Mərkəzi Seçki Komissiyasının Milli Məclisə seçkilərlə bağlı növbəti mətbuat konfransı
10.02.2020 [12:15]
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov fevralın 9-da Milli Məclisə seçkilərlə bağlı “Seçkilər” İnformasiya Mərkəzində növbəti mətbuat konfransı keçirib.
AZƏRTAC xəbər verir ki, Məzahir Pənahov çıxış edərək, 5573 məntəqənin hamısında səsvermənin vaxtında - səhər saat 8-də başladığını və axşam saat 19-da başa çatdığını bildirib. Qeyd edib ki, ölkə üzrə ümumi seçici fəallığı hava şəraitinin pis olmasına baxmayaraq 47,81 faiz olub. Yəni, 5 milyon 329 min 460 seçicidən 2 milyon 547 min 982-si səsvermədə iştirak edib.
MSK sədri deyib: “Parlament seçkilərində 276 qadın namizəd iştirak edib. Onların hamısı cəmiyyətdə sayılıb-seçilən qadınlar olub. Seçki marafonuna 1038 kişi namizəd qatılmışdı. Bu nisbət ötən seçkilərlə müqayisədə 5-6 faiz çoxdur. Əsas göstəricilərdən biri də namizədlərin yaş həddi ilə bağlıdır. Namizədlər arasında gənclərin mütləq əksəriyyəti xarici ölkələrdə təhsil almış şəxslərdir”.
Məcburi köçkünlərin seçkilərdə konstitusion hüquqlarından istifadə etmələrinə çalışdıqlarını vurğulayan MSK sədri bildirib ki, 1314 deputatlığa namizəddən 246 nəfəri partiyaların siyahıları ilə irəli sürülüb. Seçkilər dövründə MSK-ya cəmi 47 müraciət olub. Bu müraciətlərin yalnız 25-i qeydiyyatla bağlıdır. Seçkilərdə qeydiyyat mərhələsində elə bir gərginlik hiss olunmayıb.
Məzahir Pənahov qeyd edib ki, MSK təşviqat mərhələsində sosial şəbəkələrdə namizədlərin təşviqatının nəzarətə alınmaması qərarına gəlib: “Beynəlxalq təşkilatlar da bunu xüsusi vurğulayıblar. Sosial şəbəkələrdə fəallıq seçkilərdə də xüsusi fəallığa səbəb olub. Bu praktikadan gələcəkdə də istifadə edilməlidir”.
Milli Məclisə seçkilərlə bağlı sosial şəbəkələrdəki bütün görüntülərin ciddi araşdırılacağını vurğulayan M.Pənahov deyib ki, kimin əlində görüntü varsa, MSK-ya təqdim etsin: “Hətta həmin videogörüntülərin surətini çıxarıb, qaytara bilərik. Bələdiyyə seçkiləri ilə müqayisədə parlament seçkiləri ilə bağlı araşdırma daha ciddi olacaq. Heç kimdə o səlahiyyət yoxdur ki, Azərbaycan ictimaiyyətinin gözləntilərinin üzərinə kölgə salsın. MSK və aşağı seçki dairələri ictimaiyyətin tələblərinə cavab verməlidir. Ona görə də vətəndaşlar əllərində olan bütün faktları MSK-nın aidiyyəti orqanlarına çatdırmalıdır”.
Pozuntulara yol verən bütün aşağı seçki komissiyaları da ciddi surətdə cəzalandırılacaq. MSK sədrinin sözlərinə görə, belə pozuntulara yol verən seçki komissiyaları buraxılacaq: “Biz bununla bağlı qəti addımlar atacağıq. Seçki komissiyalarının səhv, xüsusən bilərəkdən səhv etməyə haqqı yoxdur. Hətta lazım gəlsə, hüquq-mühafizə orqanlarına müraciət edəcəyik. Biz seçki ilə bağlı müraciətləri KİV-in, ictimaiyyətin iştirakı ilə araşdıracağıq. Hər kəs imkanları daxilində proseslərə yardımçı olmalıdır”.
Məzahir Pənahov qeyd edib ki, Milli Məclisə seçkilərlə əlaqədar 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Onlar 59 beynəlxalq təşkilatı və 58 ölkəni təmsil edirlər. Göründüyü kimi, beynəlxalq müşahidəçilər həm say, həm də coğrafi baxımdan kifayət qədər əhatəlidir. Qeydiyyatdan keçmiş yerli müşahidəçilərin sayı isə 77 min 790 olub. Onlardan 35 min 152-si siyasi partiyaların, 2737-si isə QHT-lərin təmsilçiləri idi.
Sədr bildirib ki, parlament seçkilərinin gedişini 47 ölkəni təmsil edən 132 beynəlxalq KİV-in 199 təmsilçisi işıqlandırıb.
MSK-nın “Qaynar xətt”inə 261 müraciətin daxil olduğunu vurğulayan M.Pənahov bildirib ki, bu müraciətlər də araşdırılacaq.
Sonra jurnalistlərin sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDaxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51

