Demokratik Avropa ailəsinin layiqli üzvü
22.01.2010 [13:49]
Azərbaycanın digər beynəlxalq qurumlara nisbətən daha çox Avropa Şurasında uğur qazanması da məhz Prezident İlham Əliyevin yüksək nüfuzu və Azərbaycan parlament nümayəndə heyətinə rəhbərlik etdiyi dövrdəki fəaliyyəti ilə bağlıdır
Azərbaycanın Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsindən 9 il ötür. Müasir dövrdə ümumavropa məkanında insan hüquqlarının qorunması və gənc müstəqil dövlətlərdə demokratik proseslərin inkişaf etdirilməsi istiqamətində, habelə beynəlxalq münasibətlər sisteminin tənzimlənməsində, qitədə sülhün, təhlükəsizliyin qorunmasında, qlobal problemlərin həllində müstəsna rol oynayan Avropa Şurası öz strukturuna, işinin çoxşaxəliyinə görə mürəkkəb bir sistemdir. Bu gün Avropada ən aktual problemlərdən olan insan hüquqlarının məhəlli səviyyədə müdafiəsi ilə müxtəlif institutlar, o cümlədən də Avropa Birliyi və ATƏT məşğul olsa da, “insan hüquqlarının müdafiəsi üçün Avropa sistemi” dedikdə bir qayda olaraq Avropa Şurasını və onun çərçivəsində yaradılan nəzarət mexanizmlərini nəzərdə tuturlar.
Uzun müddət, təxminən 60 illik dövr ərzində aşkar edilən bəzi zəif cəhətlərinə və nöqsanlarına baxmayaraq, Avropa Şurası insan haqlarının müdafiəsi üçün ən yararlı sistem kimi özünü təqdim edərək Avropa insan haqlarının beynəlmiləlləşməsinə, onların universal mahiyyət kəsb etməsinə, beynəlxalq münasibətlərin predmetinə və qayğısına çevrilməsinə güclü təkan verib.
Müstəqil Azərbaycan Respublikası bu gün demək olar ki, əksər nüfuzlu beynəlxalq təşkilatların üzvüdür. Fikrimcə, Avropanın demokratik və təhlükəsiz əraziyə çevrilməsinə kömək üçün üzv dövlətlər arasında sıx əlaqələr yaratmasında müstəsna xidmətlərə malik olan Avropa Şurası ilə Azərbaycan arasında əməkdaşlığın siyasi təhlili, öz aktuallığı baxımından digər sadaladığımız qurumlarla müqayisədə daha yüksəkdə durur.
Hökumətlərarası və parlamentlərarası siyasi təşkilat olan Avropa Şurasına respublikamız hələ 1992-ci ildə qonaq statusu almaq üçün müraciət etsə də, bu məsələ öz müsbət həllini tapmamışdı. Belə ki, həmin dövrdə Avropa Şurasının özü Cənubi Qafqaz regionuna qədər genişlənməyə hazır deyildi. üstəlik bu təşkilatın ölkəmizə münasibəti də müsbət deyildi və hətta 1992-ci ildə Avropa Şurasının qeyri-üzv ölkələr üzrə komitəsi Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar respublikamızın əleyhinə bəyannamə qəbul etmişdi. Belə bir şəraitdə ilk növbədə Avropa Şurasında Azərbaycanın obyektiv, düzgün imicini formalaşdırmaq lazım idi.
Azərbaycan dövlət müstəqilliyi elan etdikdən sonra dünya inteqrasiya proseslərinə qoşulmaq üçün əlverişli perspektivlər və real imkanlar qazanmışdı. O dövrdə, yəni dövlət müstəqilliyinin ilk illərindən etibarən Azərbaycanın Avropaya inteqrasiya proseslərinə qoşulması iki amillə bağlı idi:
- Azərbaycanın Avropaya inteqrasiya proseslərinə qoşulmaqda maraqlı olması qısa müddətdə Azərbaycanda yaradılmış siyasi sabitlik, respublikamızda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, bazar iqtisadiyyatının bərqərar olmasına yönəldilmiş siyasi-iqtisadi islahatlar, insan hüquqlarının qorunması sahəsində həyata keçirilmiş tədbirlər Azərbaycanın Avropaya inteqrasiya proseslərinə qoşulması üçün əlverişli zəmin hazırlamış oldu.
