Mətbuat Şurası İdarə Heyətinin növbəti iclası keçirilib
19.02.2010 [09:47]
Bəyanatda deyilir: “Medianın özünütənzimləməsini həyata keçirən Azərbaycan Mətbuat Şurası kütləvi informasiya vasitələrinin iradəsi, media təmsilçilərinin seçimi ilə formalaşır, ölkə jurnalistlərinin I qurultayında təsdiq edilmiş Nizamnamə əsasında fəaliyyət göstərir. Şuranın başlıca missiyası media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləməklə söz və mətbuat azadlığının dərinləşməsinə, mövcud prosesin yeni müsbət çalarla zənginləşməsinə nail olmaq, peşə fəaliyyətini yerinə yetirən jurnalistlərə dəstək verməkdir. MŞ-nin ötən müddətdə reallaşdırdığı tədbir və təşəbbüslər qurumun bu sahədə bir sıra uğurlara imza atdığını söyləməyə əsas verir. Mətbuat Şurası ölkədə KİV-lərin maddi-texniki və qanunvericilik bazasının möhkəmləndirilməsinə yönələn proseslərdə yaxından və fəal iştirak etməklə yanaşı, birbaşa fəaliyyət missiyasına uyğun olaraq açıq və obyektiv sözə, jurnalistin və mətbuatın təmiz adına, əxlaqına ləkə gətirən neqativ hallara biganə qalmır. Lakin çox təəssüflə bildiririk ki, illərdən bəri şərti olaraq “reket jurnalistika” adlandırdığımız xoşagəlməz meyl bu gün də davam etməkdə, mediamızın nüfuzuna, onun saf və təmiz adına ləkə gətirməkdədir. Mətbuat Şurası ötən müddətdə quruma ünvanlanan çoxsaylı müraciətləri və şikayətləri ictimai sifariş kimi dəyərləndirərək “reket nəşr”lərə qarşı ardıcıl və prinsipial mübarizə aparmaqdadır. ölkə jurnalistlərinin V qurultayının iştirakçısı olan yüzlərlə tanınmış media təmsilçisi qurumun bu istiqamətdəki fəaliyyətinin intensiv xarakter alması üçün təşəbbüs və təkliflərini irəli sürüb. Nəticədə Şuranın “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyası formalaşdırılıb. Peşə prinsiplərinə etinasız yanaşan media orqanlarına qarşı ictimai qınağın təsir gücünü artırmaq məqsədilə mətbuatın “qara siyahı”sı tərtib edilib. Konkret şikayət və müraciətlər əsas götürülərək Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarını, ölkə qanunvericiliyinin tələblərini kobud və mütəmadi pozan qəzet və jurnallar həmin siyahıya salınmaqdadır. Hazırda onların sayı 94-dür. Mətbuat Şurasının “reket jurnalistika”ya qarşı mübarizəsinin daha ardıcıl və sistemli xarakter alması “qara siyahı”dakı KİV-lərin peşə etikası ilə bir araya sığmayan fəaliyyətlərini davam etdirmələrinə əngəllər törədir. Onlar Şuranın ictimai qınağa hesablanan tədbirlərindən nəticə çıxarmaq əvəzinə, MŞ-nin İdarə Heyətinin üzvlərinin şərəf və ləyaqətlərini ləkələməyə, işgüzar nüfuzlarına zərər gətirməyə çalışır, barələrində təhqir və böhtan xarakterli materiallar dərc edirlər. Şuranı hədələmək yolu tutan bir çox KİV-lər demokrat qiyafəsinə bürünüb ali media dəyərlərini, söz və mətbuat azadlığı prinspilərini qoruyurlarmış kimi imitasiyalara baş vurur, həqiqi simalarını pərdələməyə çalışırlar. Köhnə şakərləri yeni adla qeydiyyatdan keçirdikləri nəşrlərdə davam etdirən qəzet rəhbərləri də var. Xüsusən “Gündəlik Bakı” və “Təzadlar” qəzetləri, həmçinin “Mozalan” jurnalı kimi bütün sərhədləri aşan nəşrlər də mövcuddur. Mətbuat Şurasının rəhbərliyini məhkəməyə verməklə kifayətlənməyən bu KİV-lər hər saylarında Şuranın İdarə Heyətinin üzvlərinin ünvanına hətta hədə-qorxu gəlməkdən belə çəkinmirlər. Mətbuat Şurası bəzi “reket nəşr”lərin arxasında gizli havadarların olmasını, onların maliyyələşdirilərək məkrli sifarişlərin icrasına cəlb edilmələrini yolverilməz hal sayır. MŞ bununla bağlı kifayət qədər tutarlı faktlara malikdir. Gizli sponsorlar sırasında dövlət orqanlarında çalışan bəzi məmurların mövcudluğu isə xüsusilə təəssüf doğurur. Azərbaycan iqtidarının söz və mətbuat azadlığı ilə bağlı məsələlərə həssas yanaşdığı şəraitdə onların bu siyasətə uyğun gəlməyən addımlar atanlara, öz mənafeləri naminə müxtəlif spekulyasiyalara baş vuranlara himayədarlığı heç bir məntiqə sığmır. Mətbuat Şurası media məkanımızın saflaşması, təmiz adının bərqərar olması uğrunda mübarizədə bu söz sənətinin həqiqi daşıyıcısı olan hər bir şəxsin dəstəyinə, inam və etimadına güvənərək Şuranı barışmaz və prinsipial mübarizə yolundan çəkindirməyə çalışanlara, habelə onların havadarlarına belə səylərin mənasız və səmərəsizliyini xatırladaraq bəyan edir:
1) Mətbuat Şurası ölkədə medianın özünütənzimləməsini həyata keçirən legitim orqandır. Qurum cəmiyyətin bütün qütbləri tərəfindən qəbul edilir. Şuraya qarşı göstərilən bütün təsir və təzyiq cəhdləri mənasız və əbəsdir, heç bir qüvvə onu tutduğu ədalətli və qanuni yoldan çəkindirə bilməz!
2) “Reket qəzetlər”ə gizli şəkildə maddi və mənəvi dəstək verənlərin mövqelərini qətiyyətlə pisləyir, bu kimi halları ölkədə sivil jurnalistika mühiti yaratmaq istəklərinə, media sahəsində aparılan sistemli və arcıdıl fəaliyyətə zidd hərəkətlər kimi dəyərləndiririk.
3) Azərbaycanın ziyalılarını, həqiqi jurnalistləri və bütövlükdə ictimaiyyəti jurnalistikamızı ləkələyənlərə və mətbuatdan çirkin məqsədlərlə istifadə edənlərə qarşı birgə mübarizədə Mətbuat Şurasına daha sıx dəstək verməyə çağırırıq.
4) Dövlət orqanlarını - hüquq-mühafizə, vergi, maliyyə və digər qurumları “reket nəşr”lərdə dərc olunan mətbu nümunələrə əsasən apardıqları yoxlamalara ehtiyatla yanaşmağa çağırırıq.
5) MŞ ölkə oxucularının, bütövlükdə vətəndaşların qurumun qərarlarına daim hörmət və etimadla yanaşdığını, dəstək olduğunu nəzərə alaraq mediamızın təmizliyi uğrunda mübarizəsini qətiyyət və prinsipiallıqla davam etdirəcək.
Bakı şəhəri, 18 fevral 2010-cu il”.
Xəbər lenti
Hamısına baxDünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05

