/ / Pakistanda beynəlxalq konfransda Azərbaycanın “Bir kəmər, bir yol” təşəbbüsündəki rolundan danışılıb
Pakistanda beynəlxalq konfransda Azərbaycanın “Bir kəmər, bir yol” təşəbbüsündəki rolundan danışılıb
19.12.2019 [09:38]
Pakistanın paytaxtı İslamabadda bu ölkənin Qlobal və Strateji Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə “Bir kəmər, bir yol” tərəfdaşlarının regional media bağlılığı mövzusunda beynəlxalq konfrans keçirilib.
Çin Xalq Respublikasının Sədri Si Cinpinin irəli sürdüyü iri əməkdaşlıq təşəbbüsü olan “Bir kəmər, bir yol”un xalqlar arasında təmasların daha da yaxınlaşdırılmasındakı əhəmiyyətinə, bu işdə medianın vacib roluna dair müzakirələr aparmaq məqsədilə təşkil olunan konfransda Azərbaycan, Çin, Özbəkistan, Belarus, İran, Qırğızıstan, Tacikistan, Şri-Lanka, Maldivdən olan nümayəndələr iştirak ediblər.
Pakistanın Xarici İşlər, İnformasiya və Yayım nazirliklərinin məsul şəxslərinin, nüfuzlu politoloqların, tədqiqatçıların, alimlərin, diplomatların, yerli aparıcı kütləvi informasiya vasitələri rəhbərlərinin qatıldıqları tədbirin açılış mərasimində Pakistan Baş nazirinin informasiya və yayım üzrə köməkçisi xanım Firdövs Aşiq Avan “Bir kəmər, bir yol” təşəbbüsünün region ölkələri üçün yaratdığı əməkdaşlıq imkanlarından danışıb.
Konfransda əsas məruzəçilərdən biri kimi çıxış edən Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) xüsusi müxbiri Şahin Cəfərov Avrasiyadakı tarixi ticarət yollarının üzərində, Qərbi Asiya ilə Şərqi Avropanın qovuşduğu məkanda yerləşən Azərbaycanın “Bir kəmər, bir yol” təşəbbüsündə oynadığı roldan danışıb. Bildirib ki, Azərbaycan bu təşəbbüsü ilk dəstəkləyən ölkələrdən biridir. Prezident İlham Əliyevin 2015-ci ildə Çinə dövlət səfəri zamanı iki ölkə arasında “Bir kəmər, bir yol”un tərkib hissəsi olan İpək Yolu İqtisadi Kəmərinin birgə təşviqinə dair Anlaşma Memorandumu imzalanıb. Cari ilin aprelində Pekində keçirilmiş 2-ci “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumunda çıxış edən dövlətimizin başçısı Azərbaycanın dəstəyini və təşəbbüs çərçivəsində əməkdaşlığı genişləndirməyə hazır olduğunu bir daha bəyan edib. Qeyd olunub ki, Azərbaycan coğrafi mövqeyi və iqtisadi potensialı, o cümlədən son illər müasirləşən və inkişaf edən nəqliyyat-logistika infrastrukturu ilə strategiyanın həyata keçməsində vacib ölkə kimi qiymətləndirilir. Bu xüsusda Avropa ilə Çin arasında ən qısa dəmir yolu bağlantısını təmin edən Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Ələtdəki yeni dəniz ticarət limanı da daxil olmaqla Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu həm Şərq-Qərb, həm də Şimal-Cənub istiqamətlərində yüklərin daha qısa zamanda və etibarlı daşınmasını təmin edir. Bundan başqa, ölkədəki 6 beynəlxalq hava limanı, Abşeron Logistika Mərkəzi, Xəzər dənizindəki ən iri yük donanması, müasirləşən avtomobil yolları da ölkəmizin beynəlxalq yükdaşımalardakı əlverişli imkanlarını daha da artırıb.
