Maldivli müşahidəçilər məntəqələrdə yaradılan şəraitdən razılıqlarını bildiriblər
11.02.2020 [09:52]
Fevralın 9-da Milli Məclisə keçirilən seçkiləri izləmək üçün müxtəlif ölkələrdən respublikamıza gələn müşahidə missiyalarının təmsilçiləri Azərbaycanın bütün dünyaya nümunəvi seçkilər təqdim etdiyini bildirirlər. Maldiv Seçki Komissiyasının üzvləri də keçirdikləri mətbuat konfransında Azərbaycanda keçirilən parlament seçkilərini yüksək dəyərləndiriblər. Maldiv Seçki Komissiyasının üzvü Fuvod Tovfok məntəqələrdə səsvermə üçün yaxşı şərait yaradıldığını və bunun seçkilərin şəffaf və demokratik keçməsi üçün vacib amil olduğunu diqqətə çatdırıb. O deyib ki, Bakıda seçki məntəqələrində gördükləri nümunəvi şərait hər cür xoş sözə layiqdir. Fuvod Tovfok seçicilərin öz səslərini sərbəst şəkildə istədikləri namizədə verdiklərini nəzərə çatdırıb. O deyib ki, Maldiv missiyası Bakıda 9 fərqli ünvanda və ümumilikdə 11 seçki məntəqəsində müşahidələr aparıb: “Biz səslərin sayılması prosesində də iştirak etdik. Ümumilikdə seçki prosesi çox axıcı keçdi. Hava şəraitinin əlverişsiz olmasına baxmayaraq, seçkilərdə insanların iştirak səviyyəsi kifayət qədər yaxşı idi. Biz seçki prosesinin gedişindən razı qaldıq”.
Fuvod Tovfok qeyd edib ki, seçki məntəqələrində səsvermənin gedişini həm yerli, həm də xarici müşahidəçilər izləyirdilər. “Kənardan heç bir şəxsin seçicilərlə təmas qurmağa çalışmasının şahidi olmadıq. İstər yerli müşahidəçilər, istərsə də komissiya üzvləri seçki prosesinin axıcı olması üçün çalışırdılar. Bizim olduğumuz hər bir seçki məntəqəsində ən azı 1 tərcüməçi var idi. Onlar bizim qarşı tərəflə ünsiyyət qurmağımıza kömək göstərirdilər. Vətəndaşlar beynəlxalq müşahidəçilərin burada iştirakını yüksək qiymətləndirirdilər və bizi gülərüzlə qarşılayırdılar”, - deyə Maldiv təmsilçisi fikirlərini tamamlayıb.
M.ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18

