. MDHİU-nun tələbələri Londonda və Soçidə keçirilmiş paralimpiadalarda, dünya və Avropa çempionatlarında mükafata layiq yerlər tutublar. Ali məktəbin tələbələri və məzunları həm Rusiya Federasiyasının, həm də təmsilçiləri MDHİU-da Rusiya Təhsil və Elm Nazirliyi tərəfindən kvota üzrə ayrılmış yerlərdə təhsil alan digər ölkələrin paralimpiya yığma komandalarının üzvləridir.
Vaqif Bayramov siyasi elmlər namizədi, sosiologiya elmləri doktoru, professor, 90-dan çox elmi, tədris və tədris-metodik nəşrin müəllifi, “Hərəkət-dayaq sistemi pozulmuş əlillərin inklüziv peşə təhsili” adlı məşhur elmi məktəbin banisi, Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü, Humanitar Elmlər Akademiyasının fəxri üzvü, Moskvanın və Moskva vilayətinin Rektorlar Şurasının üzvü, Rusiya Rektorlar Şurasının üzvüdür. 2010-cu ildə Beynəlxalq İnformasiya, İnformasiya Prosesləri və Texnologiyaları Elmləri Akademiyasının akademiki seçilib.
V. Bayramov əməkdə qazandığı nailiyyətlərə və çoxillik vicdanlı işinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən “Tərəqqi” medalı ilə, Rusiya Prezidenti Vladimir Putinin fərmanına əsasən, Rusiya Federasiyasının II dərəcəli “Vətən qarşısında xidmətlərinə görə” ordeninin medalı ilə təltif olunub, bir sıra başqa təltiflərə layiq görülüb.
O, Rusiya Federasiyası Dövlət Dumasının Təhsil Komitəsi yanında xüsusi və inklüziv təhsil üzrə Ekspert Şurasının üzvü, Rusiya Elm və Ali Təhsil Nazirliyinin Əlliliyi olan şəxslərin təhsili məsələləri üzrə Şurasının üzvüdür.
V.Bayramovun elmi araşdırmaları və ictimai fəaliyyəti həm sağlamlıq imkanları məhdud olan şəxslərin peşə inteqrasiyası və reabilitasiyası sahəsində, həm də əlil uşaqların problemlərinin dövlət və idarələr səviyyəsində həlli üçün böyük maraq doğurur.
Xəbər lenti
Hamısına baxGündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06

