Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Əli Həsənov: Görülmüş işlərin cəmiyyətə çatdırılmasında mətbuatın imkanlarından geniş şəkildə istifadə etmək lazımdır

Əli Həsənov: Görülmüş işlərin cəmiyyətə çatdırılmasında mətbuatın imkanlarından geniş şəkildə istifadə etmək lazımdır

19.02.2010 [09:48]

“Azərbaycanda ali idarəetmə strukturları, mərkəzi icra hakimiyyəti qurumları öz fəaliyyəti və il ərzində gördüyü işlərin əhaliyə çatdırılmasında maraqlı olmalıdırlar”. Bunu APA-ya açıqlamasında Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib. Onun sözlərinə görə, bunun da yeganə mexanizmi KİV-dir: “Ona görə də, biz bu işlərdə mütəmadi olaraq mətbuat xidmətlərinə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, ictimaiyyətlə əlaqələr bölmələrinə tövsiyə edirik ki, görülmüş işlərin cəmiyyətə çatdırılmasında mətbuatın imkanlarından geniş şəkildə istifadə etmək lazımdır. Bu, dövlət siyasətinin əsas prinsiplərindən biridir. Son 10 ildə mətbuat xidmətləri ilə KİV arasında əlaqələrin yaradılması, birgə seminar və treninqlərin keçirilməsi, onların bir-biri ilə əlaqələrinin güclənməsi üçün işlər görürük, bundan sonra da bu kimi tədbirlər davam edəcək”.
Mətbuat xidmətlərinin fəaliyyətinə mərkəzləşmiş formada hər hansı nəzarətin olmadığını deyən Ə.Həsənov bildirib ki, onlar özləri bunda maraqlı olmalıdır: “Amma bir daha mərkəzi və yerli icra hakimiyyəti orqanlarına tövsiyə edirik ki, tədbirlərə bütün KİV təmsilçilərini istisnasız olaraq dəvət etsinlər”.

Paylaş:
Baxılıb: 1202 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30