/ / Konqresin qərarı ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın ədalətli vasitəçi imicinə kölgə salır
Konqresin qərarı ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın ədalətli vasitəçi imicinə kölgə salır
19.12.2009 [22:10]
Məlumat verdiyimiz kimi, ABŞ Konqresinin Nümayəndələr Palatasının və Senatın 2010-cu ildə Ermənistana və Dağlıq Qarabağ ermənilərinə iqtisadi yardım paketini qəbul etməsi məsələsi Azərbaycan ictimaiyyətində təəssüf doğurmaqdadır. Azərbaycanın mediası hələ də bu məsələni müzakirə edir, müxtəlif QHT-lər, ictimai təşkilatlar bu məsələ ilə bağlı narahatlıqlarını ABŞ Prezidenti Barak Obamaya çatdırmaq üçün bəyanatlar qəbul edirlər. Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin üzvləri adından Sədr Emin Həsənli də ABŞ Prezidenti cənab Barak Obamaya, ABŞ Senatına, ABŞ Konqresinin Nümayəndələr Palatasına, ABŞ Dövlət Departamentinə, ABŞ-ın Azərbaycandakı səfirliyinə müraciət ünvanlayıb. Müraciətdə deyilir: “Hörmətli xanımlar və cənablar, Biz Qarabağ müharibəsi veteranları ABŞ Konqresinin Dağlıq Qarabağdakı separatçı rejimə 8 milyon dollar məbləğində maliyyə yardımı ayırmasına etirazımızı bildiririk. Hesab edirik ki, Konqresin bu addımı Azərbaycanın ərazi bütövlüyünü tanıyan ABŞ dövlətinin rəsmi mövqeyi ilə bir araya sığmır. Azərbaycan 20 ilə yaxındır ki, erməni terror və təcavüzündən əziyyət çəkir. Ermənistanın deportasiya və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycanın 20 faiz ərazisi işğal olunmuş, 1 milyona yaxın azərbaycanlı doğma torpaqlarından qovularaq qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Bu gün Ermənistan Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində və ona bitişik 7 rayonunda separatçı rejimi dəstəkləməklə işğalçılıq siyasətini davam etdirir. Buna görə də ABŞ Konqresinin qondarma rejimə maliyyə yardımı göstərməsini yolverilməz hal hesab edirik. Konqresin bu addımı Azərbaycan Respublikasının Dağlıq Qarabağ üzərindəki suveren hüquqlarına hörmətsizlik deməkdir. ABŞ Dövlət Departamentinin bəyanatlarında və sənədlərində Azərbaycanın ərazi bütövlüyü dəstəkləndiyi halda Konqresin beynəlxalq birlik tərəfindən tanınmayan separatçı rejimə maliyyə yardımı göstərməsi başadüşülən deyil. Heç bir şübhə yoxdur ki, Konqresin bu qərarından sonra Ermənistan rəhbərliyi Dağlıq Qarabağ probleminin sülh yolu ilə tənzimlənməsi prosesinə maneçiliyini daha da gücləndirəcək. Azərbaycan xalqı ABŞ Konqresinin işğal altındakı nəzarətsiz ərazilərə maliyyə yardımı göstərməsini hərbi xuntalara və separatçı rejimlərə dəstək kimi qəbul edir. Biz hesab edirik ki, ABŞ Konqresinin bu qərarı ABŞ dövlətinin Azərbaycanla və ümumiyyətlə Cənubi Qafqazla bağlı geosiyasi maraqlarına ziddir, regionda sabitlik və təhlükəsizliyə, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması məsələsinə xələl gətirir. Konqresin bu qərarı ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın ədalətli vasitəçi imicinə kölgə salır və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına inamsızlıq yaradır. ümid edirik ki, ABŞ Prezidenti Barak Obama veto hüququndan istifadə edərək, Dağlıq Qarabağa maliyyə yardımı göstərilməsini məqsədəuyğun hesab etməyəcək, bununla da regionda sülhün və sabitliyin təmin olunmasına xələl gətirən addımların qarşısını alacaqdır”.
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58

