“Rossiya-24” telekanalı “Bakutel-2019” sərgisi ilə bağlı reportaj yayımlayıb
06.12.2019 [09:54]
Reportajda Prezident İlham Əliyevin müsahibəsi də yer alıb
Rusiyanın “Rossiya-24” telekanalı dekabrın 5-də XXV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi - “Bakutel-2019”la bağlı reportaj yayımlayıb. Reportajda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müsahibəsi də yer alıb.
AZƏRTAC “Rossiya-24”ün müxbiri Aleksandr Çernetsovun reportajını təqdim edir.
Aparıcı: Bakı. Yenə də Formula 1-in mühərriklərinin gurultusu. Bu dəfə arzu edən hər kəs özünü əsl pilot kimi hiss edə bilər. Yürüş bolidinin super müasir simulyatoru “Bakutel” Beynəlxalq Sərgisinə gətirilib. Yüzlərlə İT şirkətinin 23 ölkədən olan təmsilçisi texnologiyaların inkişafını və bu sahədə parlaq layihələri müzakirə edirlər və əlbəttə, müqavilələr bağlayırlar. Məsələn, “Azərkosmos” və Rusiyanın peyk rabitəsi arasında əməkdaşlıq müqaviləsi imzalandı. Aleksandr Çernetsov razılaşmaların nədən ibarət olduğunu öyrənib.
Müxbir: Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi - “Bakutel-2019” mahiyyətcə ən qabaqcıl İT texnologiyalarının nümayişi üçün arenadır. Hər il Bakıya, Azərbaycan paytaxtına dünyanın 50 ölkəsinin telekommunikasiya bazarının aparıcı oyunçuları gəlir. Bu il “Bakutel”də nəinki rekord sayda iştirakçı, həm də bağlanacaq müqavilələrin rekord sayı gözlənilir. Axı, bu gün Azərbaycan Xəzəryanı regionda İT texnologiyaları sahəsində aparıcı ölkədir.
Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Haulin Jaon deyir: Təxminən 10 il əvvəl, Prezident İlham Əliyevlə görüşəndə o dedi ki, Azərbaycan neftlə zəngindir. Lakin biz anlayırdıq ki, bu ehtiyat gec-tez tükənəcək. Buna görə hələ o vaxt biz fikirləşdik ki, digər ehtiyat istiqamətlərini inkişaf etdirmək lazımdır. Təbii ki, bu mənada İKT - İnformasiya-Kommunikasiya Texnologiyaları sektoru ən mühüm idi.
Müxbir: “Bakutel-2019” yubiley sərgidir. Düz 25 il bu məkan həm aparıcı İT şirkətlərinə, həm də gənc tədqiqatçılara öz nailiyyətlərini göstərmək imkanı verir. Yeni iştirakçılar arasında İrandan olan qonaqlar var. Tərəfdaşlar kiber hücumlara qarşı İT sahəsindəki işlərini sərgidə təqdim edirlər. Digər iki qonşu stenddə isə jurnalistlərin videokameraları həqiqətən tarixi anı qeyd edir: “Azərkosmos” və Rusiyanın peyk rabitəsi ilk tərəfdaşlıq sazişini imzaladılar.
Rusiyanın “Federal Dövlət Unitar Müəssisəsi” şirkətinin biznesin inkişafı baş direktorunun müavini Kseniya Drozdova deyir: Kosmik imkanlarımızı birləşdirərək, biz Yaxın Şərq, Xəzər və Cənubi Afrika regionunda teleradio yayımları şirkətlərinə, rabitə operatorları şirkətlərinə daha geniş imkanlar təqdim etməyi nəzərdə tuturuq.
Müxbir: Yeri gəlmişkən, “Bakutel” təkcə biznes və strateji vəzifələr haqqında deyil. Bu, həm də əyləncədir.
Yəqin ki, bu sərginin istənilən qonağı özü üçün, öz maraqları üçün nəsə tapa bilər. Məsələn, bu Formula 1-in maksimal olaraq reallığa yaxın bolididir. Bu, əlbəttə ki, virtual olaraq trasda özbaşınalıq etmək və özünüzü Alonso kimi hiss etmək üçün nadir imkandır.
Yaxud İT robotexnika. Məsələn, dünyaca məşhur robot - Almaniyadan olan rəssam, bu isə teatronikadır - tamaşaçıların sevimlisi pianoçu robot.
İnnovasiyalar Agentliyinin idarə heyətinin sədri Tural Kərimli deyir: Bilirsiniz, 30-cu ilədək artıq 54 peşə süni intellekt və robotexnika ilə əvəz olunacaq. Buna görə bizim üçün gənc nəsilə yaxın gələcəkdə gözlənilənləri nümayiş etdirmək vacibdir.
Müxbir: Sərginin iştirakçılarını və qonaqlarını şəxsən salamlamaq üçün bu gün Prezident və birinci xanım da gəliblər. Kanalımıza eksklüziv müsahibədə söhbət, ilk növbədə, İlham Əliyevin fikrinə görə, bu gün ən yüksək səviyyədə olan Rusiya-Azərbaycan münasibətlərindən getdi.
Prezident İlham Əliyev deyir: Azərbaycan müasir texnologiyaların idxalçısı, daha artıq dərəcədə idxalçısı və istehlakçısıdır. Rusiya isə inkişaf etmiş elmi potensialı və Rusiya rəhbərliyinin bu sahəyə göstərdiyi böyük diqqət sayəsində istehsalçıya çevrilir. Buna görə də ölkələrimiz arasında dostluq münasibətlərini əsas götürərək bu istiqamətdə Rusiya qurumları ilə işləmək bizim üçün çox maraqlı olardı. Çünki heç kəs üçün sirr deyil ki, bu, həm təhlükəsizlik, həm texnologiya, həm də biznes deməkdir, ümumiyyətlə, bu, ölkələrin potensialı deməkdir.
Müxbir: Bu ilin sonunadək iki ölkənin prezidentləri növbəti dəfə Moskvada görüşəcəklər. Planda, həmçinin İT texnologiyaları sahəsində ikitərəfli münasibətlərə dair məsələlərin müzakirəsi var.
Xəbər lenti
Hamısına baxSiyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07

