/ / ABŞ Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı” haqqında qəbul etdiyi qətnamənin heç bir siyasi, hüquqi və tarixi əsası yoxdur
ABŞ Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı” haqqında qəbul etdiyi qətnamənin heç bir siyasi, hüquqi və tarixi əsası yoxdur
01.11.2019 [09:48]
Tarixin saxtalaşdırılması və onun siyasi təzyiq məqsədilə istifadə edilməsi cəhdləri qəbuledilməzdir
Məlum olduğu kimi, ABŞ Konqresinin Nümayəndələr Palatası 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanıyan 296 saylı qətnamə qəbul edib. Konqresdə bu məsələ ilə bağlı müzakirələr ərəfəsində Türkiyənin Vaşinqtondakı səfiri Sərdar Kılıc qətnamənin Türkiyə və ABŞ münasibətlərinə xələl gətirəcəyi barədə xəbərdarlıq etsə də, oktyabrın 30-da müzakirəyə çıxarılan qətnamə böyük səs çoxluğu ilə (lehinə 405, əleyhinə 11) qəbul edilib. Qeyd etmək gərəkdir ki, əslində bu qətnamənin məcburi hüquqi qüvvəsi yoxdur. Buna baxmayaraq, regiondakı mövcud geosiyasi vəziyyətdə ABŞ Konqresinin aşağı palatasının belə qərar qəbul etməsi və bəzi ermənipərəst senatorlar tərəfindən bu məsələnin yuxarı palatada - Senatda da müzakirəyə çıxarılmasının planlaşdırılması Türkiyə tərəfinin yüksək səviyyədə etirazına səbəb olub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Xarici İşlər naziri Mövlud Çavuşoğlu sözügedən qətnamənin qəbulunu sərt tənqid edib, həmçinin ABŞ-ın Türkiyədəki səfiri XİN-ə çağırılıb, rəsmi Ankaranın saxta “erməni soyqırımı” ilə bağlı qətnaməni qəti şəkildə rədd etdiyi bildirilib. Eyni zamanda, Türkiyə XİN bununla bağlı yaydığı iki ayrı bəyanatda qətnamənin qərəzli olduğu, bu addımın erməni lobbisini və Türkiyənin düşmənlərini sevindirmək üçün atıldığı, Türkiyəyə qarşı təzyiq vasitəsi kimi qəbul edildiyi vurğulanıb.
ABŞ Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı” haqqında qəbul etdiyi qətnamə Azərbaycan tərəfindən də etirazla qarşılanıb. Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Azərbaycan ABŞ Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı” haqqında qəbul etdiyi 296 saylı qətnaməni pisləyir, qərəzli və ədalətsiz hesab edir: “Bu qətnamənin heç bir siyasi, hüquqi və tarixi əsası yoxdur, ermənipərəst lobbi qruplarının səyləri nəticəsində qəbul edilib. Həmin dövrdə baş vermiş hadisələr siyasətçilər deyil, tarixçilər tərəfindən araşdırılmalıdır”.
Məsələyə münasibət bildirən Milli Məslisin deputatı Elman Məmmədov saxta “erməni soyqırımı” haqqında uydurmaların ABŞ-ın qanunverici orqanına ayaq açmasının Qərbdə hazırda mövcud olan siyasi ab-havanın nəticəsi olduğunu söyləyib: “Ermənistanın və xaricdəki bəzi dairələrin səyi nəticəsində Qərbdəki islamofob, anti-Azərbaycan və anti-türk tendensiyaların son vaxtlar daha da güclənməsi erməni lobbisinin və ermənipərəst dairələrin daim gündəmdə saxladığı “erməni soyqırımı” haqqında iddiaların ətrafında manipulyasiya etmək fürsətindən istifadəyə şərait yaradıb. Bu baxımdan, ABŞ Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı” haqqında qəbul etdiyi qətnamə bəzi beynəlxalq qurumların və dövlətlərin türk və müsəlman ölkələrinə qarşı vaxtaşırı nümayiş etdirdikləri ikili standartların nəticəsidir. Ən azı ona görə ki, qondarma “erməni soyqırımı”na Nümayəndələr Palatasında səs verənlər XX əsrin əvvəllərində Anadoluda və Cənubi Qafqazda 2 milyondan çox türkü qətlə yetirmiş erməni quldur dəstələrinin vəhşiliklərinə diqqət yetirmək istəmirlər. Eyni zamanda, həmin konqresmenlər yaxın keçmişdə Qarabağ müharibəsi zamanı dinc azərbaycanlı əhalinin məhv edilməsi barədə də susurlar”.
