Aİİ-nin Yerevan sammiti işğalçı dövlətin və Paşinyanın tam nüfuzdan düşdüyünü göstərdi
04.10.2019 [09:18]
Ermənistan baş nazirinin qeyri-konstruktiv siyasəti, regionda və dünyada mövcud olan reallıqları bilməməsi və heç bir real iş görməməsi onun beynəlxalq ictimaiyyət tərəfindən arzuolunmaz şəxs kimi səciyyələndirilməsini şərtləndirir
Məlum olduğu kimi, oktyabrın 1-də Ermənistanın paytaxtında Avrasiya İqtisadi İttifaqının zirvə görüşü keçirilib. İşğalçı dövlətin indiki hakimiyyətinə yaxın medianın xeyli müddətdir ki, apardığı təbliğata baxmayaraq, baş nazir Nikol Paşinyan özünə siyasi dividend qazanmaq və nüfuzunu artırmaq üçün bu sammitdən də istifadə edə bilməyib. Əksinə sammit ərəfəsində və toplantı zamanı Ermənistan baş nazirinə xarici ölkələrin dövlət və hökumət rəhbərləri, o cümlədən Rusiya dövlət başçısı tərəfindən göstərilən münasibət N.Paşinyanın daha da nüfuzdan düşdüyünü sübut edib.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Flora Qasımova işğalçı dövlətin və onun səriştəsiz baş nazirinin növbəti dəfə layiq olduğu münasibətlə üzləşdiyini söyləyib: “Ermənistanda keçirilən Avrasiya İqtisadi İttifaqı sammitində baş verənlər bu ölkənin və onun baş naziri N.Paşinyanın tamamilə nüfuzdan düşdüyünün göstəricisidir. Belə ki, sözügedən sammit Yerevanda keçirilsə də, baş nazir N.Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə görüşü son anda baş tutub. Ermənistan mediası da təsdiq edir ki, rəsmi Yerevan bu görüşün keçirilməsi üçün çox ciddi səylər göstərib, Rusiya tərəfinə dəfələrlə xahişlər edib”.
Deputatın sözlərinə görə, Rusiya dövlət başçısı ilə son anda baş tutan bu görüş rəsmi Moskvanın marağında olmayıb: “Protokol qaydalarına görə, zirvə görüşünü təşkil edən ölkənin rəhbəri ayrı-ayrılıqda hər bir dövlət və hökumət başçısı ilə görüşür, bir çox hallarda bu görüş geniş tərkibdə keçirilir, ikitərəfli münasibətlər müzakirə olunur. Dəfələrlə beynəlxalq zirvə görüşlərinə ev sahibliyi edən Azərbaycanın timsalında biz bunun şahidi olmuşuq. Belə ki, Azərbaycan Prezidenti hər hansı sammitdə iştirak etmək üçün ölkəmizə gələn dövlət və hökumət başçıları ilə ayrı-ayrılıqda, geniş tərkibdə görüşlər keçirir”.
Millət vəkili deyib ki, regionun və dünyanın aparıcı dövlətlərinin Ermənistana və onun baş nazirinə münasibətlərinin müsbət olmadığı ABŞ səfəri zamanı və bu sammitdə bir daha öz təsdiqini tapıb: “Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri N.Paşinyan arasında görüşün günün sonunda, özü də sammit çərçivəsində baş tutması işğalçı dövlətə və onun baş nazirinə olan münasibətin göstəricisidir. Xatırladım ki, bundan bir qədər öncə ABŞ-a səfər edən N.Paşinyanın guya Donald Trampla görüşəcəyi barədə təbliğat aparılsa da, Ermənistan mediası baş nazirin yalnız BMT sammiti çərçivəsində ABŞ Prezidenti ilə selfi çəkdirməyə nail olmasından məyusluğunu gizlədə bilməmişdi. İndi də erməni mediası N.Paşinyanın gülünc vəziyyətə düşdüyünü ört-basdır edə bilmir”.
Ermənistan baş nazirinin düşdüyü biabırçı vəziyyətin, dünyada qəbul olunmamasının səbəblərini dəyərləndirən Milli Məclisin üzvü Rauf Əliyev isə bunu onun yürütdüyü qeyri-konstruktiv siyasətlə bağlayır: “Bütün bunlar N.Paşinyanın düzgün xarici siyasət yürüdə bilməməsi, regionda və dünyadakı reallıqları görməkdə çətinlik çəkməsi, bəzi hallarda nəzərə almaması, dünyanın güc mərkəzləri ilə düzgün münasibət qurmamasından qaynaqlanır. Üstəlik, idarəçilik təcrübəsi olmadığı üçün ölkə daxilində heç bir real iş görməyən, yalnız populist bəyanatlarla çıxış edən baş nazirin fəaliyyətinin artıq mümkünsüz hala gəldiyi özünü qabarıq şəkildə büruzə verir”.
Millət vəkilinin sözlərinə görə, regionda və dünyada getdikcə nüfuzunu itirən Ermənistana və populist bəyanatlardan başqa, heç bir iş görməyən N.Paşinyana münasibətdən fərqli olaraq Azərbaycana və onun dövlət başçısına həmişə böyük ehtiram və hörmət göstərilir: “Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycanın son illərdə nüfuzunun daha da artması ölkəmizi regionda və dünyada əlverişli mövqeyə çıxarır. Prezident İlham Əliyevin ən mötəbər tədbirlərə dəvət edilməsi, aparıcı dövlətlərin rəhbərləri, dünyada nüfuzlu ictimai-siyasi xadimlərlə görüşləri bir daha həm dövlətimizin başçısının, həm də Azərbaycanın beynəlxalq müstəvidə yüksək nüfuza malik olduğunu göstərir. Belə ki, Prezident İlham Əliyevin dünyanın məşhur “beyin mərkəzləri”ndən biri olan “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasına dəvət olunması, habelə keçirdiyi çoxsaylı yüksəksəviyyəli görüşlər dövlət başçımıza dünyada olan böyük hörmətin göstəricisidir”.
Rusiya Prezidenti Vladimir Putinin Klub yarandığı vaxtdan hər il diskussiyaların iştirakçıları ilə görüşməsini və ətraflı fikir mübadiləsi aparmasını bildirən R.Əliyev bu tədbirlərə məhdud sayda ölkə rəhbərlərinin dəvət olunmasını xüsusi vurğulayıb: “2004-cü ildə yaradılan və öz tədqiqatlarında qlobal siyasət və iqtisadi proseslərin araşdırılmasına xüsusi yer verən “Valday” Beynəlxalq Diskussiya Klubunun qonaqları sırasında Finlandiya, Çexiya, Avstriya, Fransa, İtaliya, İran, CAR və digər ölkələrin prezidentləri və baş nazirləri olublar. Qeyd edim ki, digər ölkələrin rəhbərləri bu tədbirlərə məhdud sayda dəvət olunurlar. Hazırda keçirilən tədbirdə bir neçə ölkənin rəhbəri iştirak edir. Klubun başlıca məqsədlərindən biri dünya sisteminin böhrandan çıxarılmasına dair qərarlar qəbul etmək üçün intellektual elitanın bir araya gətirilməsidir. Klub beynəlxalq münasibətlər, qlobal siyasət, iqtisadiyyat, təhlükəsizlik, energetika, sosiologiya və digər sahələrdə aparıcı ekspertlərlə əməkdaşlıq edir”.
Q.RAMAZANOV
Xəbər lenti
Hamısına baxSiyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07