Ş.Cəfərov Azərbaycan mediasının tarixi və inkişaf mərhələləri barədə məlumat verib, hazırda ölkənin aparıcı kütləvi informasiya vasitələrinin, o cümlədən gələn il yaranmasının 100 ili tamam olacaq AZƏRTAC-ın Azərbaycanın “Bir kəmər, bir yol” üzrə əməkdaşlığını diqqətdə saxladığını bildirib. Qeyd edib ki, AZƏRTAC həm Asiya, həm də Avropa xəbər agentlikləri alyansında təmsil olunan, habelə regional alyansların yaradılmasında fəal iştirak edən nadir agentliklərdən biridir. AZƏRTAC 2016-2019-cu illərdə Dünya Xəbər Agentlikləri Konqresinə, habelə Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatına (OANA) uğurla sədrlik edib.
Bundan başqa, AZƏRTAC Çinin Sinxua agentliyinin “Bir kəmər, bir yol” ölkələri haqqında daha çevik informasiya mübadiləsinin təmin olunmasına dair təşəbbüsü olan “Bir kəmər, bir yol” İqtisadi Tərəfdaşlıq Platformasının təsisçilərindən biridir. Bu platforma vasitəsilə AZƏRTAC-ın ölkəmizin iqtisadi inkişafı, əlverişli biznes, sərmayə mühiti və mövzu ilə bağlı digər xəbərləri platformada təmsil olunan KİV-lərə, Çinin müvafiq tədqiqat mərkəzlərinə, biznes assosiasiyalarına ötürülür.
Qeyd olunub ki, AZƏRTAC-ın saytının Çin dili versiyasının fəaliyyəti, Sinxua, “China Daily” qəzeti və Çinin digər nüfuzlu KİV-ləri ilə səmərəli əməkdaşlığı sayəsində Çin informasiya resurslarında Azərbaycan haqqında, ölkəmizin “Bir kəmər, bir yol” strategiyasında iştirakı barədə xəbərlərin sayında artım müşahidə olunur. Misal üçün, Çinin “Jiannan Chun”s” internet araşdırma təşkilatının hesabatına əsasən, 2018-ci ilin dekabr ayında Çin internet məkanında “Bir kəmər, bir yol” mövzusunda haqqında ən çox material tapılan ölkələrin siyahısına Azərbaycan başçılıq edib.
Konfransda digər ölkələrin nümayəndələri də çıxış edib, mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
Konfransda iştirak etmək üçün Pakistanda səfərdə olan xarici qonaqlar ölkənin Xarici İşlər, İnformasiya və Yayım nazirliklərində, “Çin-Pakistan İqtisadi Dəhlizi”nin ofisində, Qlobal və Strateji Tədqiqatlar Mərkəzində görüşlər keçirib, Pakistan və Çinin ortaq layihəsi olan “Dosti channel 98FM” radiostansiyasının fəaliyyəti ilə tanış olublar.
Xəbər lenti
Hamısına baxDünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39
İqtisadiyyat
06 Avqust 14:36
Dünya
06 Avqust 14:34
İqtisadiyyat
06 Avqust 14:29
Dünya
06 Avqust 14:18
Siyasət
06 Avqust 14:05
Sosial
06 Avqust 14:02
Siyasət
06 Avqust 13:54
İqtisadiyyat
06 Avqust 13:46
Dünya
06 Avqust 13:42
Sosial
06 Avqust 13:42
Mədəniyyət
06 Avqust 13:38
İqtisadiyyat
06 Avqust 13:31
Elm
06 Avqust 13:17
İqtisadiyyat
06 Avqust 13:05
Elm
06 Avqust 12:43
Elm
06 Avqust 12:20
Gündəm
06 Avqust 11:50
Müsahibə
06 Avqust 11:32
Gündəm
06 Avqust 11:28
Siyasət
06 Avqust 11:25
Analitik
06 Avqust 11:13
Siyasət
06 Avqust 10:48
Gündəm
06 Avqust 10:30
Analitik
06 Avqust 10:14
Analitik
06 Avqust 09:55
Siyasət
06 Avqust 09:53
Analitik
06 Avqust 09:40
Ədəbiyyat
06 Avqust 09:20
MEDİA
06 Avqust 09:05
Siyasət
06 Avqust 08:14
Dünya
05 Avqust 23:51
Dünya
05 Avqust 23:15
Dünya
05 Avqust 22:58
Dünya
05 Avqust 22:36
YAP xəbərləri
05 Avqust 22:23
İdman
05 Avqust 22:19

