Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Maale-Adumimin vitse-meri: Azərbaycanda parlament seçkiləri çox yüksək səviyyədə təşkil edilib

Maale-Adumimin vitse-meri: Azərbaycanda parlament seçkiləri çox yüksək səviyyədə təşkil edilib

10.02.2020 [11:08]

Azərbaycanda parlament seçkiləri çox yüksək səviyyədə keçirilib. Seçkilərin təşkili məni heyran etdi. İsraildən çox müşahidəçi gəlib. Burada gördüyümüz hər şey mükəmməldir. Məncə, hamı çox razı qalıb. Təkcə sizdə deyil, bütün dünyada da belə olmalıdır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Maale-Adumim şəhərinin vitse-meri Boris Qrossman söyləyib.
Onun sözlərinə görə, parlament seçkiləri ilin əsas hadisəsidir və bu hadisə dövlətin və cəmiyyətin sonrakı inkişafına şəksiz təsir göstərəcək. B.Qrossman deyib: “Xarici müşahidəçilərin dəvət edilməsi göstərir ki, Azərbaycanda parlament seçkiləri açıq, azad və aşkar keçirilir. Səsvermə prosesi beynəlxalq normalara uyğundur. Məni təəccübləndirən məqamlardan biri də bu oldu ki, hava şəraitinin əlverişsiz olmasına baxmayaraq, seçki məntəqələrində vətəndaşların fəallığı yüksəkdir. Bayırda bir dərəcə şaxtadır, amma insanlar, xüsusən də gənclər seçki məntəqələrinə axışırlar. Bu, çox yaxşı haldır”.

Paylaş:
Baxılıb: 462 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Siyasət

Bu, ilk dəfəydi...

08 Avqust 15:08

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

08 Avqust 09:17  

Sosial

Robotlar robotu

08 Avqust 08:34

Gündəm

3-cü işğal...

07 Avqust 11:40  

Analitik

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31