Ciddədə UNA-nın İcraiyyə Şurasının və Baş Assambleyasının növbədənkənar iclasları keçirilib
13.12.2019 [10:18]
Dekabrın 11-12-də Ciddədə Səudiyyə Ərəbistanının İnformasiya naziri Turki Abdullah əş-Şəbananın sədrliyi ilə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Milli Xəbər Agentlikləri Birliyinin (UNA) İcraiyyə Şurasının və Baş Assambleyasının növbədənkənar iclasları keçirilib. Hər iki iclasda Azərbaycanı AZƏRTAC-ın İdarə Heyətinin sədri, UNA-nın İcraiyyə Şurasının üzvü Aslan Aslanov təmsil edib.
İcraiyyə Şurasının İƏT-in mənzil-qərargahında təşkil olunan iclasında Birliyin fəaliyyətinin ötən ilə aid maliyyə hesabatı dinlənilib, 2020-ci ilin büdcə layihəsi ilə bağlı müzakirələr aparılıb. Tədbirdə UNA-nın baş direktoru İsa Xeyre Rublenin vəzifəsindən istefa ərizəsinə baxılıb. İcraiyyə Şurasının üzvləri bu vəzifəyə yeni namizədləri müəyyənləşdirəcək komissiyanın yaradılması qərarına gəliblər. Komissiyanın işinin nəticəsi Baş Assambleyanın üzvlərinə ilin sonunadək göndəriləcək və təsdiq ediləcək.
UNA-nın Baş Assambleyasının növbədənkənar iclasında 40-dan çox ölkənin xəbər agentliklərinin nümayəndələri iştirak ediblər. İclasda təşkilati məsələlərlə yanaşı, 2018-2019-cu illər ərzində görülmüş işlər barədə danışılıb, UNA-nın 2020-ci il üçün proqnozlaşdırılan büdcə layihəsi müzakirə olunaraq qəbul edilib.
İclasda, həmçinin ötən iki il ərzində Birliyin maliyyə çatışmazlığına baxmayaraq, bir sıra layihələr həyata keçirdiyi bildirilib. UNA-nın “İslam ölkələrinə mediatur” proqramı çərçivəsində Tunisə və Azərbaycana səfərlər edən jurnalistlər bu ölkələrin nailiyyətləri ilə yerindəcə tanış olmaq imkanı əldə ediblər. UNA İƏT festivalları çərçivəsində üzv agentliklərin fotoşəkillərindən ibarət sərgilər də təşkil edib.
Baş Assambleyanın iclasında UNA-nın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bir sıra təkliflər irəli sürülüb, üzv ölkələrin informasiya agentlikləri arasında daha səmərəli əməkdaşlığın qurulması, xəbər istehsalında yeni texnologiyalardan istifadə olunması ilə bağlı məsələlər müzakirə edilib.
AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov çıxışında agentliyin İslam ölkələrinin xəbər agentlikləri ilə müxtəlif beynəlxalq və regional platformalarda, media təşkilatları, o cümlədən UNA çərçivəsində, eləcə də ikitərəfli şəkildə əməkdaşlıq etdiyini söyləyib, Birliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər irəli sürüb. Bildirib ki, UNA İSESKO-nun İslam ölkələrinin 100 maddi və qeyri-maddi mədəni irs nümunəsinin İslam dünyasının İrs Siyahısına daxil edilməsi ilə bağlı təşəbbüsünə informasiya dəstəyinin verilməsində xüsusilə mühüm rol oynaya bilər.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59

