“Cərimələr artırılmasa, ciddi itkilərin olması gözlənilir”
26.06.2020 [09:16]
“Bu gün hər bir Azərbaycan vətəndaşı dərk edir ki, hazırkı mürəkkəb tarixi şəraitdə ölkəmizin ərazi bütövlüyünün bərpası məsələsində arxalana biləcəyimiz yeganə güc məhz Azərbaycan Ordusudur. Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır və beynəlxalq reytinqlər də, həyat da bunu göstərir, bizim hərbi uğurlarımız da buna dəlalət edir. Bu gün Azərbaycan Ordusu ən müasir silahlarla, texnika ilə təchiz edilib, bu proses davam etdirilir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Ziyafət Əsgərov deyib.
Millət vəkilinin sözlərinə görə, ölkəmizin son illərdə dinamik inkişafı Silahlı Qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması ölkə başçısının fəaliyyətinin nəticəsidir: “Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordumuzun döyüş qabiliyyəti daha da yüksəlib, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, hərbçilərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb. Prezident, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrdə islahatların davam etdirilməsini, ordu quruculuğunun daha müasir metodlarla həyata keçirilməsini, döyüş hazırlığının ən müasir tələblərə cavab verə biləcək səviyyəyə çatdırılmasını prioritet vəzifələr kimi müəyyənləşdirməsi ordunun inkişafının əsasında dayanır. Ordu məsələlərinə yüksək diqqət Ermənistanla aparılan danışıqların ölkəmiz üçün ədalətli şəkildə yekunlaşmayacağı təqdirdə, işğal altında olan ərazilərin azad edilməsi üçün Azərbaycanın üstünlüyünü təmin edir. Azərbaycan Ordusu ən şərəfli missiyasının - torpaqlarımızın işğaldan azad edilməsi vəzifəsinin öhdəsindən gəlməyə hər an hazırdır”.
Ziyafət Əsgərov bu gün bütün dünyanın kabusuna çevrilmiş koronavirus (COVİD-19) pandemiyasından və Azərbaycanın bu istiqamətdə gördüyü işlərdən də danışıb. Onun sözlərinə görə, karantin qaydalarına vətəndaşlar tərəfindən əməl olunmur və bu da nəticədə sərt qaydaların tətbiq olunmasını zərurətə çevirir: “Vətəndaşlar tərəfindən məsuliyyətsiz şəxslərə qarşı ictimai qınaq artırılmalıdır. Qapalı yerlərdə maska taxmayana qarşı cərimə tətbiq edilməlidir. Eyni zamanda, qaydalara əməl etməyənlər vətəndaşlarımız tərəfindən tənbeh olunmalıdır. Çünki bu virusa yoluxan bir nəfər yüzlərlə, hətta minlərlə vətəndaşı yoluxdura bilər. Polis insanları virusdan qorumaq üçün gecə-gündüz fasiləsiz çalışır. Unutmaq olmaz ki, bir xəstənin müalicəsi üçün çox sayda həkim və tibb işçisi çalışır. Onlar gecə-gündüz kombinezonda, eynəkdə, maskada ağır durumda öz müqəddəs vəzifələrini yerinə yetirirlər. Müşahidələr göstərir ki, son dövrlər gənclərimiz arasında məsuliyyətsiz davranışlar artmaqdadır. Onlar elə düşünürlər ki, xəstəlik onlar üçün təhlükəli deyil. Ancaq onlar ciddi şəkildə yanılırlar. Bütün bu davranışlar aradan qaldırılmalıdır. Bütün qapalı yerlərdə - metroda, avtobuslarda, eləcə də alış-veriş mərkəzlərində, mağazalarda tibbi maskadan istifadə edilməməsinə görə cərimə tətbiq edilməlidir və bu cərimələr ikiqat artırılmalıdır. Maska taxmamaqla insanlar yalnız özlərinin deyil, digərlərinin də həyatlarını təhlükəyə atırlar. Maskanın taxılması virusun yayılmasının qarşısının alınmasına müəyyən qədər təsir edir. Hesab edirəm ki, vətəndaşlar inzibati resurslarla qaydalara məcburi tabe edilməlidir. Cərimələr artırılmasa, ciddi itkilərin olması gözlənilir”.
Xəbər lenti
Hamısına baxSosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10

