Beynəlxalq Seçki Müşahidə Missiyası: Legitimlik məsələsini yalnız Azərbaycan xalqı müəyyən edir
11.02.2020 [09:39]
Missiya üzvlərinin hesabatında bir sıra pozitiv məqamların yer alması seçkilərin qanunvericiliyə uyğun və şəffaf təşkil olunduğunu söyləməyə əsas verir
Azərbaycanda Milli Məclisə seçkilər tam demokratik norma və prinsiplərə uyğun şəffaf şəkildə keçirilib. Böyük ictimai maraq və rekord sayda namizədin iştirakçılığı fonunda baş tutan seçkilərlə bağlı istər ölkə ictimaiyyətinin, istərsə də prosesi izləyən müşahidəçilərin rəyləri də parlament seçkilərinin azad və ədalətli şəkildə, yüksək rəqabət şəraitində keçirildiyini təsdiq edir. Son olaraq isə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndələrindən ibarət Beynəlxalq Seçki Müşahidə Missiyası (BSMM) Milli Məclisə seçkilərlə bağlı ilkin qənaətlərini açıqlayıblar. Missiya üzvləri çoxlu sayda müşahidəçilərin prosesi izləməyə dəvət olunmasını müsbət qiymətləndirərək bunu şəffaflığın təmin edilməsi istiqamətində atılmış bir addım kimi xarakterizə ediblər. Yeri gəlmişkən, qeyd edək ki, Mərkəzi Seçki Komissiyası şəffaflığın təmin olunması üçün xeyli sayda beynəlxalq və yerli müşahidəçilərin prosesdə iştirakına sərbəst şərait yaradıb. Bunun nəticəsidir ki, ümumilikdə 89 min yerli, 883 beynəlxalq müşahidəçi qeydiyyata alınıb.
19 siyasi partiyanın seçkilərdə iştirak etməsi pozitiv bir məqam kimi dəyərləndirilir
Əməkdaşlığa görə Azərbaycan hökumətinə təşəkkür edən missiya üzvlərinin hesabatında bir sıra müsbət məqamların olması prosesin yaxşı və qanunvericiliyə uyğun təşkil olunduğunu söyləməyə əsas verir. Məsələn, Beynəlxalq Seçki Müşahidə Missiyasının hesabatında qeyd olunur ki, bu seçkilərdə çoxlu sayda namizədlik qeydə alınıb və namizədlərin qeydiyyatı prosesi inklüziv olub. O cümlədən 19 siyasi partiyanın seçkilərdə iştirak etməsi, öz namizədlərini irəli sürməsi pozitiv bir məqam kimi dəyərləndirilir.
Eyni zamanda, seçki administrasiyasının resurslarla yaxşı təmin olunması və qısa vaxta baxmayaraq, qanunla müəyyən edilmiş bütün müddətlərə riayət olunması da sənəddə öz əksini tapıb. Qeyd olunur ki, MSK şəffaf surətdə işləmək üçün səylər göstərdi və beynəlxalq müşahidəçilərə münasibətdə xoşməramlı idi. “İclaslar müşahidəçilər və mediaya açıq idi. Qərarlar bir qayda olaraq həmrəyliklə qəbul edilirdi və vaxtlı-vaxtında sayta yerləşdirilirdi ki, bu da şəffaflığı artırırdı.
Şəffaflıq məqsədilə seçki məntəqələrində mindən çox kamera yerləşdirilmişdi”, - deyə vurğulanan sənəddə həmçinin bildirilir ki, çoxsaylı məcburi köçkünlərin ortaya çıxmasına səbəb olmuş Ermənistanla münaqişə ilə əlaqədar Azərbaycanın nəzarətindən tam və qismən kənar olan 10 seçki dairəsində seçkilər keçirilə bilmədi: “Məcburi köçkünlərin seçki hüquqlarının təmin edilməsi sahəsində mühüm işlər görülmüşdür”.
Hesabatda iddia edilən çatışmazlıqlar prosedur və təşkilati nöqteyi-nəzərdən qiymətləndirilir
Beynəlxalq Seçki Müşahidə Missiyasının hesabatında diqqət çəkən məqamlardan biri DTİHB-nun bu dəfəki dəyərləndirməsində prosedur-təşkilati, metodoloji yanaşmanın üstünlük təşkil etməsidir. Hesabatda iddia edilən çatışmazlıqlar prosedur və təşkilati nöqteyi-nəzərdən qiymətləndirilir və seçkinin nəticələrinə təsir edə biləcək formada təqdim olunmur. Bu çatışmazlıqlar yerli və məhəlli xarakter daşıyır. Xüsusilə qeyd olunmalıdır ki, DTİHB-in seçkilərlə bağlı tənqidləri yalnız Azərbaycana münasibətdə özünü göstərmir. Müqayisə etdikdə, Qərbi Avropa ölkələrində bəzən daha kəskin problemlər müəyyən olunur. Elə müşahidə missiyasının mətbuat konfransında da bu məqam dilə gətirilib.
