Parlament seçkiləri Azərbaycanın demokratik inkişafını daha da sürətləndirəcək
11.02.2020 [10:00]
QDİƏT Parlament Məclisinin müşahidə missiyası ölkəmizdə keçirilən parlament seçkilərini yüksək qiymətləndirib
Fevralın 10-da Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) müşahidə missiyası Azərbaycanda keçirilən parlament seçkilərinin nəticələri ilə bağlı rəyini açıqlayıb. Bununla əlaqədar keçirilən mətbuat konfransında QDİƏT PM-in Baş katibi Asəf Hacıyev deyib ki, QDİƏT PM-də 12 üzv dövlətin 76 deputatı təmsil olunur. “Hər bir seçki demokratiyanın ölçüsüdür. Demokratiya elə prosesdir ki, onun əvvəli və sonu yoxdur. Azərbaycandakı parlament seçkiləri nəinki Avropa, hətta dünya standartlarına uyğun keçirilib”, - deyən A.Hacıyev bildirib ki, Azərbaycanda demokratik proseslər sürətlə inkişaf edir. Onun sözlərinə görə, seçkilərdə növbəti dəfə Yeni Azərbaycan Partiyası qələbə qazanıb və ilkin nəticələrə görə, partiyanın 70-ə yaxın namizədi qalib gəlib.
“Qələbə münasibətilə və seçkilərin yüksək səviyyədə keçirilməsinə görə Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti cənab İlham Əliyevi təbrik edirəm. YAP-ın növbəti dəfə qələbə qazanması onu göstərir ki, partiyanın Azərbaycan cəmiyyətində nüfuzu yüksəkdir. Cənab İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycan xalqının firəvan həyatını təmin edir. Eyni zamanda, hesab edirəm ki, 9 fevral parlament seçkiləri Azərbaycanın demokratik inkişafını daha da sürətləndirəcək”, - deyə Baş katib vurğulayıb.
QDİƏT PM-in Baş katibi Asəf Hacıyev fevralın 9-da Bakıda 10-dan çox seçki məntəqəsində olduqlarını, heç bir pozuntu halına rast gəlmədiklərini bildirib: “Eyni zamanda, Bakıətrafı qəsəbələrdə, Maştağa və Bilgəhdə də 10-a yaxın məntəqədə olduq. Burada fəallıq daha çox idi”.
QDİƏT PM-in müşahidə missiyasının üzvü, türkiyəli deputat Camal Öztürk bildirib ki, Azərbaycanda demokratik, azad və ədalətli seçki keçirildi: “Qardaş Azərbaycanda parlament seçkilərində müşahidəçi kimi iştirak etdim. Müşahidələr apardığım zaman hər hansı neqativ hadisəyə rast gəlmədim. Azərbaycan xalqını təbrik edirəm. Bu seçkilər Azərbaycanın daha da inkişafı üçün yeni başlanğıcdır. Azərbaycan xalqı ən yaxşılarına layiqdir. Biz hər zaman Azərbaycanın yanında olmuşuq, bundan sonra da olacağıq”.
Müşahidə missiyasının digər üzvü, rusiyalı deputat Maksim Şablikin isə deyib ki, Azərbaycanda seçkilər demokratik keçirildi: “Ən əsası, məndə seçkilərin təhlükəsiz, sakit şəraitdə keçməsi ilə bağlı çox gözəl təəssürat yarandı. Vətəndaşların çox sakit və azad şəkildə seçkilərdə iştirak etdiyini gördüm. Seçkilərin demokratik keçirilməsini çox yüksək qiymətləndirirəm. Azərbaycanda namizədlərin sayına baxanda başa düşmək olur ki, Milli Məclis ölkənin həyatında nə qədər böyük rol oynayır. Düşünürəm ki, bu seçkilər, ilk növbədə, Azərbaycan xalqının qələbəsidir”.
Parlament Məclisinin müşahidə missiyasının digər üzvü, bolqarıstanlı deputat Petar Kanev bildirib ki, o, Azərbaycanda üçüncü dəfədir seçkilərdə müşahidəçi kimi iştirak edir. “Hava soyuq olsa da, seçkiyə maraq çox yüksək idi. Seçkilərin şəffaf keçirilməsinin şahidi oldum. Azad və demokratik seçkilər münasibətilə Azərbaycan xalqını təbrik edirəm”, - deyə o əlavə edib.
QDİƏT PM-in müşahidə missiyasının üzvü, gürcüstanlı deputat Ramaz Nijolaişvili də seçkilərin demokratik şəraitdə keçdiyini diqqətə çatdırıb və bu münasibətlə Azərbaycan xalqını təbrik edib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDaxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51

