/ / Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan uğurları yüksək qiymətləndirir
Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan uğurları yüksək qiymətləndirir
27.09.2019 [08:41]
Ekspertlərin də qeyd etdikləri kimi, qazanılan möhtəşəm nailiyyətlər dövlətimizin başçısının yürütdüyü uğurlu siyasətin nəticələridir
Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan inkişaf yolunda inamla irəliləyir, möhtəşəm nailiyyətlər qazanaraq yeni zirvələr fəth edir. Bütün sahələrdə yüksək inkişaf göstəricilərinin əldə olunması fonunda gələcəyə dair optimist proqnozlar verilir, ölkəmizin qarşısında yeni perspektivlərin açıldığı vurğulanır. Azərbaycanın dinamik tərəqqisindən bəhs edərkən, heç şübhəsiz, sosial-iqtisadi inkişafa xidmət edən ardıcıl və məqsədyönlü tədbirlərin səmərəli nəticələrini xüsusi vurğulamaq lazımdır. Statistik göstəricilər də bu reallığı ifadə edir. Belə ki, son 15 ildə ölkəmizdə ümumi daxili məhsul istehsalı 3,2 dəfə, qeyri-neft sahəsində ÜDM 2,8 dəfə, sənaye məhsulu istehsalı 2,6 dəfə, qeyri-neft sənayesi 2,2 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 2 dəfəyə yaxın artıb. Digər tərəfdən, iqtisadiyyatın dinamik inkişafı səmərəli sosial siyasət həyata keçirməyə imkan verib, Azərbaycan spesifik - unikal sosial dövlət modeli formalaşdırıb. Son 15 ildə Azərbaycanda əməkhaqları 7,5 dəfə, pensiyalar isə 10 dəfədən çox artırılıb, 2003-2018-ci illərdə işsizlik səviyyəsi 49 faizdən 5,4 faizə, yoxsulluq səviyyəsi isə 5 faizə enib. Ümumiyyətlə, Azərbaycanda səmərəli sosial siyasət həyata keçirilir, vətəndaşlar yüksək dövlət qayğısı ilə əhatə olunublar. Bu istiqamətdə mütəmadi olaraq Fərman və sərəncamlar imzalanır, müvafiq qərarlar qəbul olunur. Prezident İlham Əliyevin sosial sahə ilə bağlı inqilabi qərarları hər bir vətəndaşın və bütövlükdə cəmiyyətin rifahını təmin edir.
Bütövlükdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın davamlı inkişafını təmin edib, bütün sahələrdə əldə olunan uğurlar ölkəmizin qüdrətinin artmasını şərtləndirib. Ona görə də Azərbaycan xalqı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir, bu siyasətə alternativ görmür, əldə olunan uğurları yüksək qiymətləndirir. Digər tərəfdən, Prezident İlham Əliyev Öz fəaliyyətində xalqın dəstəyinə arxalanır, dövlət başçısının gördüyü bütün işlərin əsasında Azərbaycanın dövlət maraqları, ölkənin inkişafı, təhlükəsizliyinin və xalqın firavan həyatının təmin edilməsi amili dayanır.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Musa Quliyev deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin məqsədi xalqımızın sosial rifahının daha da yüksəldilməsidir. Onun sözlərinə görə, bu məqsədlə ölkəmiz hər bir sahə üzrə inkişaf etdirilir, islahatlar müsbət nəticələr verməkdədir.
Azərbaycanda uğurlu sosial siyasətin həyata keçirildiyini, vətəndaşların dövlətin yüksək qayğısı ilə əhatə olunduğunu deyən millət vəkili əlavə edib: “Hər şeydən əvvəl təkcə biz 2018-2019-cu illərə nəzər salsaq - maaşların, pensiyaların, tələbə təqaüdləri, doktorantların təqaüdlərinin artırılması, şəhid ailələri, müharibə veteranları, əlillərlə bağlı qərarların qəbul edilməsi digər ölkələrin tarixində çox nadir rast gəlinə bilər. Bütün bunlar hamısı cənab Prezident tərəfindən qəbul edildi və həyata keçirildi. Azərbaycan xalqı bütün bu tədbirləri görür və yüksək qiymətləndirir. Xalqımız Prezidentimizin liderliyi ilə yürüdülən dövlət siyasətinin tam müdafiəçisidir. Bu siyasətin alternativi yoxdur və həmin siyasətin nəticəsində Azərbaycanın çox gözəl gələcəyi var”.
Milli Məclisin deputatı Rauf Əliyev isə bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara əsaslanan, məqsədyönlü və prinsipial siyasət həyata keçirilir, bunun nəticəsində Azərbaycan qüdrətli dövlət kimi tərəqqi yolunda əmin addımlarla irəliləyir: “Uğurlu daxili və xarici siyasət sayəsində Azərbaycan beynəlxalq müstəvidə güclü, nüfuzlu və dinamik inkişaf edən dövlət kimi tanınır. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən siyasətin nəticələri ortadadır. Ölkəmizdə sosial-iqtisadi infrastruktur müasir tələblərə uyğun yenidən qurulub, iqtisadiyyatın şaxələndirilməsi müvəffəqiyyətlə həyata keçirilib. Bununla yanaşı, vətəndaşların rifahının daha da yaxşılaşdırılması istiqamətində kompleks xarakterli tədbirlər davam etdirilib, əhalinin sosial təminatı sahəsində inqilabi nəticələr əldə olunub”.
Azərbaycanın Cənubi Qafqaz regionunun lider ölkəsinə çevrildiyini, dünyada böyük etimad qazandığını söyləyən Rauf Əliyev “Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxvektorlu xarici siyasətin məntiqi nəticəsi kimi, Azərbaycanın beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənib. Ölkəmizin təşəbbüsü və liderliyi ilə çox mühüm transmilli layihələr reallaşdırılıb, respublikamız ikitərəfli, çoxtərəfli əlaqələrini uğurla inkişaf etdirir”, - deyə bildirib. Onun sözlərinə görə, bütün bu müsbət reallıqlar Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir, xalqımız Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti dəstəkləyir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxMaraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55