Deputatın sözlərinə görə, qondarma “erməni soyqırımı” iddialarının vaxtaşırı gündəmə gətirilməsi bu məsələdə təkcə erməni lobbisi və ermənipərəst dairələrin deyil, regionda maraqları olan xarici güc mərkəzlərinin də rolunu ortaya çıxarır: “Ermənistan və erməni lobbi dairələri qondarma “erməni soyqırımı”nı gündəmdə saxlamaqla Cənubi Qafqazda və digər regionlarda törətdikləri cinayətləri ört-basdır etməyə çalışırlar. ABŞ-da bir qrup siyasətçinin, deputatın heç bir fakta istinad etmədən, o dövrün arxiv materiallarını araşdırmadan ötən əsrin əvvəlində baş verən hadisələri gündəmə gətirməsi və həmkarlarına real hadisə kimi təqdim etməsi bunu sübut edir”.
Milli Məclisin deputatı Aydın Hüseynov isə məsələ ilə bağlı deyib ki, Türkiyənin Suriya ərazisində həyata keçirdiyi “Sülh çeşməsi” antiterror əməliyyatına mane olmağı bacarmayanlar bu yolla qisas ala biləcəklərini zənn edirlər: “Uydurma “erməni soyqırımı” iddialarının vaxtaşırı gündəmə gətirilməsi bu məsələdə təkcə erməni lobbisi və ermənipərəst dairələrin deyil, regionda maraqları olan xarici güc mərkəzlərinin də rolunu ortaya çıxarır. Həmin güclər qondarma “soyqırımı” iddialarından hər zaman Türkiyəyə qarşı istifadə etməyə çalışırlar. Sözügedən qətnamə Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında “Sülh çeşməsi” əməliyyatına başlamasından sonra Türkiyə hökumətinə təzyiqin gücləndirilməsi məqsədi daşıyır. Belə ki, erməni lobbisinin qatı tərəfdarlarından biri olan konqresmen Adam Şiff Konqresdə açıq şəkildə bəyan edib ki, qətnamənin qəbul edilməsi Türkiyə ordusunun Suriyaya müdaxiləsi ilə əlaqədardır. Məhz buna görə də türk düşmənlərini və erməni lobbisini sevindirmək üçün tarixin saxtalaşdırılması və onun siyasi təzyiq məqsədilə istifadə edilməsi cəhdləri qəbuledilməzdir və mütləq uğursuzluğa düçar olacaq”.
Bu qətnamənin heç bir tarixi və hüquqi əsası olmadığını, tarixi həqiqətləri saxtalaşdıran istənilən qərarı qəti surətdə pislədiyini deyən A.Hüseynov saxta “erməni soyqırımı” mövzusunun Türkiyəyə qarşı məqsədli və uydurma bir təzyiq vasitəsi olduğunu dilə gətirib: “Türkiyə dəfələrlə arxivləri açmağa hazır olduğunu bəyan edib. Türkiyənin həmin dövrün hadisələrinin araşdırılması üçün birgə komissiya yaratmaq təklifini qəbul etməyən Ermənistan növbəti dəfə saxtakarlıqla məşğul olduğunu sübut edib. Ona görə ki, 1915-ci il hadisələri ilə bağlı Türkiyə arxivlərində bir milyondan çox tarixi sənəd var. Saxtakar Ermənistan və erməni lobbisi isə indiyədək ortaya heç bir sənəd qoya bilməyib”.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06

