Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisdə "Euronews" telekanalı ilə bağlı məsələ yenidən müzakirəyə çıxarıla bilər

Milli Məclisdə "Euronews" telekanalı ilə bağlı məsələ yenidən müzakirəyə çıxarıla bilər

18.02.2010 [21:43]

Azərbaycan parlamentində “Euronews” telekanalı ilə bağlı məsələ yenidən müzakirə edilə bilər. “Mən “Euronews” telekanalında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərəzli və birtərəfli reportajın yayımının yenidən bərpasına çox təəssüf edirəm və parlamentin növbəti iclasında bu məsələ yenidən müzakirəyə çıxarıla bilər”, - dünən bu haqda “Trend News”a Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə bildirib. Mirzəzadənin sözlərinə görə, “Euronews” telekanalı ikili siyasət yeridir: “Bu telekanal bir tərəfdən Azərbaycanın ədalətli mövqeyini göstərir, digər tərəfdən isə ermənilərin yalançı və böhtan iddialarını Avropa səviyyəsinə qaldırmağa çalışır. Onların öz mövqelərində nə dərəcədə prinsipial olduqları, nə dərəcədə Avropa obyektivliyini ortaya qoyduqları artıq tamamilə aydındır. Bu telekanalda Azərbaycanın mövqeyi işıqlandırılanda da xeyli qüsur və qeyri-dəqiqliyə yol verilmişdi”. Onun fikrincə, bu səbəbdən parlamentin iclaslarında bununla bağlı məsələnin yenidən qaldırılması mümkündür. “Ancaq bu gün Azərbaycanın mövqeyi, öz torpaqlarını işğaldan azad etmək addımları heç də “Euronews”-un hansısa bir reportajı ilə nə möhkəmlənəcək, nə də azalacaq. Biz istəklərimizə öz qüvvəmizlə çata biləcəyik. Bununla belə, telekanalın ikiüzlü siyasəti, onun hansısa şübhəli maraqları önə çəkməsi Avropanın obyektiv imicinə çox böyük zərbə vurur”, - deyə A.Mirzəzadə vurğulayıb.

Paylaş:
Baxılıb: 952 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30