AZƏRTAC və İsrailin Tazpit agentliyi Əməkdaşlıq barədə Anlaşma Memorandumu imzalayıblar
05.09.2019 [09:24]
Amotz Ayal: Bu sənəd Tazpit-in xarici xəbər agentliyi ilə imzaladığı ilk rəsmi əməkdaşlıq müqaviləsidir
AZƏRTAC və İsrailin Tazpit xəbər agentliyi informasiya mübadiləsi və media texnologiyaları sahəsində əməkdaşlığa başlayır.
AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ilə Tazpit agentliyinin təsisçisi və icraçı direktoru Amotz Ayal arasında Bakıda keçirilən görüşdə əlaqələrin qurulması və perspektivləri ətrafında geniş müzakirələr aparılıb. Azərbaycan və İsrail arasında sıx mədəni, tarixi əlaqələrin olduğunu deyən Aslan Aslanov ölkələrimizin hazırda bir çox sahələrdə uğurla əməkdaşlıq etdiyini bildirib. Qeyd olunub ki, bütün bunlar informasiya sahəsində də tərəfdaşlıq üçün böyük imkanlar açır. İlkin mənbədən məlumat mübadiləsinin iki ölkə arasında bütün istiqamətlər üzrə münasibətlərin daha da inkişafına töhfə verəcəyinə əminlik ifadə olunub.
AZƏRTAC ilə tərəfdaşlığa böyük önəm verdiklərini vurğulayan Tazpit agentliyinin icraçı direktoru Amotz Ayal bu əməkdaşlığın ölkələrimizi bir-birinə daha yaxından tanıtmaq baxımından faydalı olacağını deyib. “Tazpit İsrailin ilk xəbər agentliyi olaraq ölkə həyatının bütün sahələri üzrə informasiya yayır. Yeni yaranmış media qurumu olmasına baxmayaraq, media texnologiyalarını fəal şəkildə tətbiq edir”, - deyə Amotz Ayal bildirib.
Sonra Əməkdaşlıq barədə Anlaşma Memorandumunun imzalanma mərasimi olub. AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov və Tazpit agentliyinin təsisçisi və icraçı direktoru Amotz Ayal tərəfindən imzalanan sənəd xəbər, foto və video materialların mübadiləsini, kadrların hazırlığı və media texnologiyaları sahəsində əməkdaşlığı nəzərdə tutur. Razılaşmaya əsasən, agentliklər gündəlik xəbər mübadiləsi həyata keçirəcəklər.
Amotz Ayal AZƏRTAC-ın jurnalistləri ilə görüşdə bildirib ki, bu gün imzalanan sənəd Tazpit-in xarici xəbər agentliyi ilə ilk rəsmi əməkdaşlıq müqaviləsidir. O, ilk tərəfdaş kimi AZƏRTAC-ı seçmələrinin təsadüfi olmadığını deyib. Qeyd edib ki, AZƏRTAC-ın yüzdən çox agentliyi ətrafında birləşdirən Dünya Xəbər Agentlikləri Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına sədrlik etməsi, nüfuzlu xəbər agentlikləri ilə tərəfdaşlıq əlaqələri qurması bu seçimi şərtləndirən amillərdir. Əsasən də buna İsrail və Azərbaycan arasında münasibətlərin yüksək səviyyəsi öz təsirini göstərib.
Görüşdə, həmçinin Azərbaycanda multikultural mühitdən, Azərbaycan və yəhudi xalqlarının burada tarixən sülh şəraitində yaşamasından, müasir media və jurnalistikanın inkişafı tendensiyalarından danışılıb.
Xəbər lenti
Hamısına baxSiyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39
İqtisadiyyat
06 Avqust 14:36
Dünya
06 Avqust 14:34
İqtisadiyyat
06 Avqust 14:29
Dünya
06 Avqust 14:18
Siyasət
06 Avqust 14:05
Sosial
06 Avqust 14:02
Siyasət
06 Avqust 13:54
İqtisadiyyat
06 Avqust 13:46
Dünya
06 Avqust 13:42
Sosial
06 Avqust 13:42
Mədəniyyət
06 Avqust 13:38
İqtisadiyyat
06 Avqust 13:31
Elm
06 Avqust 13:17
İqtisadiyyat
06 Avqust 13:05
Elm
06 Avqust 12:43
Elm
06 Avqust 12:20
Gündəm
06 Avqust 11:50
Müsahibə
06 Avqust 11:32
Gündəm
06 Avqust 11:28
Siyasət
06 Avqust 11:25
Analitik
06 Avqust 11:13
Siyasət
06 Avqust 10:48
Gündəm
06 Avqust 10:30
Analitik
06 Avqust 10:14
Analitik
06 Avqust 09:55
Siyasət
06 Avqust 09:53
Analitik
06 Avqust 09:40
Ədəbiyyat
06 Avqust 09:20

