Şərq Tərəfdaşlığı Sammiti Nikol Paşinyan üçün növbəti fiasko oldu
24.06.2020 [08:45]
Ekspertlərin qeyd etdikləri kimi, Sammitdə Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın işğalçılıq siyasətini bir daha ifşa etdi
Məlum olduğu kimi, Azərbaycan Ermənistanın ölkəmizə qarşı apardığı işğalçılıq siyasətini ifşa etmək, Dağlıq Qarabağ problemi ilə bağlı əsl həqiqətləri dünya birliyinin nəzərinə çatdırmaq və münaqişənin tezliklə ədalətli həllinə nail olmaq üçün bütün beynəlxalq platformalardan maksimum dərəcədə istifadə edir. Bu baxımdan, iyunun 18-də keçirilən Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında Sammiti də istisna olmayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdəki çıxışında Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyini, həmin ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirdiyini vurğulayıb və BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin hələ də Ermənistan tərəfindən icra edilmədiyini bildirib.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib ki, Azərbaycan işğalçı Ermənistana diplomatiya müstəvisində böyük zərbələr vurmaqdadır. Onun sözlərinə görə, Prezident İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubu kimi mötəbər bir forumun tribunasından “Qarabağ Azərbaycandır və nida işarəsi!” bəyanatı, Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında tutarlı faktlara əsaslanan nitqi, Münxen debatı zamanı Nikol Paşinyanı susdurması hər bir Azərbaycan vətəndaşını qürurlandırır: “Eyni zamanda, dövlətimizin başçısının əzəli torpağımız Dağlıq Qarabağla bağlı Ermənistan hakimiyyəti tərəfindən səsləndirilən sərsəm iddialara sərt və tutarlı cavabları dünya ictimaiyyətində Ermənistanın işğalçı siyasəti haqqında aydın fikir yaradıb”.
P.Kərimzadə bildirib ki, Ermənistan növbəti belə diplomatik zərbəni iyunun 18-də Avropa İttifaqına üzv dövlətlərin və Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının videokonfrans formatında keçirilən sammitində aldı. Sammitdə Ermənistanın işğalçılıq siyasəti növbəti dəfə ifşa edildi. Millət vəkilinin sözlərinə görə, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin sədrliyi, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borellin iştirakı ilə videokonfrans formatında keçirilən Sammitdə Dağlıq Qarabağla bağlı tarixi həqiqətlər Prezident İlham Əliyev tərəfindən tədbir iştirakçılarının diqqətinə çatdırıldı: “Azərbaycan Prezidentinin Qarabağla bağlı qətiyyətli mövqeyi Nikol Paşinyana, həmçinin işğalçıların havadarlarına olduqca layiqli bir cavab oldu. Sammitdə terrora dövlət səviyyəsində dəstək verən Paşinyan yenə də sərsəm ritorikaları və diplomatiya tarixinə ləkə gətirən qeyri-ciddi çıxışı ilə diqqəti cəlb etdi. Erməni terroru ilə bağlı daha bir ifşaedici faktın Prezidentimiz İlham Əliyev tərəfindən yenidən diqqət mərkəzinə gətirilməsi ilə Paşinyanın yalan üzərində qurulmuş çıxışı dəqiq faktlar əsasında alt-üst edildi”.
“İyunun 18-də Avropa İttifaqı və “Şərq Tərəfdaşlığı” ölkələrinin dövlət və hökumət başçılarının videokonfransında Azərbaycan Prezidenti İlham Əliyev növbəti dəfə Ermənistanın işğalçı və terrorçu siyasətini ifşa etdi. Azərbaycan Prezidenti İlham Əliyev çıxışında bildirdi ki, Ermənistanın baş nazirinə irqçilik haqqında danışmağı məsləhət görməzdim, çünki erməni terrorçuları dünyaca məşhurdurlar”. Bu fikirləri isə Milli Məclisin deputatı Kamal Cəfərov deyib.
K.Cəfərov qeyd edib ki, Ermənistan hakimiyyəti hətta diaspora fəaliyyətində də terrorçuları yüksək vəzifələrə təyin etdirirlər: “ABŞ-da Azərbaycan əleyhinə yönəlmiş istənilən addımın arxasında istisnasız olaraq ermənilərin, xüsusilə erməni lobbisinin və diaspor təşkilatlarının durduğu heç kimə sirr deyil. Bu təşkilatlardan ən böyüyü 1918-ci ildə əsası qoyulmuş Amerikanın Erməni Milli Komitəsidir (ANCA). Bu təşkilat 1941-ci ildə ANCA adlanmağa başlayıb, ona qədər Ermənistanın Müstəqilliyi Naminə Amerika Komitəsi idi. Bütün hədəflərini Azərbaycan əleyhinə quran, bunun üçün hətta kriminal fəaliyyətdən belə çəkinməyən bu təşkilatın rəhbərlərinin terrorçuluq fəaliyyəti və onu dəstəkləməsi rəsmi orqanlar tərəfindən dəfələrlə təsdiqlənib. Misal üçün, 1982-ci ildə ABŞ-da terror aktına cəhd göstərdiklərinə görə “LA Five” (Beşlik) kimi tanınan “Erməni Genosidinin Ədalətli Döyüşçüləri”nin beş erməni üzvü həbs olundu. Həmin şəxslərin cinayət əməlləri tam sübut olunub və həbs olunublar. Lakin ANCA bu cinayətkarları maliyyələşdirmək, rəhbər vəzifələrə təyin etməkdə davam etməklə onlarla sıx bağlantılarını qoruyub saxlayır. 1982-ci ildə həbs olunanlar - Karniq Sarkisyan, Viken Yakubiyan, Viken Hovsepyan, Viken Yakubyan və Stiven Con Dadayan idi. Hazırda Dadayan ANCA-nın Qərb Bölgəsi üzrə Şurasının məsləhətçisidir. Hovsepyan və Yakubyan Erməni Mədəniyyət Fondunun qərbi ABŞ üzrə Şura üzvləridir”.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev tarixi həqiqətlərə əsaslan, obyektiv faktlarla Paşinyanın cavabını növbəti dəfə verdi: “Əlbəttə, pərt vəziyyətdə olan Paşinyan çaşaraq beynəlxalq aləmdə qəbul olunmuş “Naqornıy Karabagh” sözünü işlətdi. Halbuki o, həmişə ermənicə çıxışında “Artsax” sözündən istifadə edirdi. Daha sonra qarşısındakı konspektdə cavablar olmadığından ingiliscə fikirlərini ifadə edə bilmədiyi üçün ermənicə danışdı. Bu isə bütün hallarda istənilən bir hökumət başçısı üçün arzuolunan vəziyyət deyil”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

