/ / "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin bəyanatı
"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin bəyanatı
17.12.2009 [09:45]
Azərbaycan torpaqlarına təcavüz edən Ermənistanın işğalçı ölkə olduğu və etnik təmizləmə siyasət aparması faktları BMT, Avropa Şurası, ATƏT, İslam Konfransı Təşkilatı və digər nüfuzlu beynəlxalq qurumların qəbul etdikləri sənədlərdə, əksər dövlət başçılarının və rəsmilərinin bəyanatlarında öz əksini tapmışdır.
Təəssüf hissi ilə bildiririk ki, Belçikanın Luven Katolik Universitetinin Akademik Şurasının direktoru, professor Bernar Kuli Dağlıq Qarabağın “erməni mədəniyyətinə aid cəlbedici, unikal bölgə” olduğunu söyləyərək, Dağlıq Qarabağı “Ermənistanın qəlbi” adlandırıb. Bunlar azmış kimi, Dağlıq Qarabağı “müstəqil dövlət”, separatçıların başçısını isə qondarma qurumun “prezidenti” kimi qələmə vermişdir.
“Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi tarixi-siyasi faktların aşkar və kobud təhrifinə əsaslanan bu tip iddialara qəti etirazını bildirir.
Geniş tamaşaçı auditoriyasına malik bir kanalın təxribat xarakterli reportajı Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə olan ümidləri azaldır. “Euronews” telekanalı bu cür qərəzli və qeyri-obyektiv reportajı ilə ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılan nizamlanma prosesinə ciddi xələl gətirir, regionda sülhün, əmin-amanlığın və qarşılıqlı etimadın yaranmasına ağır zərbə vurur. Bundan əlavə, Dağlıq Qarabağın tarixən Azərbaycan torpağı olması, orada həmişə azərbaycanlıların yaşaması, ermənilərin isə həmin bölgədə məskunlaşmalarının XIX əsrə təsadüf etməsi barədə məlumatı olmayan telekanalın bu reallığı bilməməsi qəbul edilməzdir.
“Euronews” telekanalının səhmlərinin 25,37 faizi Fransa Dövlət Televiziya Korporasiyasına, 16,94 faizi isə ümumrusiya Dövlət Televiziya Şirkətinə məxsusdur. Bu isə ATƏT-in Minsk qrupunun Fransa və Rusiyadan olan həmsədrlərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqelərinə mənfi təsir göstərir.
Biz ümid edirik ki, “Euronews” telekanalı bütün bu yanlışları aradan qaldıracaq, geniş auditoriyasına Azərbaycan ictimaiyyətinin mövqeyini çatdıracaq və tarixi həqiqətləri olduğu kimi işıqlandırmaq üçün tədbirlər görəcəkdir.
Bayram SƏFƏROV,
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10

