/ / Naxçıvanda sosial qayğıya ehtiyacı olanlara fərdi yaşayış evləri, mənzillər və avtomobillər təqdim olunub
Naxçıvanda sosial qayğıya ehtiyacı olanlara fərdi yaşayış evləri, mənzillər və avtomobillər təqdim olunub
15.01.2020 [09:34]
Yanvarın 14-də bir şəhid ailəsinə, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda və hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlıq imkanları məhdudlaşmış 3 nəfərə fərdi yaşayış evləri və mənzillər, eyni zamanda, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda, hərbi xidmət vəzifələrinin icrası zamanı və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın fəsadlarının aradan qaldırılmasında sağlamlığını itirmiş 11 nəfərə “NAZ-Lifan 330” markalı avtomobillər təqdim edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mənzil və avtomobillə təmin olunanları təbrik edərək deyib: Bu gün Azərbaycan dövləti qarşısında xidməti vəzifələrini layiqincə yerinə yetirənlərə, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda sağlamlığını itirənlərə, şəhid ailəsinə, eləcə də Çernobıl qəzasının fəsadlarının aradan qaldırılmasında iştirak edən şəxslərə mənzil və avtomobillər təqdim olunur. Bu insanların dövlətimiz qarşısındakı xidmətləri nümunə gücündədir. Mənzil və avtomobillərin təqdim olunması isə dövlətimizin ərazi bütövlüyünün qorunmasında həyatını və sağlamlığını itirmiş şəxslərə göstərdiyi qayğının, ölkəmizdəki dövlət-xalq birliyinin daha bir ifadəsidir.
“O ölkənin suverenliyi və ərazi bütövlüyü qorunur ki, həmin ölkədə vətənpərvər insanlar vardır. Vətənpərvər insanlar hər bir ölkənin ən qiymətli sərvətidir”, - deyən Ali Məclisin Sədri mənzil və avtomobillə təmin olunanlara ölkəmiz və xalqımız qarşısındakı xidmətlərinə, göstərdikləri vətənpərvərlik nümunəsinə görə təşəkkür edib.
Ali Məclisin Sədri deyib: Dövlətimiz və xalqımız qarşısında xidməti olan şəxslərə bundan sonra da daim qayğı göstəriləcəkdir. Ona görə ki, Azərbaycanda Ümummilli Liderimiz Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik yolu ölkə Prezidenti tərəfindən uğurla davam etdirilir. Bu gün mənzil və avtomobillərin təqdimatının keçirilməsi də Ulu Öndər Heydər Əliyev dövlətçilik yoluna nümunədir.
Ali Məclisin Sədri fərdi yaşayış evi, mənzil və avtomobillə təmin olunanları bir daha təbrik edib.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev çıxış edərək deyib ki, muxtar respublikada sağlamlıq imkanları məhdud şəxslərin sosial müdafiəsi, təhsili, məşğulluğu və yaradıcılıq potensiallarının aşkar edilməsi diqqət mərkəzində saxlanılır. Bununla yanaşı, sosial qayğıya ehtiyacı olan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onlara minik avtomobillərinin verilməsi sahəsində də ardıcıl tədbirlər görülür. Ötən il müvafiq kateqoriyalı 17 ailəyə fərdi yaşayış evləri və mənzillər, 35 nəfərə minik avtomobilləri təqdim edilib. Nicat Babayev sağlamlıq imkanları məhdud şəxslərə göstərilən diqqət və qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlığını bildirib.
Ali Məclisin Sədri avtomobillərin açarlarını, fərdi yaşayış evləri və mənzillərin orderlərini təqdim edib.
Avtomobillə təmin olunan Sadıq Əlibəyli deyib: “Muxtar respublikada vətənimizin azadlığı və ərazi bütövlüyünün qorunması zamanı, habelə Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edərək sağlamlığını itirənlərə, şəhid ailələrinə dövlətimiz tərəfindən hər zaman yüksək diqqət və qayğı göstərilir. Sağlamlıq imkanları məhdud şəxslər, şəhid ailələri mənzillə təmin olunur, onlara minik avtomobilləri verilir, müalicələrinə köməklik göstərilir. Ailəmiz üçün də olduqca sevindirici olan bugünkü tədbir bizə göstərilən dövlət qayğısının növbəti təzahürüdür”.
Sadıq Əlibəyli sağlamlıq imkanları məhdud şəxslər və onların ailə üzvləri adından Ali Məclisin Sədrinə minnətdarlığını bildirib, yubileyi münasibətilə təbriklərini çatdırıb.
Şəhid anası Tükəzban İsmayılova deyib: “Dövlətimiz şəhid ailələrinə hərtərəfli qayğı göstərir. Rahat yaşayırıq. Sosial problemlərimizin həlli daim diqqətdə saxlanılır. Bu gün mənzillə təmin olunmağım da muxtar respublikada bu sahədə görülən işlərin davamı, şəhid ailələrinə göstərilən diqqətin daha bir ifadəsidir. Bütün bunlara görə ölkə Prezidentinə dərin minnətdarlıq edirəm”.
Mənzillə təmin olunan İlkin Orucov və digərləri də onlara göstərilən qayğıya görə minnətdarlıq ediblər.
Fərdi yaşayış evləri Ordubad rayonunun Darkənd və Şərur rayonunun Dəmirçi kəndlərində, mənzillər isə Babək qəsəbəsindəki yeni yaşayış binasında yerləşir. Fərdi yaşayış evləri və mənzillər tam təmir olunub, lazımi kommunal-məişət şəraiti yaradılıb, xalça hədiyyə edilib.
Xəbər lenti
Hamısına baxSosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36
İqtisadiyyat
11 İyun 10:13
YAP xəbərləri
11 İyun 09:40
Analitik
11 İyun 09:33
Analitik
11 İyun 09:17
Sosial
11 İyun 08:54
Mədəniyyət
11 İyun 08:30
Daxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19

