Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ziyafət Əsgərov: Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın tam qüvvəsilə çalışmadığı etiraf edilib

Ziyafət Əsgərov: Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın tam qüvvəsilə çalışmadığı etiraf edilib

09.02.2010 [11:06]

“Humanitar Əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Forumu çox maraqlı keçdi. İki gün ərzində biz Rusiyanın siyasi xadimləri ilə görüşüb, söhbətlər etdik. Azərbaycan-Rusiya, Rusiya-Ermənistan münasibətləri, Dağlıq Qarabağ probleminin həlli və bizi maraqlandıran digər məsələlərin səmimi şəkildə müzakirələri aparıldı”. Bu sözləri Milli Məclisin (MM) birinci vitse-spikeri Ziyafət Əsgərov SİA-ya verdiyi açıqlamasında deyib. O, bildirib ki, müzakirələr zamanı Humanitar Əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Forumunun rusiyalı iştirakçıları Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın tam qüvvəsilə çalışmadığını etiraf ediblər. Z.Əsgərovun sözlərinə görə, görüş zamanı Azərbaycan tərəfi onlardan məsələnin həll olunmasında əllərində olan geniş imkanlardan istifadə etmələrini xahiş edib: “Nədən bu günə kimi işğalçıya işğalçı, işğala məruz qalana işğala məruz qalan demirlər. Bununla bağlı dəqiq diaqnoz qoyulmalıdır ki, kim işğalçıdır, kim işğala məruz qalandır. Amma, həqiqətən, ATƏT-in Minsk qrupu bunu həll emək istəsə bu o qədər də çətin məsələ deyil. Bütün hüquqi əsaslar Azərbaycanın tərəfindədir, sadəcə həm ABŞ, həm Fransa, həm də Rusiyanın Ermənistana bir balaca təzyiq göstərməsi kifayətdir”.

Paylaş:
Baxılıb: 936 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30