Ermənilərin Xocalıda törətdikləri əsl soyqırımdır
24.02.2010 [09:29]
YAP Sədərək rayon təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Arif Qasımov tədbirdə çıxış edərək deyib ki, 1992-ci il fevralın 26-da xalqımız öz taleyinin ən ağır və acılı anlarından birini yaşadı. Həmin gün qədim Azərbaycan şəhəri Xocalı erməni hərbi birləşmələri tərəfindən Yer üzündən silindi. Yüzlərlə dinc sakin işgəncələrlə öldürüldü, meyitləri təhqir olundu. Uşaqlar, qadınlar, qocalar, bütöv ailələr məhv edildi. XX əsrin sonunda təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı ən ağır cinayətlərdən biri baş verdi. Xocalı faciəsi öz ağırlığına, vəhşiliyinə və amansızlığına görə bəşəriyyətə qarşı törədilmiş cinayətlər arasında xüsusi yer tutur.
O gecə Xocalıda 613 nəfər şəhid oldu, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı insan idi. 1275 nəfər əsir düşdü, 8 ailə tamamilə məhv edildi, 130 uşaq valideynlərindən birini, 230 ailə başçısını itirdi.
YAP Sədərək rayon təşkilatının Şura üzvü Maral Ələsgərova, Heydərabad qəsəbə orta məktəbinin müəllimi Məhərrəm Seyidov və başqaları çıxış edərək ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə obyektiv siyasi qiymət verildiyini vurğulayıblar. Onlar, həmçinin, bildiriblər ki, məhz dövlət başçımız İlham Əliyevin düşünülmüş xarici siyasəti nəticəsində Avropa Şurası kimi nüfuzlu bir qurum Ermənistanı təcavüzkar dövlət kimi tanıyıb, BMT Baş Assambleyası Azərbaycanın mövqeyini dəstəkləyib, digər qüdrətli dövlətlər də ölkəmizin haqlı olduğunu bildirib.
Tədbirdə Xocalı haqqında şeirlər səsləndirilib, məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiya təqdim edilib.
Sara ƏZİMOVA
Xəbər lenti
Hamısına baxGündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55