“Sapı özümüzdən olan baltalar”ın növbəti məyusluğu
Mətbuat konfransında diqqətlərdən yayınmayan digər bir məsələ isə “sapı özümüzdən olan baltalar”ın bu dəfə də Azərbaycanın imicinə zərər vurmaq cəhdləri olub. Bu antimilli qrupun üzvlərindən biri “Roma Papasından artıq katoliklik” edərək Azərbaycan nümayəndə heyətinə AŞPA-da səlahiyyət verilməməsi məsələsini qaldırdı. Cavab olaraq qatı anti-azərbaycançı Frank Şvabe məsələyə skeptik yanaşdığını, xüsusilə də AŞPA-da Rusiya nümayəndə heyəti ilə yaşananlardan sonra onun daha da mürəkkəb olduğunu qeyd etdi. Bu sual və F.Şvabenin cavabı sual müəllifinin virtual dünyada yaşadığını göstərmiş oldu. Onun Azərbaycanın yeni Milli Məclisinin tərkibinin legitimliyi ilə bağlı ikinci sualına cavab isə antimilli ünsürləri “nokaut”a saldı, desək, yerinə düşər. Suala cavabında ATƏT-in qısamüddətli müşahidə missiyasının rəhbəri Artur Gerasimov vurğuladı ki, legitimlik məsələsini yalnız Azərbaycan xalqı müəyyən edir. DTİHB-in müşahidə missiyasının rəhbəri Piter Teyler isə qeyd etdi ki, məsələ onların mandatına aid deyil.
Təbii ki, Azərbaycan dövlətinə qarşı cəbhədə yer alan antimilli ünsürlər bu cavablar qarşısında tamamilə məyus oldular. Çünki onlar müşahidə missiyasından seçkinin nəticələrini şübhə altına salacaq bəyanat gözləyirdilər. Beynəlxalq Seçki Müşahidə Missiyası isə əksinə Azərbaycan dövləti ilə gələcəkdə də əməkdaşlıq etmək niyyətini ifadə edərək, “qeyri-legitimlik” məntiqsizliyinə düşənlərin xəyallarının üstündən xətt çəkdi. Elə Azərbaycan dövləti də hər zaman istənilən beynəlxalq təşkilatla konstruktiv əsasda əməkdaşlığa hazır olduğunu bəyan edir. Çünki Azərbaycan hökumətinin və dövlətinin beynəlxalq ictimaiyyətdən gizlədəcəyi, çəkinəcəyi heç bir problemi yoxdur.
Aqşin ŞAHİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39
İqtisadiyyat
06 Avqust 14:36
Dünya
06 Avqust 14:34
İqtisadiyyat
06 Avqust 14:29
Dünya
06 Avqust 14:18
Siyasət
06 Avqust 14:05
Sosial
06 Avqust 14:02
Siyasət
06 Avqust 13:54
İqtisadiyyat
06 Avqust 13:46
Dünya
06 Avqust 13:42
Sosial
06 Avqust 13:42
Mədəniyyət
06 Avqust 13:38
İqtisadiyyat
06 Avqust 13:31
Elm
06 Avqust 13:17
İqtisadiyyat
06 Avqust 13:05
Elm
06 Avqust 12:43
Elm
06 Avqust 12:20
Gündəm
06 Avqust 11:50
Müsahibə
06 Avqust 11:32
Gündəm
06 Avqust 11:28
Siyasət
06 Avqust 11:25
Analitik
06 Avqust 11:13
Siyasət
06 Avqust 10:48
Gündəm
06 Avqust 10:30
Analitik
06 Avqust 10:14
Analitik
06 Avqust 09:55
Siyasət
06 Avqust 09:53
Analitik
06 Avqust 09:40
Ədəbiyyat
06 Avqust 09:20
MEDİA
06 Avqust 09:05
Siyasət
06 Avqust 08:14
Dünya
05 Avqust 23:51
Dünya
05 Avqust 23:15
Dünya
05 Avqust 22:58
Dünya
05 Avqust 22:36
YAP xəbərləri
05 Avqust 22:23
İdman
05 Avqust 22:19

