Əli Əhmədov: Parlament seçkiləri ölkəmizdə demokratiyanın yeni bir təzahürüdür
14.02.2020 [09:30]
Azərbaycanda fevralın 9-da keçirilən parlament seçkiləri ölkəmizdə demokratiyanın yeni bir təzahürü, demokratiya istiqamətində ölkəmizin daha da irəliyə doğru əhəmiyyətli bir addım atmasının ifadəsidir.
Bunu Trend-ə Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov deyib.
Əli Əhmədov bildirib ki, Azərbaycanda heç zaman parlament seçkilərində 1300-dən çox namizəd iştirak etməyib: “Bu, rekord bir göstəricidir. Bu, bir tərəfdən Azərbaycanda seçkilərin açıq və şəffaf keçməsinə vətəndaşların əvvəlcədən inamının ifadəsi idi, digər bir tərəfdən isə Azərbaycanda demokratik ənənələrin oturuşmasının çox vacib göstəricilərindən biridir”.
Baş Nazirin müavini vurğulayıb ki, seçkilər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirildi: “Beynəlxalq təşkilatlar Azərbaycanda keçirilən bu seçkilərə böyük maraq göstərdi. Təsəvvür edin, əhalinin sayına görə Azərbaycan o qədər də böyük ölkə deyil, cəmisi 125 dairədə seçkilər keçirilir, 125 deputat mandatı uğrunda mübarizə aparılırdı. Ancaq digər ölkələrlə müqayisədə daha az deputat yerləri uğrunda aparılan mübarizəni izləmək üçün 900-ə yaxın beynəlxalq müşahidəçi gəlmişdi.
Bunun özü də beynəlxalq aləmdə Azərbaycana olan marağın bir ifadəsidir. Bütün bunların hamısını ümumiləşdirərək deyərdim ki, parlament seçkiləri Azərbaycanın siyasi tarixinin əhəmiyyətli bir hissəsini təşkil edir, ölkəmizin demokratiya yolunda irəliləyişinin əhəmiyyətli bir təsdiqi kimi özünü büruzə verir.
Bu seçkilər, eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətə insanlarımızın inamını ifadə edir, dövlət başçısına olan etibarın yeni bir ifadəsi kimi özünü göstərir”.
Xəbər lenti
Hamısına baxSiyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05

