/ / Birinci vitse-prezident Mehriban Əliyeva 8-ci Moskva Beynəlxalq Müasir İncəsənət Biennalesi ilə tanış olub
Birinci vitse-prezident Mehriban Əliyeva 8-ci Moskva Beynəlxalq Müasir İncəsənət Biennalesi ilə tanış olub
26.11.2019 [10:13]
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyaya rəsmi səfəri çərçivəsində noyabrın 24-də Dövlət Tretyakov Qalereyasında olub.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva hazırda davam edən 8-ci Moskva Beynəlxalq Müasir İncəsənət Biennalesi ilə tanış olublar.
Birinci vitse-prezident Mehriban Əliyevanı Dövlət Tretyakov Qalereyasının direktoru Zelfira Trequlova və Moskva Beynəlxalq Müasir İncəsənət Biennalesinin kuratoru Yuliya Muzıkantskaya qarşılayıblar.
Tretyakov Qalereyasının direktoru Zelfira Trequlova Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya qalereyada davam edən 8-ci Beynəlxalq Müasir İncəsənət Biennalesi haqqında məlumat verib.
Bildirilib ki, biennaledə Rusiya, Avstriya, Bəhreyn, Almaniya, Səudiyyə Ərəbistanı, İtaliya, Almaniya, Çin, Niderland, ABŞ, Fransa rəssamları iştirak edirlər. Biennalenin əsas layihəsinin kuratoru Moskvadakı “Federasiya” və “Moskva-Siti” komplekslərinin müəllifi Dmitri Çernyakovdur. Müəllif bir neçə pavilyonda müxtəlif mövzu və janrları kiçik kapsullarda və evlərdə ümumi dialoqda birləşdirib. Bütün bu müxtəlifliyi bir-biri ilə uzlaşdırmaq asan olmadığından sərgi “Məkan oriyentasiyası” adlandırılıb. “Məkan oriyentasiyası” mövzusuna həsr olunan Müasir İncəsənət Biennalesində 11 ölkədən 34 rəssamın 50-dən çox əsəri nümayiş etdirilir.
Birinci vitse-prezident Mehriban Əliyeva ekspozisiyada Azərbaycan rəssamları Orxan Məmmədovun “Estetikanın saxlanması ideyası” və Leyla Əliyevanın “Əbədiyyət” multimedia installyasiyaları ilə tanış olub.
Orxan Məmmədovun təqdim etdiyi installyasiyada müxtəlif dövrlərə aid 50-dən çox Azərbaycan xalçasının naxışları toplanıb. Rəssamın süni intellektdən istifadə edərək hazırladığı art-obyektdə naxışlar bir-birini əvəzləyir.
Leyla Əliyevanın rəhbərliyi ilə 20 nəfərdən ibarət yaradıcı kollektivin videoart janrında hazırladığı “Əbədiyyət” əsərində insan cəsarətindən söhbət açılır.
Qeyd olunub ki, Moskva Biennalesinin tərəfdaşı dünyanın ən sanballı qrafik əsərlər toplusu olan Avstriyanın məşhur Albertina muzeyidir. Sərgidə XX əsrin 11 məşhur rəssamının muzeydə saxlanılan əsərləri ümumi mədəni məkanda nümayiş etdirilir.
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06

