Azərbaycan-Rusiya münasibətləri yüksək səviyyədə inkişaf edir
27.01.2010 [09:31]
Azərbaycan Respublikası qonşu ölkələrlə münasibətlərinə hər zaman xüsusi həssaslıqla yanaşıb və bu münasibətlərin yüksələn xətlə inkişafına diqqət göstərib. ölkəmiz daim bütün dövlətlərlə, xüsusilə də, həmsərhəd olduğu ölkələrlə isti münasibətlərin inkişafında maraqlı olub. Rusiya-Azərbaycan münasibətləri də bu mənada hər zaman yüksək səviyyədə olması ilə seçilib. Əsası 1724-cü ildə, Rusiyanın ilk səfirinin Azərbaycana göndərilməsi ilə qoyulan Azərbaycan-Rusiya əlaqələri ötən tarixi dövr ərzində rəngarəng hadisələrlə zəngin olub. Azərbaycan xalqının nümayəndələri müxtəlif müharibələr dövründə rus xalqının nümayəndələri ilə çiyin-çiyinə mərdlik və qəhrəmanlıq göstəriblər. I Dünya müharibəsinin qəhrəmanları - Georgi silahı ilə mükafatlandırılan səkkiz sərkərdə arasında artilleriya generalı, çoxmillətli Qafqazın yeganə nümayəndəsi, azərbaycanlı Səmədbəy Mehmandarov da var. Bundan başqa, azərbaycanlı general Əliağa Şıxlinski tarixə “rus artilleriyasının atası” kimi düşüb. 1941-1945-ci illər Böyük Vətən müharibəsində qəhrəmanlıqla döyüşən 680 mindən çox Azərbaycan övladlarının 130-dan çoxu Sovet İttifaqı Qəhrəmanı, 14 nəfər isə “Şərəf” ordeninə layiq görülüb.
Sovet İttifaqının dağılmasının ardından Azərbaycanda hakimiyyətə gəlmiş insanların yürütdüyü yarıtmaz siyasət nəticəsində bütün qonşularla əlaqələr olduqca gərgin bir vəziyyətə gətirilib çıxarılmışdı. Lakin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gələn ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində bu soyuqluq aradan qaldırıldı və digər ölkələrlə yanaşı, Rusiya ilə münasibətlərin inkişafına da yenidən təkan verildi. Bu gün Azərbaycan-Rusiya münasibətləri sözün əsl mənasında çoxşaxəli istiqamətlərlə inkişaf etməkdədir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, Rusiya prezidenti Dmitri Medvedev dövlət başçısı kimi ilk səfərlərindən birini məhz Azərbaycana etdi. MDB regionunda yanacaq-enerji resurslarına, nəqliyyat-kommunikasiya sistemlərinə, həmçinin, coğrafi və geostrateji mövqeyinə görə Azərbaycan əsas ölkələrdəndir və Rusiyanın iqtisadi siyasətində ölkəmizlə sıx əlaqələrin yaradılması başlıca prioritetlərdən sayılır.
Azərbaycan ilə Rusiya arasında münasibətlərdə humanitar əməkdaşlıq da mühüm yer tutur. 2007-ci ildə Azərbaycan ilə Rusiya arasında humanitar sahədə əməkdaşlığa dair üçillik proqram təsdiq edilib. Proqramda mədəniyyət, səhiyyə, gənclər siyasəti və idman sahələrində birgə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Rusiyada çoxsaylı Azərbaycan diasporu fəaliyyət göstərir. Gənc azərbaycanlılar bu ölkədə bir çox klublar təşkil ediblər. Bu gün öz fəaliyyəti ilə diqqət mərkəzində olan Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) Rusiyanın müxtəlif guşələrində yaşayan, işləyən və təhsil alan, lakin tarixi Vətəni ilə sıx əlaqələr saxlamağa çalışan gənc azərbaycanlıların birliyidir.