- Azərbaycanın əlverişli geosiyasi mövqeyi və zəngin təbii ehtiyatları Avropanı Azərbaycana cəlb edirdi. Bu baxımdan Avropa beynəlxalq təşkilatlarının Azərbaycanla əməkdaşlığa meylli olmaları təbii qəbul edilməli idi.
Azərbaycanın Avropa Şurası ilə əlaqələrinin müstəqilliyin ilk illərini əhatə edən dövr üçün siyasi sahədə aşağıdakı məqsədləri əhatə etməsi fikrini irəli sürmək mümkündür:
- qazanılmış müstəqilliyin təsdiqi, möhkəmləndirilməsi və inkişaf etdirilməsi;
- insan və vətəndaş hüquqlarının təmin edilməsi sahəsində perspektivlərin inkişafına zəmin yaratmaq;
- Avropa dövlətləri ilə diplomatik münasibətlərin yüksək səviyyədə qurulmasına imkan qazanmaq;
- ölkənin xarici siyasətinin dinc yanaşı yaşamaq, sülhü və təhlükəsizliyi qorumaq, beynəlxalq hüquq prinsiplərinə əsaslandığını nümayiş etdirmək və digər dövlətlərə çatdırmaq;
- öz məqsəd və məramları haqqında məlumat vermək üçün Avropa Şurasının ali tribunasından istifadə etmək.
Bütövlükdə xarici siyasət strategiyasının düzgün müəyyənləşdirilməsi nəticəsində Azərbaycanın Avropa Şurasına üzv qəbulu ümummilli maraqlarımıza cavab verən böyük siyasi hadisə kimi cəmiyyət daxili siyasi çəkişmələrdən, siyasi əqidə mənsubiyyətindən irəli gələn subyektiv mülahizələrdən qat-qat yuxarıda durduğundan layiqincə qiymətləndirilməlidir. Əks halda, biz beynəlxalq aləmdə ümummilli mənafeyimizin xeyrinə baş vermiş hadisələrə obyektiv qiymət vermək, bu hadisələrdən qürurlanmaq və faydalanmaq vərdişindən məhrum olarıq.
İnsan hüquqları sahəsində Avropa Şurası təşkilatı ilə əməkdaşlıq əldə olunmuş nəticələr baxımından müsbət qiymətləndirilməlidir.
İnsan hüquqlarının qorunması sahəsində Avropa Şurası Azərbaycanla əlaqələrinin qruplaşmasına imkan verir: insan hüquqları üzrə beynəlxalq müqavilələr sisteminə qoşulmaq, İnsan hüquqlarının pozulması faktlarının üzə çıxarılması və onların aradan qaldırılması sahəsində əməkdaşlıq Azərbaycanda Avropa standartlarına uyğun qanun yaradıcılığının həyata keçirilməsi, insan hüquqları üzrə Avropa Şurası Konvensiyalarının hazırlanmasında bu sahəyə dair konfrans və toplantılarda iştirak, Avropa Şurasının insan hüquqları üzrə həyata keçirdiyi texniki əməkdaşlıq proqramlarında fəal iştirak. Bu gün möhtərəm Prezidentimiz İlham Əliyev rəhbərliyi altında ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu mükəmməl bir konsepsiya əsasında beynəlxalq təşkilatlarla həyata keçirilən münasibətlərin nizamlanması prosesinə xüsusi diqqət yetirilir. Azərbaycan üçün onlardan ən önəmlisi Avropa Şurası ilə əlaqələrdir. Sözügedən qurum hələ ki, Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi faktını tanıyan yeganə beynəlxalq təşkilat olaraq qalmaqdadır. Bu məsələnin əhəmiyyətini artıran amil təkcə ondan ibarət deyil ki, Avropa Şurası avropayönümlü bir təşkilatdır və burada erməni lobbisinin təsiri olduqca böyükdür, həm də onunla bağlıdır ki, bu beynəlxalq qurumun dünya ictimai rəyinə təsir imkanları həddən artıq yüksək qiymətləndirilir və onunla indi bütün dünya hesablaşır.
