TÜRKPA-nın müşahidə missiyası: Azərbaycanda parlament seçkiləri tam demokratik, şəffaf keçib
11.02.2020 [09:55]
TÜRKPA-nın müşahidə missiyası ölkəmizdə fevralın 9-da keçirilən Milli Məclisə seçkilərlə əlaqədar mətbuat konfransı keçirib. Çıxış edən təşkilatın Baş katibi Altınbek Mamayusupov parlament seçkilərinin heç bir qanun pozuntusu olmadan keçirildiyini bildirib. Qeyd olunub ki, müşahidə missiyası seçkiqabağı proseslə də tanış olub.
Mətbuat konfransında çıxış edən missiyanın rəhbəri İsmət Uçma üç regionda - Bakı şəhərində, Şamaxı və Qobustan rayonlarında seçkilərin gedişini müşahidə etdiklərini bildirib. İ.Uçma müşahidə apardıqları seçki məntəqələrində fəallığın olduğunu vurğulayıb. O qeyd edib ki, namizədlər üçün əlverişli şərait yaradılmışdı. Bu da ədalətli və şəffaf seçkilərin keçirildiyini təsdiqləyir. Məntəqələrdə seçicilər heç bir təsirə məruz qalmadan azad şəkildə seçimlərini edirdilər: “Müşahidə apardığımız seçki məntəqələrində texniki tərəfdən və insan amili nöqteyi-nəzərindən səsvermə prosesində hər hansı pozuntular görmədik. İnsanların məntəqələrə yüksək əhval-ruhiyyə ilə səs verməyə gəlmələrini görmək çox maraqlı idi. Bizim üçün daha bir önəmli amil namizədlərin sayının çox olması idi. Namizədlərə təbliğat-təşviqat kampaniyası aparmaq və seçicilərlə görüş üçün bütün şərait yaradılmışdı. Müşahidələrimizin nəticəsi olaraq deyə bilərik ki, seçkilər tam demokratik, şəffaf keçib”.
Qeyd edək ki, müşahidə missiyasında Qırğızıstan, Türkiyə və Qazaxıstandan olan parlamentarilər təmsil olunublar. Çıxış edən müşahidə missiyalarının üzvləri - Qazaxıstandan olan deputatlar Berik Ospanov, Dinar Nukatayeva, Qırğızıstandan olan parlamentari Ziyaddin Jamaldinov seçkinin bütün mərhələlərində şəffaflığın qorunduğunu dilə gətirib. Bildirib ki, namizədlər üçün bərabər şərait yaradılıb və aparılan monitorinqin nəticəsinə uyğun olaraq seçkinin demokratik prinsiplər əsasında keçirildiyini demək olar.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxMaraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55

