Milli Məclisə seçkilərlə əlaqədar aşağı seçki komissiyaları üçün treninqlər başlayıb
24.01.2020 [10:05]
Mərkəzi Seçki Komissiyasının qarşıdan gələn 9 fevral Milli Məclisə seçkilərlə əlaqədar müxtəlif statuslu seçki iştirakçıları üçün maarifləndirmə tədbirləri davam edir.
AZƏRTAC xəbər verir ki, Komissiya tərəfindən hazırlanan maarifləndirmə proqramı çərçivəsində yanvarın 23-dən növbəti irimiqyaslı layihə olan aşağı seçki komissiyaları üçün treninqlərə başlanılıb. Qeyd etmək lazımdır ki, Mərkəzi Seçki Komissiyasının nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığı çərçivəsində ərsəyə gələn treninq layihəsinin əsası hələ 18 il öncə - 2002-ci ildə qoyulub. Seçkidən-seçkiyə təkmilləşdirilərək 2008-ci ildən etibarən forma və məzmunca daha da genişləndirilən treninqlər mütəmadi qaydada bütün seçkilərdə keçirilməklə, dairə və məntəqə seçki komissiyaları üzvlərinin bilik, bacarıq və peşəkar vərdişlərinin gücləndirilməsində xüsusilə mühüm rol oynayır.
Milli Məclisə seçkilərdə də iki mərhələdən ibarət treninq layihəsi hazırlanıb. Yanvarın 23-dən başlayaraq dörd gün ard-arda keçiriləcək “Trenerlər üçün treninq” adlı ilk mərhələ Mərkəzi Seçki Komissiyasının Treninq qrupu tərəfindən müxtəlif əyani və metodiki vəsaitlərdən istifadə edilməklə praktiki məşğələlər şəklində keçirilir. Hər seçki dairəsindən iki təmsilçi olmaqla, dairə seçki komissiyalarının ümumilikdə 250 yerli treneri treninqlərin bu mərhələsində seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə prosesi, seçki günü müstəsna hallar, səslərin sayılması və səsvermənin nəticələri haqqında rəsmi protokolların doldurulması da daxil olmaqla, bütün seçki günü prosedurları barədə aydın və müfəssəl məlumat əldə edirlər.
Treninqlərdə seçki günü prosedurları, səsvermə hərəkətləri və qarşıya çıxa biləcək müstəsna halları əyani şəkildə səhnələşdirilməklə iştirakçılara nümayiş etdirilir, həmçinin praktiki məşğələlər zamanı əhatə olunan mövzular geniş müzakirə edilərək ortaya çıxan suallar cavablandırılır.
Layihənin məntəqə seçki komissiyalarının üzvləri üçün təşkil olunacaq ikinci mərhələsi yanvarın 27-dən başlamaqla, seçki dairələri üzrə məntəqə seçki komissiyalarının sayına müvafiq olaraq bir həftə - fevralın 2-dək davam edəcək. Treninqlərin keyfiyyətini artırmaq və səmərəliliyini daha da yüksəltmək məqsədi ilə Mərkəzi Seçki Komissiyasının Treninq qrupu tərəfindən hazırlanan cədvələ əsasən məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlərin də praktiki formada və 36 nəfərədək aşağı seçki komissiyası üzvünün iştirakı ilə kiçik qruplar şəklində keçirilməsi nəzərdə tutulur. Treninqlər zamanı bütün iştirakçılara təlimlərdə istifadə etmək və yaxından tanış olmaq üçün MSK tərəfindən hazırlanan “Seçki günü üçün Yaddaş” kitabçası, səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri material və vəsaitlər də təqdim olunacaq.
Seçkilərin yüksək səviyyədə təşkil olunub azad və ədalətli keçirilməsində olduqca mühüm əhəmiyyət kəsb edən treninq layihəsi, ümumilikdə 32 mindən artıq aşağı seçki komissiyası üzvünü əhatə edir.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