Azərbaycan bu beynəlxalq təşkilata 2001-ci ilin əvvəlində üzv oldu. Qeyd etmək lazımdır ki, bu proses xeyli vaxt aparsa da, bəzi qüvvələrin müqavimətinə rast gəlinsə də, Ulu öndər Heydər Əliyevin prinsipial və ciddi elmi əsaslara söykənən siyasəti Azərbaycanın Avropa Şurasının sıralarında təmsil olunmaq arzusunu gerçəkləşdirdi. Bu hadisə beynəlxalq münasibətlər sistemində ölkəmizin mövqelərinin əhəmiyyətli dərəcədə möhkəmləndirilməsinə səbəb oldu. Dünyanın əksər beynəlxalq təşkilatlarında olduğu kimi, burada da erməni lobbisinin təsir imkanları yüksək olduğundan qarşıda ciddi problemlərin həlli vəzifəsi dayanırdı.
Azərbaycan nümayəndə heyəti artıq beynəlxalq müstəvidə qətiyyətli və güclü bir siyasətçi kimi özünü təsdiq edə bilmiş Prezident İlham Əliyevin ardıcıl səyləri nəticəsində elə ilk sessiyadan başlayaraq Ermənistanın işğalçı siyasətinin beynəlxalq hüquqa zidd nəticələrini konkret faktlarla ifşa edən addımlar atmağa müvəffəq oldu. Proseslərin sonrakı inkişafının real təzahürləri göstərdi ki, Ermənistan tərəfi bu cür başlanğıca əsla hazır deyildi.
Azərbaycanın digər beynəlxalq qurumlara nisbətən daha çox Avropa Şurasında uğur qazanması da məhz Prezident İlham Əliyevin yüksək nüfuzu və Azərbaycan parlament nümayəndə heyətinə rəhbərlik etdiyi dövrdəki fəaliyyəti ilə bağlıdır. Belə ki, Azərbaycanın Avropa Şurasında qeyd olunan dövrdəki nailiyyəti bu mənada indiyə qədər eyni qəbildən olan fəaliyyət görsəntilərindən, məhz qaldırılan problemlərin Avropa müstəvisinə maksimum yaxınlaşdırılması xüsusiyyətləri ilə fərqlənirdi.
AŞ PA-nın 2004-cü il yaz sessiyasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı Azərbaycan tarixinin çox əlamətdar bir dövrünə qiymət vermək baxımından xüsusi əhəmiyyətə malik idi. Dövlət başçımız təxminən 3 il ərzində AŞ PA-da ölkəmizi təmsil edən nümayəndə heyətinin rəhbəri kimi fəaliyyət göstərib və qeyd edildiyi kimi, bu vaxt intervalı ciddi nailiyyətlərlə zəngin olub. Prezident İlham Əliyev özü də AŞ PA-da fəaliyyət göstərdiyi illərin onun üçün çox qiymətli olduğunu vurğulayıb: “Həyatımın bu dövrü mənim üçün bəlkə də ən maraqlı, mühüm zaman kəsiyidir və bu dövr gələcək fəaliyyətimdə, əlbəttə ki, bugünkü vəzifəmdə də vacib rol oynadı”.
