Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir
22.06.2020 [23:32]
Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı və səsləndirdiyi mühüm çağırışlar, yaddaqalan təsbitlər geniş ictimai-siyasi əks-səda doğurub. İlk növbədə, qeyd etmək lazımdır ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen, quruma üzv dövlətlərin və Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən Sammit istər tərkibinə, istərsə də müzakirə olunan mövzular baxımından böyük əhəmiyyətə malikdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib.
Komitə sədri diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı bir neçə məqamla diqqəti çəkir. Birincisi ona görə ki, Sammit qlobal pandemiya dönəmində keçirilir və respublikamız bu bəşəri problemlə bağlı qabaqcıl mövqeyə malikdir. Azərbaycan Prezidentinin sədri olduğu iki beynəlxalq qurum məhz onun təşəbbüsü ilə pandemiya ilə bağlı videomüzakirələr aparıb. Onlayn tədbirlərdə mühüm çıxışlar olub, mövqelər ifadə edilib. Qoşulmama Hərəkatının bu il mayın 4-də COVID-19-a həsr edilmiş onlayn Zirvə görüşündə Avropa İttifaqı və Afrika İttifaqının iştirakı xüsusi qeyd edilməlidir. Dövlətimiz Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) maliyyə yardımı göstərib və beynəlxalq qurum koronavirusla mübarizədə Azərbaycanı nümunəvi ölkə adlandırıb. Təsadüfi deyil ki, bu məqamları öz çıxışında vurğulayan Prezident İlham Əliyev Avropa İttifaqının ali nümayəndəsi Jozep Borelə videomüraciətinə görə bir daha təşəkkürünü bildirərək, bunun Aİ ilə Qoşulmama Hərəkatı arasında fəal əməkdaşlığın başlanğıcı olacağına əminliyini ifadə etdi. Əlbəttə, burada söhbət yalnız pandemiyadan getmir, Şərq Tərəfdaşlığının özünəməxsus ənənəvi müzakirə mövzuları, xüsusilə adından da göründüyü kimi, tərəfdaşlıq və tərəfdaşlıq üçün tələb olunan sülh və təhlükəsizlik, birgəyaşayış kimi mandat-missiyası vardır. Məhz bu mövzular Azərbaycanın sülhpərvər, multikultural mövqeyinə tam uyğundur. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan Şərq Tərəfdaşlığının fəal ölkəsidir. Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir. Ölkəmizin Avropa İttifaqının bir çox üzvü ilə ikitərəfli planda da sıx əməkdaşlığı mövcuddur.
Q.Paşayeva videokonfrans zamanı Ermənistanın baş naziri Nikol Paşinyanın Prezident İlham Əliyevin çıxışına replika atması cəhdinə də toxunub. Qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü uzun illərdir pozulub və zamanında öz havadarlarının hərbi-siyasi dəstəyi ilə işğal siyasətini həyata keçirmiş, bu bədnam siyasəti davam etdirən Ermənistanın baş naziri Nikol Paşinyanın Prezident İlham Əliyevin çıxışına replika ilə münasibət bildirmək cəhdi, ona verilən tutarlı cavab diqqət yetirməli olduğumuz ən əsas məqamlardandır. Azərbaycan Prezidenti “demokrat libaslı”, işğalçı zehniyyətli Paşinyanla əvvəllər də bir neçə dəfə debatda, müzakirələrdə üz-üzə gəlib və istisnasız olaraq, həmişə onu tutarlı cavabları ilə susdurub. Aşqabadda, Münxendə və digər şəhərlərdə keçirilən toplantılarda biz bunun şahidi olmuşuq. Budəfəki toplantı da istisna olmadı və yenə də Paşinyan özünü gülünc vəziyyətə saldı, tutarlı cavabdan sonra susmağa məcbur oldu.
“Paşinyan ənənəvi erməni xisləti ilə yalan deyib, iştirakçıları o yalana inandırmaq və bu yalan üzərindəki “hücum”la, özünün, təmsil etdiyi ölkənin işğalçılıq siyasətini ikinci plana keçirmək istəyində idi. Öz diktator, hərbi cani sələflərindən guya “demokrat”lığı ilə fərqlənən Paşinyan öz replikası, çıxışı və Azərbaycan Prezidentindən aldığı sərrast cavablarla miskin duruma düşməkdən qurtula bilmədi. Hamı bilir ki, bu, birinci, ikinci hal olmadığı üçün artıq nə təsadüf, nə də tendensiya deyil, bu, artıq qanunauyğunluqdur. Bu qanunauyğunluğun diktə etdiyi ən əsas məqam ondan ibarətdir ki, dünya birliyi işğalçıya “dur” deməlidir, bölgədə sülhə, təhlükəsizliyə ən əsas maneə olan işğalçılıq sona yetməlidir, işğalçı hər hansı forma və dərəcədə beynəlxalq qınağa və məsuliyyətə cəlb edilməlidir. Bu mənada, bu yaxınlarda Avropa Parlamenti adından verilmiş, Ermənistanın işğal altında saxladığı Azərbaycan torpaqlarında qeyri-qanuni yol çəkməsini, qanunsuz məskunlaşmanı pisləyən, respublikamızın ərazi bütövlüyünü müdafiə edən bəyanatı xüsusi əhəmiyyətə malikdir”, - deyə Qənirə Paşayeva bildirib.
Xəbər lenti
Hamısına baxAnalitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33

