/ / ABŞ daha çox fəlakətlərə düçar olmuş Dağlıq Qarabağın azərbaycanlı icmasına yardım göstərməlidir
ABŞ daha çox fəlakətlərə düçar olmuş Dağlıq Qarabağın azərbaycanlı icmasına yardım göstərməlidir
17.12.2009 [09:53]
YAP Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızı bildirib ki, ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıdığı halda, ölkəmizin razılığı olmadan separatçı Dağlıq Qarabağ rejiminə birbaşa yardım separatizmə dəstək kimi qiymətləndirilməlidir. Onun sözlərinə görə, Dağlıq Qarabağın azərbaycanlı icması da var və onlar işğal nəticəsində doğma torpaqlarından didərgin düşüblər. Buna görə də, Dağlıq Qarabağa ayrılan hər hansı yardım onlara da edilməlidir. Millət vəkili hesab edir ki, Nümayəndələr Palatasının qərarı beynəlxalq hüquq normalarına sığmayan məsələdir: “ABŞ Azərbaycanın strateji tərəfdaşıdır, bir çox sahələrdə əməkdaşlıq edirik. Azərbaycan anti-terror koalisiyasının ən fəal üzvlərindən biridir. Eyni zamanda, Amerika Minsk qrupunun həmsədridir. Bu nöqteyi nəzərdən separatçı rejimə ABŞ-ın maliyyə dəstəyi heç bir məntiqə sığmır. Amma ABŞ dövlətinin rəhbərliyi bu səhvi düzəldə bilər”.
Azərbaycan ictimaiyyətinin məsələyə sərt münasibət göstərdiyini bildirən M.İbrahimqızının sözlərinə görə, onun məcburi köçkün seçiciləri bu qərara etiraz edir. O, bütün narazılıqların hamısının haqlı olduğunu deyib.
Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı da bildirib ki, Nümayəndələr Palatasının qərarı ədalətli deyil: “ABŞ bir tərəfdən özünü dünyada haqqın və ədalətin müdafiəçisi kimi təqdim edir və dünya ictimaiyyətini buna inandırmağa çalışır, başqa tərəfdən belə addımlar atırsa, qeyri-səmimi olduğunu göstərir. Bəllidir ki, Azərbaycanın ərazisi olan Dağlıq Qarabağda hərbi xunta fəaliyyət göstərir və uzun illərdir ki, bu xuntanın vasitəsilə Azərbaycanın ərazi bütövlüyünə qəsd edilib. ABŞ tərəfindən bu xuntaya guya humanitar məqsədlər üçün ayrılmış maliyyə yardımı təyinatı üzrə xərclənmir. Bu vəsait mahiyyət etibarilə hərbi xuntanın möhkəmləməsinə yardım edir. Yəni qeyri-humanist məqsədlər üçün həmin vəsaitdən istifadə olunur. Həmin vəsaitin xərclənməsi ilə bağlı ABŞ hökumətinin monitorinq aparıb-aparmaması haqqında isə heç bir məlumat yoxdur”.
Bununla da, separatçı rejimin möhkəmləndiyini deyən F.Ağamalının sözlərinə görə, bu məqsədə xidmət edən vəsait ayırmaqla ABŞ özünün ədalətli mövqeyinə xələl gətirir və eyni zamanda münaqişənin həlli istiqamətində vasitəçi dövlət kimi neytrallığını kifayət qədər şübhə altına alır. Əslində, Amerika ədalətsiz və qeyri-neytral baxımdan öz mövqeyini ortalığa qoyur. “Məsələnin başqa tərəfi odur ki, ABŞ tərəfindən digər münaqişə zonalarına yardım göstərilmir. Nə Dnestryanı bölgəyə, nə də Abxaziya və Osetiyaya belə yardımlar edilmir. Yalnız Dağlıq Qarabağ separatçıları bu vəsaiti görür” deyə AVP sədri vurğulayıb. Millət vəkili qeyd edib ki, əgər ABŞ humanitar məsələlərə belə həssasdırsa, onda daha çox fəlakətlərə düçar olmuş Dağlıq Qarabağın azərbaycanlı icmasına yardım göstərsin. Amma nəticə bundan ibarətdir ki, ABŞ ikili standartlarla çıxış edir və beləliklə də, Azərbaycandakı nüfuzuna çox ciddi zərbələr endirir.
Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa isə hesab edir ki, Nümayəndələr Palatasının qərarı ABŞ-ın Azərbaycana münasibəti baxımından normal bir faktdır: “çünki biz dəfələrlə bildirmişik ki, Qarabağ probleminin həllinə mane olan qüvvə Rusiya ilə yanaşı həm də ABŞ-dır. ABŞ yenə də ənənəvi mövqeyini ortaya qoydu. Heç bir separatçı rejiminə maliyyə yardımı göstərmədiyi halda Dağlıq Qarabağ rejiminə dəstək verir. Bu o deməkdir ki, ABŞ həmin rejimi separatçı rejim kimi tanımır. ABŞ həmin vəsaiti gizli şəkildə Ermənistan vasitəsilə də edə bilərdi. Amma bu fakt onu göstərir ki, Dağlıq Qarabağdakı separatçıların arxasında Rusiyadan daha çox Amerika dayanır”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

