Azərbaycan inkişaf etmiş ölkədir...
22.01.2010 [13:51]
“2009-cu ilin sosial-iqtisadi göstəriciləri bir daha sübut edir ki, Azərbaycan inkişaf etmiş ölkədir”. Bunu qəzetimizə açıqlamasında YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov deyib. Aydın Hüseynovun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində 2009-cu ildə də ölkəmizdə hərtərəfli inkişaf qeydə alınıb: “ötən il Azərbaycanda ümumi daxili məhsul 9,3 faiz, sənaye istehsalı 8,6 faiz, kənd təsərrüfatı 3,5 faiz artıb. 2009-cu ildə neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş tədbirlər nəticəsində ölkədə makroiqtisadi sabitlik qorunub saxlanılıb, inflyasiyanın səviyyəsi 1,5 faiz olub. Bununla yanaşı, 2009-cu ildə Azərbaycana investisiya qoyuluşu 9,2 milyard dollar olub ki, bunun da 7,3 milyardı daxili sərmayələrdir. Digər tərəfdən, keçən il 74 min yeni iş yeri açılıb. Bütövlükdə, bu gün Azərbaycanın valyuta ehtiyatları 20,4 milyard dollar təşkil edir. Bütün bu göstəricilər, real nailiyyətlər Azərbaycanın düzgün istiqamətdə siyasət həyata keçirdiyinə əyani sübutdur. Artıq Azərbaycanın sosial-iqtisadi siyasət təcrübəsi digər ölkələrdə etibarlı istinad mənbəyi kimi qəbul edilir”.
ölkədə yoxsulluğun səviyyəsinin yenidən aşağı düşməsinə diqqət çəkən Aydın Hüseynov bunu yüksək qiymətləndirib: “ümumiyyətlə, müxtəlif ekspertlərin fikrincə, dünya təcrübəsində yoxsulluğun həddi 16 faiz götürülür. Yəni, yoxsulluğun səviyyəsi bu həddən aşağıdırsa, demək o ölkədə sosial-iqtisadi vəziyyət yaxşıdır. Əgər yuxarıdırsa, demək ki, vəziyyət normadan aşağıdır. Azərbaycanda yoxsulluğun səviyyəsinin 11 faizə enməsi çox yaxşı göstəricidir. Beynəlxalq təcrübəyə nəzər salsaq görərik ki, bu göstəriciyə görə, Azərbaycan inkişaf etmiş ölkələr sırasındadır. Qeyd edim ki, Avropa İttifaqı ölkələrinin əhalisinin təxminən 17 faizi yoxsulluq şəraitində yaşayır, 10 faizinin isə bu qış evini qızdırmaq üçün kifayət qədər maliyyə imkanı yoxdur. Avropa İttifaqının 27 ölkəsində yoxsulluğun səviyyəsi 2005-ci ildən dəyişməz qalır. İttifaqın 500 milyon əhalisinin 17-18 faizi yoxsuldur. Yoxsulların sayı Latviyada 26 faiz, Rumıniyada 23 faiz, Bolqarıstanda 21 faizdir. Hollandiya və Slovakiyanın hər birində yoxsullar əhalinin 11 faizini təşkil edir.
Amma bizdə vəziyyət tamamilə fərqlidir. Belə ki, əgər 6 il bundan əvvəl Azərbaycan vətəndaşlarının təxminən 50 faizə yaxını yoxsulluq səviyyəsində yaşayırdısa, bu gün həmin göstərici 11 faizdir. Bu onu göstərir ki, hətta böhranlı ildə Azərbaycanda yoxsulluğa qarşı çox ciddi mübarizə aparılıb”.
Aydın Hüseynov, həmçinin, Xalq-iqtidar birliyinin ölkəmiz, xalqımız üçün verdiyi uğurlu nəticələrdən də danışıb: “Dövlətin idarə olunması haqqında nəzəriyyələrdə qeyd edilir ki, insanların rihaf halına xidmət edən dövləti formalaşdırmaq üçün vətəndaşların dövlətçilik, vətənpərvər ruhda tərbiyə olunması, ədalətli qanunların qəbul edilməsi, xeyriyyə məqsədli fəaliyyətlərin artırılması kimi şərtlər tələb olunur. Bu gün Azərbaycanda insanların düzgün istiqamətdə tərbiyə olunması, onların rihaf halının yüksəldilməsi, eyni zamanda, digər şərtlər çərçivəsində hüquqi, əməli-praktik addımlar atılır. Məhz bunun nəticəsidir ki, ölkədə milli birlik formalaşıb. Xalq-iqtidar birliyinin möhkəm tellərlə bağlı olması uğurlu nəticələrin, nailiyyətlərin əldə edilməsinə gətirib çıxarıb. Əminəm ki, Azərbaycanın qeyd olunan şərtlər daxilində uğurlu inkişafı gələcəkdə də davam edəcək”.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxSiyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33

