/ / Azərbaycanın Baş Naziri Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Azərbaycanın Baş Naziri Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
21.09.2019 [10:23]
Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov sentyabrın 20-də Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Li Canşunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Çin Xalq Respublikasının yaranmasının 70 illiyi münasibətilə təbriklərini çatdıran Baş Nazir Novruz Məmmədov Azərbaycanın Çin ilə əməkdaşlıqda maraqlı olduğunu bildirərək deyib: “Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Çin ilə əlaqələrimizin inkişafı istiqamətində önəmli addımlar atıb. Bu gün ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələri dinamik inkişaf edir”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinə beş dəfə səfər etdiyini xatırladan Novruz Məmmədov bildirib ki, bu səfərlər çərçivəsində Çin Xalq Respublikasının Sədri Si Cinpin və digər rəsmi şəxslərlə səmərəli görüşlər keçirilib, ikitərəfli əlaqələrlə bağlı müzakirələr aparılıb. “Hesab edirəm ki, son vaxtlar ölkələrimiz arasındakı əməkdaşlıq əlaqələri daha dinamik şəkildə inkişaf etdirilir. Sədr Si Cinpinin təşəbbüsü ilə irəli sürülən “Bir kəmər, bir yol” layihəsi ölkəmiz üçün çox cəlbedicidir. Tarixi İpək Yolunun bərpası Azərbaycan üçün hər zaman aktualdır. Biz hesab edirik ki, bu yol tarixən Azərbaycan və Çin xalqlarını birləşdirən yol olub. Əminəm ki, “Bir kəmər, bir yol” layihəsi də uğurla icra olunacaq. Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyir və bu istiqamətdə müəyyən addımlar atır”, - deyə Novruz Məmmədov vurğulayıb.
Azərbaycanın Baş Naziri ölkəmizin təşəbbüsü ilə reallaşdırılan irimiqyaslı layihələr barədə məlumat verərək strateji əhəmiyyətli layihə hesab olunan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verildiyini qeyd edib. Novruz Məmmədov Azərbaycan ilə Çin arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün geniş potensialın olduğunu diqqətə çatdırıb.
Baş Nazir Azərbaycanın Çin ilə iqtisadi əlaqələrin genişləndirilməsinə xüsusi önəm verdiyini bildirərək deyib ki, sənaye, kənd təsərrüfatı, energetika, turizm və digər sahələrdə əməkdaşlığı daha da gücləndirmək üçün yaxşı imkanlar mövcuddur.
Novruz Məmmədov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyinə verdiyi dəstəyə görə Çin Xalq Respublikasına minnətdarlığını ifadə edib, Azərbaycanın da “Vahid Çin” prinsipinə hər zaman dəstək verdiyini söyləyib.
Ölkələrimiz arasında əməkdaşlığın davamlı şəkildə inkişaf etdiyini bildirən Li Canşu Çinin Azərbaycan ilə əlaqələrin bütün sahələrdə genişlənməsinə böyük əhəmiyyət verdiyini ifadə edib. “Bu gün Azərbaycan ilə Çin arasında mövcud olan əməkdaşlıq əlaqələri belə deməyə əsas verir ki, biz dost ölkələr kimi daim bir-birimizə etibar edə bilərik”.
Li Canşu son illər Çin ilə Azərbaycan arasındakı münasibətlərin daha da intensiv xarakter aldığını qeyd edərək qarşılıqlı səfərlərin, aparılan danışıqların əlaqələrimizin inkişafına xidmət etdiyini deyib.
Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Azərbaycanın tranzit ölkə kimi beynəlxalq yükdaşımaların həyata keçirilməsində etibarlı tərəfdaş olduğunu vurğulayıb, bu sahədə əməkdaşlığın inkişafının zəruriliyini diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07

