Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Heydər Əliyev Fondu tərəfindən Niderlanddakı Azərbaycan məktəblərinə yeni il hədiyyələri təqdim olunub

Heydər Əliyev Fondu tərəfindən Niderlanddakı Azərbaycan məktəblərinə yeni il hədiyyələri təqdim olunub

30.12.2009 [10:06]

Respublikamızın Niderland Krallığındakı səfirliyində bu ölkədə fəaliyyət göstərən Azərbaycan məktəblərinə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış hədiyyələrin təqdimat mərasimi keçirilib. Səfirlikdən bildiriblər ki, diaspor təşkilatları təmsilçilərinin və bir qrup azərbaycanlı ziyalıların iştirak etdiyi mərasimdə səfir Fuad İsgəndərov Heydər Əliyev Fondunun və qurumun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xaricdə yaşayan azərbaycanlılara diqqətini xüsusi vurğulayıb. Diplomat, Niderlandın Amsterdam və Rotterdam şəhərlərində fəaliyyət göstərən Azərbaycan məktəblərinin nailiyyətləri, ölkəmizin inkişafı, daxili və xarici siyasətdəki uğurları və perspektivləri barədə ətraflı məlumat verib, Azərbaycan Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrikini iştirakçıların diqqətinə çatdırıb. Sonra Azərbaycan məktəblərinin nümayəndələrinə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış yeni il hədiyyələri təqdim olunub. Azərbaycan diaspor təşkilatlarının təmsilçiləri göstərilmiş diqqətə və hədiyyələrə görə Heydər Əliyev Fonduna təşəkkürlərini bildirib, Hollandiyada yaşayan azərbaycanlıların daha da mütəşəkkil, milli maraqlarımızın müdafiəsinə yönəlmiş fəaliyyətinin davam etdirilməsinə dair fikirlər söyləyiblər.

Paylaş:
Baxılıb: 1034 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30