Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Türkiyə və Azərbaycan qardaşlığının növbəti bariz nümunəsi

Türkiyə və Azərbaycan qardaşlığının növbəti bariz nümunəsi

02.02.2020 [10:14]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iradəsinə, Azərbaycan və Türkiyə arasındakı qardaşlıq əlaqələrinin ruhuna uyğun olaraq, Türkiyəyə məxsus təyyarə ilə bu il fevralın 1-də Azərbaycan vətəndaşları Türkiyə vətəndaşları ilə birlikdə Çin Xalq Respublikasının Uxan şəhərindən təxliyə ediliblər.
Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilir: “Təyyarənin bu gün (dünən - red.) axşam saatlarında Türkiyə ərazisinə enməsi gözlənilir. Bununla əlaqədar olaraq qardaş Türkiyə Respublikasına təşəkkürümüzü bildiririk. Bu, Azərbaycan və Türkiyə qardaşlığının növbəti bariz nümunəsidir.
Təxliyə olunan vətəndaşlarımız uçuşdan öncə həkim müayinəsindən keçiblər, onların sağlamlıq durumu qənaətbəxşdir. Vətəndaşlarımız könüllü əsasda 2 həftəlik müddətdə Türkiyə ərazisində karantin vəziyyətində saxlanılacaq, daha sonra Azərbaycana qayıdacaqlar.
Vətəndaşlarımıza göstərdikləri dəstəyə görə, həmçinin Çin Xalq Respublikası Hökumətinə də təşəkkürümüzü bildirir, bu müvəqqəti çətin günlərdə dost Çin xalqı və dövləti ilə həmrəylimizi ifadə edirik”.

Paylaş:
Baxılıb: 398 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Sosial

Gündəm

İqtisadiyyat

YAP xəbərləri

Analitik

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30