Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Siyavuş Novruzov: Siyasi partiyalar xalqa və dövlətə xidmət etməlidir

Siyavuş Novruzov: Siyasi partiyalar xalqa və dövlətə xidmət etməlidir

05.02.2010 [11:00]

“Parlament seçkiləri ərəfəsində müxalifət partiyalarının bir-birilərini ittiham etməsi gözlənilən haldır. çünki onlar şəxsi maraqlarını hər şeydən üstün tuturlar. Müxalifətin seçki ilə əlaqədar dolayısı ilə xaricdən dəstək amilini gündəmə gətirməsi də buradan qaynaqlanır”. Bu sözləri yap.org.az saytına açıqlamasında YAP İcra katibinin müavini Siyavuş Novruzov deyib. Müxalifətdə olan partiyaların bir-birlərini yaxşı tanıdıqlarını deyən S.Novruzovun sözlərinə görə, bu partiyalarda şəffaflıq yoxdur. YAP İcra katibinin müavini qeyd edib ki, hazırda bu düşərgədə olanlar qarşılıqlı olaraq bir-birlərini xarici qüvvələrə işləməkdə ittiham edirlər. “Həmin partiyalara xarici qüvvələr tərəfindən maliyyə dəstəyi göstərilir. Seçki vaxtı yəqin maliyyənin də artdığı üçün onu bölüşdürə bilmirlər və bu səbəbdən də özlərini xarici qüvvələrə işləməkdə ittiham edirlər” - deyən S.Novruzov bildirib ki, müxalifət partiyaları şəffaf fəaliyyət göstərmirlər. Onlar bir dəfə də olsun maliyyə hesabatı dərc etməyiblər. Onun fikrincə, siyasi partiyalar xalqına və dövlətinə xidmət etməlidir. S.Novruzov xatırladıb ki, YAP hər il, o cümlədən 2009-cu ilin yekunları ilə əlaqədar ictimaiyyətə maliyyə hesabatını təqdim edib və bu, digər partiyalar üçün də nümunə olmalıdır. YAP İcra katibinin müavini vurğulayıb ki, müxalifətin cəhdlərinə baxmayaraq, Azərbaycanda seçkilərin keçirilməsində xarici amil sıfra bərabərdir. O, qeyd edib ki, hər hansı seçkinin nəticələri ölkə seçicilərinin iradəsi əsasında müəyyənləşir.

Paylaş:
Baxılıb: 1105 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30