Bir sıra aparıcı xarici KİV-lər AZƏRTAC-ın İdarə Heyəti sədrinin analitik məqaləsini yayıb
23.10.2019 [09:45]
AZƏRTAC-ın İdarə Heyətinin sədri, OANA-nın prezidenti Aslan Aslanovun “Siyasətdə varislik: Azərbaycanın taleyini və simasını dəyişən 26 il” sərlövhəli analitik məqaləsi bir sıra xarici kütləvi informasiya vasitələrinin marağına səbəb olub.
Amerikanın geniş oxucu auditoriyasına malik ispandilli “Eurasia Hoy”, Çinin 100 milyon tirajla yayılan “China Daily” qəzetləri, Rusiyanın “Rossiya Onlayn”, Qazaxıstanın “Türkelpress”, Ukraynanın “Fakt.org”, Almaniyanın “Berlinerpress”, Rumıniyanın “Amosnews”, “News 24”, Gürcüstanın “24news”, Özbəkistanın “Tnews” portalları, Avropa Xəbər Agentliyi, həmçinin Türkiyənin BİLGESAM Araşdırmalar Mərkəzi və digər analitik mərkəzlər öz saytlarında məqaləyə geniş yer ayırıblar.
Xatırladaq ki, məqalədə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda xaos və anarxiya, dərin siyasi-iqtisadi böhran, vətəndaş qarşıdurması, qeyri-sabitlik hökm sürdüyü bir vaxtda - 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ötən 26 ildə Azərbaycanın keçdiyi inkişaf yolu təhlil edilir. Qeyd olunur ki, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev çətin vaxtda dövlət idarəetməsinin sükanı arxasına keçərək, müdrikliyi və fitri idarəetmə istedadı sayəsində ölkəni dövlət müstəqilliyini itirmək təhlükəsindən xilas etdi, ictimai-siyasi sabitlik yaratdı. Azərbaycanın tarixində yeni səhifə olan bu 26 illik dövr həyatın bütün sahələrində misilsiz inkişafla səciyyəvidir.
Azərbaycanda milli siyasi doktrinanın varisliyi barədə aydın təsəvvür yaradan məqalə oxucuları əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş strateji kursu hazırda Azərbaycan Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi və bunun real nəticələri haqqında məlumatlandırır.
Məqalədə Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 16 ildə həyatın bütün sahələrində baş verən misilsiz irəliləyişlərdən, inqilabi islahatlardan da ətraflı bəhs olunur. Müəllif Azərbaycanın ictimai-siyasi sabitlik əmsalına, iqtisadiyyatın rəqabətqabiliyyətliliyinə görə postsovet məkanında lider ölkə olduğunu, eləcə də ölkəmizin təşəbbüsü və iştirakı ilə reallaşdırılan transmilli energetika və nəqliyyat layihələrinin əhəmiyyətini oxucuların diqqətinə çatdırır. Həmçinin 2016-cı ildə Prezident İlham Əliyevin himayəsi, birinci xanım Mehriban Əliyevanın dəstəyi, Heydər Əliyev Fondunun və AZƏRTAC-ın təşkilatçılığı ilə Bakının Dünya Xəbər Agentliklərinin V Konqresinə, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasına yüksək səviyyədə ev sahibliyi etdiyini xatırladır.
Xəbər lenti
Hamısına baxDünya
06 Avqust 23:10
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39
İqtisadiyyat
06 Avqust 14:36
Dünya
06 Avqust 14:34
İqtisadiyyat
06 Avqust 14:29
Dünya
06 Avqust 14:18
İqtisadiyyat
06 Avqust 13:46
Dünya
06 Avqust 13:42
Mədəniyyət
06 Avqust 13:38
Elm
06 Avqust 13:17
İqtisadiyyat
06 Avqust 13:05
Elm
06 Avqust 12:43
Elm
06 Avqust 12:20
Gündəm
06 Avqust 11:50
Müsahibə
06 Avqust 11:32
Gündəm
06 Avqust 11:28
Siyasət
06 Avqust 11:25
Analitik
06 Avqust 11:13
Siyasət
06 Avqust 10:48
Gündəm
06 Avqust 10:30
Analitik
06 Avqust 10:14
Analitik
06 Avqust 09:55
Siyasət
06 Avqust 09:53
Analitik
06 Avqust 09:40
Ədəbiyyat
06 Avqust 09:20
MEDİA
06 Avqust 09:05
Siyasət
06 Avqust 08:14
Dünya
05 Avqust 23:51
Dünya
05 Avqust 23:15
Dünya
05 Avqust 22:58
Dünya
05 Avqust 22:36
YAP xəbərləri
05 Avqust 22:23
İdman
05 Avqust 22:19
Dünya
05 Avqust 21:57
İqtisadiyyat
05 Avqust 21:37
Dünya
05 Avqust 21:28
Elm
05 Avqust 21:22
İqtisadiyyat
05 Avqust 20:50
Dünya
05 Avqust 20:47
Dünya
05 Avqust 20:15
Dünya
05 Avqust 19:50
İqtisadiyyat
05 Avqust 19:29