Qeyd etdiyimiz kimi, iki ölkə arasında münasibətlər çoxşaxəlidir. İqtisadi, siyasi əlaqələrlə yanaşı, ölkələr arasında idman sahəsində qarşılıqlı münasibətlər də yüksək səviyyədədir. Azərbaycan Gənclər və İdman Nazirliyi digər ölkələrin gənclər və idman təşkilatları ilə əlaqələrin qurulmasında maraqlıdır. Bu istiqamətdə Rusiya və onun subyektləri ilə qarşılıqlı münasibətlər də istisna deyil. Belə ki, Azərbaycanın nazirlik və gənclər təşkilatlarının nümayəndələri Rusiyada keçirilən tədbirlərdə fəal iştirak edir, Rusiya nümayəndələri isə Azərbaycana gəlirlər. Rusiyanın MDB İşləri, Xaricdə Yaşayan Həmvətənlər və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyinin xətti ilə ötən il Azərbaycanda Rusiya Mədəniyyət-İnformasiya Mərkəzinin açılışı olub. Agentlik ictimai əlaqələrin və rus dilinin inkişafına fəal kömək etmək niyyətindədir. Son vaxtlar Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyəti xeyli canlanıb. Agentlik Rusiyadakı Azərbaycan diasporu ilə müəyyən işlər aparmağı planlaşdırır. Bu məqsədlə agentliyin mütəxəssisləri müştərək layihələrin həyata keçirilməsi məsələlərini müzakirə etmək üçün azərbaycanlı həmkarları ilə, habelə, Bakı Slavyan Universitetinin, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının rəhbərliyi ilə görüşlər təşkil ediblər.
Turizm sahəsi də humanitar əməkdaşlığın genişlənməsində xüsusi rol oynayır. Azərbaycanın zəngin turizm potensialı, son illərdə turizm infrastrukturunun fəal inkişaf etməsi ölkəmizə gələn turistlərin Azərbaycanın təbiəti, xalqımızın adət və ənənələri ilə, milli mətbəximizlə daha yaxından tanış olmasına imkan verir. Bu il Rusiyanın “Vokruq sveta” nəşriyyatı ilə birlikdə ilk dəfə “Azərbaycan üzrə sorğu kitabı” dərc edilib və Rusiyanın kitab ticarəti şəbəkəsində yayılıb.
ölkəmiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarda Rusiyanın rolunu yüksək qiymətləndirir. Problemin tənzimlənməsində vasitəçilik funksiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan Rusiya dəfələrlə münaqişənin ölkəmizin ərazi bütövlüyü və beynəlxalq hüquq normaları əsasında tənzimlənməsinin vacibliyini vurğulayıb.
Bu il yanvarın 22-də isə ölkəmizin paytaxtında Azərbaycan-Rusiya əlaqələrinin inkişafı istiqamətində növbəti və olduqca mühüm bir addım atılıb. Belə ki, Bakıda Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumu keçirilib. Əksər ekspertlərin də qeyd etdikləri kimi bu Forum qədim qonşuluq münasibətlərinə malik, demək olar ki, yetmiş ildən də artıq bir dövlətin daxilində yaşayan xalqların, mədəniyyətlərin bir-birinə daha da yaxınlaşmasına imkan verəcək. Elə sözügedən tədbirdə çıxış edən ziyalılar da bu əlaqələrin inkişafında Forumun rolunu yüksək dəyərləndiriblər.
Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun iştirakçılarından ibarət nümayəndə heyətini qəbul edən Prezident İlham Əliyev də bu tədbiri yüksək qiymətləndirib. İrəli sürülən təşəbbüsü dəstəklədiyini vurğulayan Prezident İlham Əliyev belə Forumların, işbirliyinin ölkəmizin həyatı ilə, nailiyyətlərlə daha yaxşı tanış olmağa imkan verəcəyini qeyd edib. Dövlət başçısı bildirib ki, bu cür ünsiyyət forması bütövlükdə çox müsbətdir, çünki ölkələrimiz arasında münasibətlər çox dinamik və səmərəli inkişaf edir: “Humanitar əməkdaşlıq sahəsində bizim fəal qarşılıqlı əlaqələrimiz vardır. Yəqin ki, bugünkü çıxışlarda, şəxsi söhbətlərdə və sabahkı proqramda bu istiqamətdə görülmüş işlərin hamısı ətraflı şərh olunacaqdır. Əlbəttə, bu çox vacibdir. Bunu bilmək və bu cür müsbət təcrübə bazasında əməkdaşlığı daha da inkişaf etdirmək lazımdır. Lakin mənim fikrimcə, ən əsası odur ki, bu Forum ölkələrimiz arasında münasibətlərin gələcək inkişafına, çoxşaxəli münasibətlərin inkişafına güclü təkan verməlidir. Ona görə ki, əməkdaşlığın potensialı çox yüksəkdir, əldə edilmiş nəticələr bizi qane edir. Lakin heç şübhəsiz, əməkdaşlığı genişləndirməli olduğumuz sahələr də çoxdur - iqtisadi sahə, qarşılıqlı siyasi əlaqələr məsələsi, vətəndaş cəmiyyəti və mətbuat səviyyəsində, yəni, ictimai fikri formalaşdıran və dövlətin siyasi xəttini müəyyən dərəcədə təyin edən strukturlar səviyyəsində əlaqələr bu qəbildəndir”.
