/ / Vüqar Rəhimzadə: Yalanlar üzərində qurulan qərəzli hesabatlar hazırlamaq Avropa Şurasına yaxşı heç nə vəd etmir
Vüqar Rəhimzadə: Yalanlar üzərində qurulan qərəzli hesabatlar hazırlamaq Avropa Şurasına yaxşı heç nə vəd etmir
07.02.2020 [09:35]
“Azərbaycanın uzun illərdir ki, beynəlxalq təşkilatlarla qurduğu qarşılıqlı faydalı münasibətlər uğurla inkişaf edir. Ölkəmiz milli maraqları əsas tutmaqla daim üzərinə düşən öhdəliklərə əməl etməyə, qarşılıqlı əməkdaşlığa yeni impuls verməyə səy göstərir. Lakin bəzən eyni münasibəti qarşı tərəfdən görə bilmirik. Son vaxtlar Avropa Şurasının bəzi ölkələrə, o cümlədən Azərbaycana qarşı açıq-aydın hiss olunan qərəzli münasibəti belə deməyə əsas verir. Təbii ki, qurumun ölkəmizə qarşı sərgilədiyi bu cür mənfi münasibət ilk deyil. Avropa Şurası zaman-zaman ölkəmizə qarşı ayrı-seçkilik, ədalətsizlik edib. Bu beynəlxalq təşkilat “maraqlı” dairələrin sifarişləri əsasında Azərbaycanı da hədəf seçərək vaxtaşırı qərəzli, ədalətsiz qərarlar qəbul edib, guya demokratiya, insan hüquq və azadlıqlarının pozulması kimi absurd iddialar irəli sürərək ölkəmizə təzyiq göstərməyə və nəyisə qəbul etdirməyə cəhd edib. Ancaq hər dəfə Azərbaycanın müstəqil, balanslaşdırılmış siyasətinə əsaslanan sərt mövqe ilə rastlaşıb. Təəssüf ki, Avropa Şurası hələ də başa düşmək istəmir ki, Azərbaycan ilə “əmr”, “diktə” dilində danışmaq mümkün deyil”. Bu fikirləri KİV-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə söyləyib.
Vüqar Rəhimzadə bildirib ki, beynəlxalq hüququn pozulduğu, ikili standartların hökm sürdüyü bugünkü beynəlxalq münasibətlər sistemində Avropa Şurası və bu kimi digər təşkilatların əsl mahiyyəti artıq hamıya məlumdur: “Uzun illərdir ki, ölkəmizdə əsaslı islahatlar aparılır, müsbət dəyişikliklər baş verir. Bu uğurları görməmək, həqiqətlər yox, yalanlar üzərində qurulan qərəzli hesabatlar hazırlamaq Avropa Şurasına yaxşı heç nə vəd etmir. Artıq insanların Avropa Şurası kimi öz fəaliyyətində ikili standartları əsas götürən beynəlxalq təşkilatlara inamı, etibarı qalmayıb. Azərbaycan cəmiyyəti haqlı olaraq sual edir ki, nə üçün Avropa Şurası işğalçı Ermənistana təzyiqlər göstərmir, hüququ pozulmuş, torpağı zəbt edilmiş azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının bərpası ilə bağlı hansısa ədalətli qətnamə qəbul etmir, əvəzində isə yalnız ölkəmizə qara yaxmaq, milli maraqlara söykənən müstəqil siyasət yürüdən Azərbaycan dövlətini gözdən salmaq kimi bir uğursuz missiyanı yerinə yetirir”.
“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, bu gün bəzi ölkələrdə, xüsusilə işğalçı Ermənistanda demokratiyanın pozulması istiqamətində ciddi proseslər baş verir, insanlara təzyiqlər göstərilir, terroru dəstəkləyən siyasət yürüdülür. Lakin Avropa Şurası susmağı üstün tutur: “Zaman-zaman Avropanın bir sıra ölkələrində insanlara qarşı şiddət, zorakılıq tətbiq edilir. Söz azadlığı, demokratik prinsiplər kobud şəkildə pozulur, dini, irqi ayrı-seçkiliklər gündəlik həyat normasına çevrilir. Nə üçün Avropa Şurası bu cür hallara münasibət bildirmir? Cavab hər kəsə məlumdur. Ona görə də Azərbaycan bu cür ikili standartlarla rastlaşdığı üçün heç vaxt Avropa Şurasının qərəzli iddialarını qəbul etmir. Müstəqil siyasət yürüdən ölkəmiz indiyədək bu kimi təşkilatların diktə prinsiplərinə əsaslanan “tövsiyə”lərinə əməl etməyib, bundan sonra da etməyəcək”.
Xəbər lenti
Hamısına baxDünya
04 Avqust 23:48
Dünya
04 Avqust 23:24
Dünya
04 Avqust 22:56
Dünya
04 Avqust 22:15
Dünya
04 Avqust 21:54
Dünya
04 Avqust 21:23
Dünya
04 Avqust 20:57
Dünya
04 Avqust 20:26
Dünya
04 Avqust 19:50
Dünya
04 Avqust 19:35
Dünya
04 Avqust 18:42
Dünya
04 Avqust 18:25
Dünya
04 Avqust 17:57
İdman
04 Avqust 17:40
Dünya
04 Avqust 17:35
Dünya
04 Avqust 17:10
Elm
04 Avqust 17:10
Dünya
04 Avqust 16:55
Dünya
04 Avqust 16:22
İqtisadiyyat
04 Avqust 16:10
Dünya
04 Avqust 15:45
İqtisadiyyat
04 Avqust 15:33
Elm
04 Avqust 15:28
Mədəniyyət
04 Avqust 15:28
İdman
04 Avqust 15:25
Dünya
04 Avqust 15:21
Dünya
04 Avqust 15:20
Dünya
04 Avqust 14:55
İqtisadiyyat
04 Avqust 14:37
Sosial
04 Avqust 14:32
Elm
04 Avqust 14:30
Dünya
04 Avqust 14:28
Dünya
04 Avqust 14:20
İdman
04 Avqust 14:19
Sosial
04 Avqust 14:05
Dünya
04 Avqust 13:50
İqtisadiyyat
04 Avqust 13:50
Sosial
04 Avqust 13:40
Siyasət
04 Avqust 13:30
Dünya
04 Avqust 13:30
Elm
04 Avqust 13:20
İqtisadiyyat
04 Avqust 13:15
Elm
04 Avqust 13:10
Siyasət
04 Avqust 12:59
Siyasət
04 Avqust 12:55
Siyasət
04 Avqust 12:54
Siyasət
04 Avqust 12:53
Dünya
04 Avqust 12:50
Mədəniyyət
04 Avqust 12:50
İqtisadiyyat
04 Avqust 12:25
Gündəm
04 Avqust 12:24
Dünya
04 Avqust 12:20
Sosial
04 Avqust 12:05
İqtisadiyyat
04 Avqust 11:50
Gündəm
04 Avqust 11:35
Gündəm
04 Avqust 11:12
YAP xəbərləri
04 Avqust 11:07
Gündəm
04 Avqust 10:54
Gündəm
04 Avqust 10:38
İqtisadiyyat
04 Avqust 10:16
Analitik
04 Avqust 09:55
İqtisadiyyat
04 Avqust 09:35
Elm
04 Avqust 09:13
Dünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17

