Azərbaycan-Rusiya münasibətləri digər dövlətlər üçün geniş əməkdaşlıq nümunəsi ola bilər
26.01.2010 [09:26]
Rusiya və Azərbaycan arasında siyasi-iqtisadi münasibətlər ən yüksək səviyyəyə çataraq, səmimi dostluq mərhələsinə qədəm qoyub. Hər iki ölkə əməkdaşlığın əhatə dairəsini genişləndirərək bütün sahələrdə sıx təmaslar qurmağa nail olub. Artıq Rusiya-Azərbaycan əməkdaşlığı dinamizm və inteqrasiya baxımından geniş xarakter alaraq regionda humanitar dəhlizin yaradılmasına impuls verməkdədir. Bu iki dövlət həm MDB çərçivəsində əlaqələri inkişaf etdirmək, həm də ikitərəfli münasibətlərin dərinləşməsinə baza yaratmaqla əməkdaşlığın dinamizminin və tempinin yüksəlməsinə nail olub. Dövlət başçılarının və hökumət üzvlərinin qarşılıqlı səfərlərinin intensivləşməsi, eləcə də, biznes strukturlarının davamlı görüşləri iki ölkə arasında uzunmüddətli əməkdaşlıq üçün yeni imkanlar açıb.
Rusiya ölkəmizlə bütün məsələlərdə qarşılıqlı etimada söykənən dərin münasibətlər qurub və dövlətlər arasında hər bir element üzrə ortaq mövqe mövcuddur. Xəzərin hüquqi statusu üzrə razılaşmaya imza atan ilk ölkələrdən biri də məhz Rusiyadır. Bu ölkə Xəzər regionunu əməkdaşlıq və sülh dəhlizi hesab edir və bütün sahilyanı dövlətlərlə qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin tərəfdarıdır.
Azərbaycan və Rusiya arasında siyasi-iqtisadi münasibətləri son bir ildə keyfiyyət baxımdan daha da zənginləşib və əməkdaşlığa yeni komponentlər əlavə olunub. Dünya bazarında aparıcı enerji ixracatçılarından birinə çevrilən Azərbaycan diversifikasiya siyasətini genişləndirərək 2010-cu ilin ilk günündən etibarən Rusiyaya qaz ixrac etməyə başlayıb. Rusiyaya nəql olunan qazın həcminin ilkin razılaşma zamanı nəzərdə tutulduğundan iki dəfə artıq, yəni, 500 milyon kubmetr əvəzinə 1 milyard kubmetr yanacaq ixrac olunması qonşu ölkə ilə enerji sahəsində təmasların daha da intensiv xarakter almasının göstəricisi sayıla bilər. Respublikamız Rusiyaya qaz nəqlini həyata keçirməklə həm də çoxşaxəli enerji marşrutlarının sırasına daha birini- şimal qaz kəmərini əlavə etmiş olub. Enerji siyasətində çoxvektorlu ixrac strategiyasına, diversifikasiya xəttinə üstünlük verən respublikamız bu məqsədlə enerji ehtiyatlarının ixracı üçün çoxşəbəkəli marşrutlar sisteminə qoşulub. Rusiyaya qaz nəqli kəməri həmin şəbəkənin bir hissəsi və ən rentabelli marşrutlardandır.
Rusiya ilə Azərbaycan arasında mavi yanacaq sahəsində əməkdaşlığın genişlənməsi regionda mühüm iqtisadi hadisə kimi dəyərləndirilə bilər və ölkəmizin dünyada və bölgədə nüfuzunun artmasının daha bir göstəricisi kimi izah oluna bilər. Onu da qeyd edək ki, Azərbaycan Rusiya ilə enerji sahəsində uzun müddətdir ki, əməkdaşlıq edir və Bakı-Novorossiysk kəməri ilə neft nəqli həyata keçirilir. Qaz nəqlinin başlanması isə enerji siyasətində yeni komponentlərə üfüqlər açır. Gələn ildən Rusiyaya ixrac olunan qazın həcmi əlavə olaraq daha 1 milyard kubmetr artırılacaq və bununla da bu ölkənin Qafqaza aid olan bölgələri, xüsusilə də, Dağıstan tamamilə Azərbaycan qazı hesabına təmin edilmiş olacaq. Beləliklə, qazın nəql olunduğu şimal marşrutu - Qazıməmməd-Şirvanovka-Mozdok qaz kəməri regionda ən mühüm ixrac kəməri kimi strateji əhəmiyyət kəsb etmiş olacaq.
