/ / Ankarada fəaliyyət göstərən Heydər Əliyev adına orta məktəbdə Dövlət Müstəqilliyi Günü qeyd olunub
Ankarada fəaliyyət göstərən Heydər Əliyev adına orta məktəbdə Dövlət Müstəqilliyi Günü qeyd olunub
23.10.2019 [09:39]
Ankarada fəaliyyət göstərən Heydər Əliyev adına orta məktəbdə 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Ulu Öndərin Ankaradakı Heydər Əliyev Parkında ucaldılan abidəsi ziyarət olunub, önünə tər çiçəklər düzülüb.
Tədbirdə əvvəlcə məktəbin direktoru Oqtay Kabasaqqalın və Azərbaycanın Ankaradakı səfirliyinin təhsil üzrə müşaviri Nəcibə Nəsibovanın çıxışları dinlənilib.
Sonra Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi - Prezidentin köməkçisi, tarix elmləri doktoru, professor Dilarə Seyidzadə çıxış edib. Prezidentin Katibliyinin rəisi Ümummilli Lider Heydər Əliyevin zəngin, mənalı ömür yolundan, yüksək insani keyfiyyətlərindən, xilaskarlıq missiyasından, Ulu Öndərlə bağlı xatirələrindən, həmçinin dövlət müstəqilliyimizin qorunması və inkişaf strategiyasının müəyyən olunması istiqamətindəki tarixi fəaliyyətindən danışıb.
Professor Dilarə Seyidzadə qeyd edib ki, Heydər Əliyev Azərbaycanı dərin məhəbbətlə sevib. Heydər Əliyev Azərbaycan qədər də Türkiyəyə sevgi bəsləyib. Əməli işlərinə və doğma münasibətinə görə Türkiyədə də Heydər Əliyevə tükənməz sevgi var.
“Heydər Əliyev zəngin biliyini, böyük təcrübəsini, tükənməz əməyini Azərbaycanın dövlətçiliyinə, xalqımızın rifahına, insanların xoş həyatının təmin olunmasına sərf edib”, - deyən Dilarə Seyidzadə Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün və Ümummilli Lider Heydər Əliyevin müdrik vəsiyyətlərinə əbədiyyətə qədər əməl olunacağına əminliyini ifadə edib.
Prezidentin köməkçisi “Yurdda sülh, cahanda sülh uğrunda” və “Heydər Əliyev. Təltiflər” sənədli kitablarını məktəbə hədiyyə edib. Azərbaycan xalqının böyük oğlunun adını daşıyan təhsil ocağında çalışmağın şərəfli və məsuliyyətli iş olduğunu diqqətə çatdıran Dilarə Seyidzadə məktəbin kollektivinə uğurlar arzulayıb, iştirakçıları maraqlandıran sualları cavablandırıb.
Sonra məktəbin şagirdlərinin Dövlət Müstəqilliyi Günü münasibətilə hazırladıqları bədii proqram nümayiş etdirilib.
Xəbər lenti
Hamısına baxSiyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27