Azərbaycan Prezidentinə AŞ PA-nın fəxri üzvü diplomu və medalı təqdim olunması bu təşkilatın Prezident İlham Əliyevin səmərəli fəaliyyətinə və işgüzarlığına verdiyi yüksək qiymət kimi səciyyələndirilə bilər. “Biz ən fəal deputat və nümayəndə heyətinin rəhbəri, habelə AŞ PA-nın ən fəal rəhbərlərindən biri, nəhayət ən fəal dövlət başçısı kimi qiymətləndirdiyimiz Azərbaycan Prezidenti İlham Əliyevi yenidən öz yanımızda görməkdən fərəh hissi keçiririk. Sizin Avropa dəyərlərinə, Avropa Şurasına xüsusi diqqətiniz hamımızda minnətdarlıq hissi doğurmuşdur”. Bu sözləri AŞ PA-nın sədri Piter Şider Azərbaycan Prezidentinə fəxri üzv diplomunu və medalını təqdim edərkən söyləyib.
Bütövlükdə cənab Prezident İlham Əliyevin AŞ PA-da gördüyü işlər nəticəsində indi Azərbaycan nümayəndə heyətinin qurumda rolu əhəmiyyətli dərəcədə artmış və onunla hesablaşırlar. Azərbaycan torpaqlarının ermənilər tərəfindən yox, məhz Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyi faktını Avropa Şurası rəsmən tanımışdır, işğal edilmiş bölgələrin hamısının adları AŞ PA-nın rəsmi sənədində yazılmışdır. Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində Avropa Şurası Azərbaycan reallıqlarını qəbul edir, ermənilərin saxta məlumatlarına inanmır və Ermənistanı işğalçı kimi tanımaqda davam edir.
Azərbaycan Parlament nümayəndə heyətinin ötən doqquz il ərzində AŞ PA-dakı uğurlu fəaliyyəti ölkəmizin Avropa ailəsində yerinin möhkəmləndirilməsinə, beynəlxalq aləmdə nüfuzunun artmasına, demokratiyanın daha da inkişaf etdirilməsinə, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə daha geniş yayılmasına xidmət edir.
Azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyevin istər AŞPA-da nümayəndə heyətimizə rəhbərlik etdiyi dövr ərzində, istərsə də bu günkü Prezidentlik fəaliyyətində mükəmməl diplomatik gedişləri və möhkəm qətiyyəti sayəsində ölkəmiz Avropa Şurasını fəth etmiş Avropanın aparıcı dövlətləri ilə bir sıradadır.
Bu gün Azərbaycan dövlətinin xarici siyasət kursu ölkənin müstəqilliyinin, təhlükəsizliyinin, ərazi bütövlüyünün təmin olunması, Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsi üçün mövcud əlverişli şəraitin qorunub saxlanılması, digər dövlətlərlə formalaşmış bərabərhüquqlu və faydalı münasibətlərin sərhədlərinin genişlənməsi və balanslaşdırılmış praqmatik xarici siyasətin həyata keçirilməsindən ibarətdir.
Bu baxımdan, son altı il ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bütün sahələrdə həyata keçirilən islahatlar ölkəmizin beynəlxalq imicini daha da möhkəmləndirmiş, dünya iqtisadi sisteminə sıx inteqrasiya uğurlarımızı şərtləndirmişdir. Demokratik dəyərlərin cəmiyyət həyatında getdikcə daha möhkəm əsaslarla bərqərar olması, həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının makroiqtisadi nəticələri, vətəndaş cəmiyyəti təsisatlarının möhkəmlənməsi düzgün müəyyən edilən siyasi kursun məntiqi nəticəsidir. ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan milli inkişaf strategiyasının yeni mərhələdə daha da zənginləşdirilməsi böyük perspektivlərdən xəbər verir və Azərbaycan bu istiqamətdə ardıcıl uğurlara imza atmaqdadır.
Adil Vəliyev,
Milli Məclisin Aparatının baş məsləhətçisi, siyasi elmlər namizədi
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