Rusiya respublikamızla enerji sahəsində əməkdaşlığın miqyasını daha da artırmaq üçün ölkəmizə məxsus perspektivli layihələrə böyük həcmdə investisiya qoymaq niyyətini də bəyan edib. Azərbaycanın ən böyük qaz yataqlarından biri olan “Şahdəniz”in ikinci fazası çərçivəsində tədarük olunan qazın əldə olunmasına maraq göstərən Rusiya bu məqsədlə həmin layihəyə sərmayə yatırmaq imkanlarını təklif edir.
Qeyd etdiyimiz kimi, iqtisadi sahədə münasibətlərin pozitivliyi ölkələr arasında ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artmasına da səbəb olub. Bu gün Rusiya respublikamızın ticarət partnyorları sırasında ilk yerlərdən birini tutur. Hazırda ölkələr arasında ticarət dövriyyəsinin həcmi 2 milyard dolları ötüb. Rus iş adamlarının ölkəmizə intensivləşən səfərləri və eyni zamanda, azərbaycanlı sahibkarların bu ölkənin ticarət strukturlarında geniş şəkildə təmsil olunması əlaqələrin dinamizmini daha da gücləndirib.
Son illərdə keçirilən biznes-forumlar isə bu əlaqələrin inkişafına daha da impuls verib. Rusların ölkəmizin iqtisadiyyatında payı artmağa başlayıb. Hazırda rus şirkətləri Azərbaycanın daxili bazarında aparıcı yer tuturlar. Maşınqayırma, metallurgiya, sənayenin bir çox bölmələri, xidmət, ticarət, kənd təsərrüfatı və digər sahələrdə rus şirkətləri investisiya qoyuluşları həyata keçirməkdədir. Rusiyanın ən nəhəng maliyyə qurumu olan “Vneştorqbank”ın nümayəndəliyinin (VTB-Azərbaycan) ötən il respublikamızda fəaliyyətə başlaması maliyyə-bank sektorunda əməkdaşlığın dərinləşməsinə stimul verib. Rusiya, MDB və Avropada 1000-ə yaxın bölməsi olan bu bankın maliyyə resurslarının respublikamızın iqtisadiyyatına yönəldilməsi qeyri-neft sektorunun inkişafının sürətlənməsində mühüm rol oynayacaq. Onu da qeyd edək ki, ikitərəfli əlaqələrin dinamizminə hökumət səviyyəsində qarşılıqlı təmaslarla yanaşı, hər iki ölkənin müvafiq qurumları arasında əldə olunmuş razılaşmalar da mühüm təsir göstərməkdədir. Dövlət İnvestisiya Şirkəti, AZPROMO, Rusiya Ticarət Evi, hər iki ölkənin Sənaye və Ticarət palataları qarşılıqlı əlaqələrin inkişafında və yeni əməkdaşlıq formatlarının yaradılmasında mühüm rola malikdir.
Bakıda keçirilən Humanitar Əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Forumu isə iki ölkə arasında iqtisadi-siyasi, sosial-mədəni, humanitar əlaqələrin daha da dərinləşməsi və zəngin perspektivlərə yol açması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu forum Azərbaycan-Rusiya əlaqələrinin dərinləşməsinə səbəb olmaqla yanaşı, digər dövlətlər və beynəlxalq əməkdaşlıq üçün yaxşı nümunə ola bilər.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