Prezident İlham Əliyev onu da vurğulayıb ki, iqtisadi münasibətlərin statistikasında keçənilki böhran ili istisna olmaqla həm əmtəə dövriyyəsinin həcminə, həm də onun keyfiyyətinə və strukturuna görə daim artım müşahidə olunub. Əvvəlki illərdə müzakirə prosesində olan əsas məsələlər praktiki olaraq həll edilib: “Humanitar sahədə bizi birləşdirən istiqamətlər çoxdur. Əlbəttə ki, biz əlaqələrimizi bu müsbət təcrübə əsasında genişləndirməyə çalışmalıyıq. Hesab edirəm ki, ölkələrimiz arasında qarşılıqlı siyasi fəaliyyətin, iqtisadi kooperasiyanın və müxtəlif sahələrdə əməkdaşlığın səviyyəsi ictimai şüurda tam əks olunur. Əlbəttə, burada səmərəli iş üçün geniş məkan mövcuddur. çünki düzgün nəticə çıxarmaq üçün vəziyyətə bələd olmaq lazımdır. Vəziyyətə bələd olmaq üçün insanlar ünsiyyət saxlamalı, bir-birinin yanına gedib-gəlmək və daim ünsiyyətdə olmalıdırlar. Yadımdadır, bir neçə il bundan əvvəl biz Azərbaycanda Rusiya ili və Rusiyada Azərbaycan ili keçirirdik. Bu tədbirlər çərçivəsində daim əlaqə saxlayırdıq, nümayəndə heyəti mübadiləsi aparırdıq və əlbəttə, bütün bunlar münasibətlərimizə çox böyük dinamizm gətirmişdir. Hesab edirəm ki, sizin nümayəndə heyəti və bu Forumun keçirilməsi ölkələrimizin nümayəndələri arasında qarşılıqlı münasibətlərin daha da genişlənməsinə şərait yaradacaqdır”.
Dövlət başçısı rusiyalı qonaqlara Azərbaycanın, hətta böhran ilində də artım sürəti nümayiş etdirdiyini çatdırıb. ölkəmizdə vətəndaş həmrəyliyinin, siyasi sabitliyin, hər bir vətəndaş üçün sərbəstliyin mövcud olduğunu bildirib. Prezident İlham Əliyevin də vurğuladığı kimi, bu Forum münasibətlərin coşqun inkişafı üçün möhkəm baza olacaq: “Ona görə ki, ölkələrimiz arasında münasibətlər, əlbəttə, inkişaf edir. Bu münasibətlər çox cəhətdən rəhbərliyin siyasi iradəsindən asılıdır. Lakin indiki halda həmin münasibətlər həm də xalqlarımız arasında münasibətlərin çoxəsrlik tarixinə əsaslanır. Təbii ki, Rusiya ilə Azərbaycan münasibətlərinin dərin kökləri vardır. Bizim ikitərəfli münasibətləri indi necə qurmağımız, zənnimcə, bütövlükdə həm regionda, həm də daha geniş mənada nümunə ola bilər. Bizim bu münasibətləri necə qurmağımız onu göstərir ki, siyasi əzm və həqiqi arzu olduqda çox şeyə nail olmaq mümkündür. Münasibətlərimiz çox möhkəmdir, onların gələcəyini öncədən görmək mümkündür, onlar qarşılıqlı maraqlara, ortaq tarixə, ölkələrimizin sülh və təhlükəsizlik şəraitində yaşamaq, əməkdaşlığı möhkəmlətmək, öz xalqları üçün nemətlər yaratmaq və özlərinin inkişafı ilə qonşu dövlətlərin də inkişafına şərait yaratmaq istəyinə əsaslanır”.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48

