Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Mübariz Qurbanlı: Ermənistanın xarici işlər nazirinin son açıqlamaları danışıqlar prosesinə ziyan vurur

Mübariz Qurbanlı: Ermənistanın xarici işlər nazirinin son açıqlamaları danışıqlar prosesinə ziyan vurur

19.02.2010 [09:48]

“Son dövrlər aparılan danışıqlar və səsləndirilən fikirlər bir daha onu təsdiq edir ki, Ermənistan tərəfi nəyin bahasına olursa olsun, bu danışıqlar prosesini uzatmağa çalışır. Ermənistan yenə də qeyri-konstruktivlik nümayiş etdirir, eyni zamanda təcavüzkar və ilhaqçı siyasət yürütdüyünü açıqladığı bəyanatlarda bir daha aydın şəkildə göstərir”. Bu sözləri www.yap.org.az saytına açıqlamasında YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib. ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə danışıqların davam etdiyini xatırladan M.Qurbanlı qeyd edib ki, Azərbaycan tərəfi konstruktivlik nümayiş etdirərək təklif olunan yeniləşdirilmiş Madrid prinsiplərinə öz münasibətini bildirib. “Madriddə başlanmış danışıqlar hazırda Madrid prinsipləri adı altında müzakirə olunur. Yeniləşdirilmiş prinsiplərin də əsas məğzi işğal olunmuş torpaqların azad edilməsi, məcburi köçkünlərin öz yurdlarına qayıtması, Dağlıq Qarabağa yüksək özünüidarə statusunun verilməsindən ibarətdir. Lakin göründüyü kimi, Ermənistan tərəfi hələ də Madrid prinsiplərinin yeniləşdirilmiş variantına dair mövqeyini ortaya qoymayıb. Onlar köhnə fikirləri təkrar-təkrar dövriyyəyə qaytarmaqdadır” - deyən YAP İcra katibinin müavini bugünlərdə Ermənistanın xarici işlər naziri Nalbandyanın verdiyi açıqlamanı xatırladıb. Onun sözlərinə görə, bütün bunlar ümumiyyətlə Ermənistanın danışıqlar masasından uzaqlaşmasının göstəricisi kimi də qiymətləndirilə bilər: “Hamıya məlumdur ki, keçmiş DQMV Azərbaycanın tərkibində olub və 4,5 min kvadrat kilometri əhatə edirdi. Hazırda isə Ermənistan Nalbandyanın dili ilə Azərbaycanın digər ərazilərinə iddia etməkdədir. Məsələn, Azərbaycana məxsus, ərazi inzibati bölgüsü ilə Dağlıq Qarabağla heç bir əlaqəsi olmayan bəzi bölgələrin bu prosesdə adının səsləndirilməsi yolverilməzdir. Bunlar Ermənistanın danışıqlara mane olduğunu bir daha göstərir”.
M.Qurbanlının fikrincə, danışıqlarda konstruktivlik yoxdursa, bütün bunlar Ermənistanın işğalçılığına dəlalət edən məsələlərdir. Bu, təcavüzkar dövlətin açıq şəkildə dünyaya, beynəlxalq təşkilatlara meydan oxuması deməkdir. “Ermənistan cilovlanmalıdır, onun cilovunu isə ATƏT, Minsk qrupunun həmsədr dövlətləri, BMT dartmalıdır. Cilovu dartılmayan təcavüzkar növbəti təcavüzlər üçün iştahasını ortaya qoyacaq. Bu mənada, Nalbandyanın açıqlaması danışıqlara zərər gətirən və ümumi prosesə ziyan vuran məsələ kimi dəyərləndirilməlidir” deyə YAP İcra katibinin müavini vurğulayıb.

Paylaş:
Baxılıb: 1038 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30