/ / Prezident İlham Əliyevin BMT Baş Assambleyasının COVİD-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edir
Prezident İlham Əliyevin BMT Baş Assambleyasının COVİD-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edir
30.06.2020 [13:10]
Dünyanı cənginə almış yeni növ koronovirus (COVİD-19) infeksiyası təkcə insanların sağlamlığına təhlükə yaratmayıb, həm də ciddi qlobal problemlərə səbəb olub, əksər ölkələrin iqtisadiyyatına olduqca mənfi təsir göstərib. Məlum olduğu kimi dünyanın hətta bır sıra inkişaf etmiş ölkələri belə bu infeksiyanın yayılması fonunda istər səhiyyə, istəsə də maliyyə-iqtisadi sahədə bır sıra problemlərlə baş-başa qalıb. Lakin həmin ölkələrdən fərqli olaraq Azərbaycan bu məsələdə də dünya üçün nümunə oldu. Ölkəmizdə yeni növ koronavirus infeksiyasına yoluxma qeydə alınan ilk andan insanların sağlamlığının və təhlükəsizliyinin qorunması, onların sosial müdafiəsinin təşkili, həmçinin pandemiyanın səbəb ola biləcəyi iqtisadi geriləmələrin qarşısının alınması, ölkə daxilində sahibkarlıq fəaliyyətinin mənfi təsirlərdən qorunması və bu kimi digər qabaqlayıcı tədbirlərin görülməsi dünya birliyi, həmçinin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən xüsusi şəkildə təqdir olundu.
Qeyd edək ki, qısa müddətdə dünyanın 200-dən çox ölkəsinə yayılan COVİD-19 qlobal səciyyə daşıdığına və qlobal təhdidlər yaratdığına görə ona qarşı mübarizədə beynəlxalq səviyyədə əlaqələndirilmiş fəaliyyət qurulmalıdır. Yalnız belə olan halda, pandemiyaya qarşı mübarizənin səmərəliliyini artırmaq mümkündür. Amma təəssüf doğuran haldır ki, qlobal təhdidlər yaradan pandemiyaya qarşı mübarizədə BMT-nin, onun əsas qurumları olan Baş Assambleya və Təhlükəsizlik Şurasının rolu görünmür. Məsələn BMT Təhlükəsizlik Şurasının xüsusi iclaslarının çağırılması təşəbbüsü fikir ayrılığına görə baş tutmayıb. Bütün bunların fonunda Azərbaycan dövlətinin sərgilədiyi mövqe isə tamamilə fərqli bir rakrusdan diqqət çəkir. Azərbaycan dövləti pandemiyaya qarşı ölkə daxilində ardıcıl mübarizə tədbirləri gördüyü kimi, beynəlxalq miqyasda da özünü çox məsuliyyətli dövlət kimi aparır, qlobal həmrəyliyin möhkəmlənməsinə fəal dəstək nümayiş etdirir.
Qeyd edək ki, Azərbaycan COVİD-19-la mübarizə məqsədilə indiyədək qlobal həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə ayırıb, 30-dan artıq dövlətə humanitar yardım göstərib. Qlobal pandemiya şəraitində Prezident İlham Əliyevin həmrəylik təşəbbüslərinin önəmini isə ayrıca vurğulamaq lazımdır. Məlum olduğu kimi, aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilib. Mayın 4-də isə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVİD-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü təşkil olunub. Bəhs olunan beynəlxalq tədbirlərin keçirilməsi təşəbbüsləri isə məhz Azərbaycanın dövlət başçısından gəlib. Zirvə görüşlərində Azərbaycan Prezidentinin həmrəylik təşəbbüsləri yüksək dəyərləndirilib, qlobal pandemiyaya qarşı səylərin əlaqələndirilməsinin, koordinasiya olunmuş fəaliyyət göstərilməsinin vacibliyi vurğulanıb.
Şübhəsiz ki, Azərbaycan Türk Şurasının və Qoşulmama Hərəkatının pandemiya şəraitində yüksək səviyyəli görüşlərini təşkil etməklə liderlik keyfiyyəti ortaya qoyub və qlobal səyləri birləşdirib. Qeyd edək ki, tərkibində 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatı BMT-dən sonra dünya dövlətlərinin təmsil olunduğu ikinci ən böyük siyasi təsisatdır. Azərbaycanın dövlət başçısının pandemiya ilə mübarizədə qlobal həmrəyliyin möhkəmləndirilməsinə xidmət edən növbəti təşəbbüsü BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi ilə bağlıdır. Prezident İlham Əliyev bu təklifi Qoşulamama Hərəkatının yuxarıda bəhs olunan Zirvə görüşündə çıxışı zamanı səsləndirib.
Qeyd edək ki, BMT-nin təsis olunmasından indiyə qədər Baş Assambleyanın xüsusi sessiyaları məhdud sayda keçirilib. Azərbaycan Prezidentinin təklifi Nyu Yorkda Qoşulamama Hərəkatının 120 üzv ölkəsi arasında yekdilliklə razılaşdırılıb. Bunun ardınca Qoşulmama Hərəkatının Sədri, Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatı ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə BMT baş katibi Antonio Quterreşə müraciət ünvanlayıb. Öz növbəsində qurumun Baş katibi 28 may tarixində BMT Baş Assambleyasının “Prosedur Qaydaları” adlı sənədinin 9 (a) bəndinə uyğun olaraq bütün üzv ölkələrə müraciət ünvanlayaraq 30 gün müddətində, yəni 27 iyun tarixinə qədər təşəbbüsə dair münasibət bildirilmələrini xahiş edib. Qaydalara əsasən, BMT-yə üzv ölkələrin çox hissəsi (97 ölkə kifayətdir) təşəbbüsə dəstək verdiyi təqdirdə, xüsusi sessiya təşkil olunmalıdır. Verilən rəsmi məlumatlara görə, sözügedən müddətin bitməsinə qədər dünyanın bütün regionlarını əhatə edən 130-a qədər ölkə təşəbbüsə dəstək verdikləri barədə Baş katibin ofisini məlumatlandırıblar. Beləliklə, BMT üzvü olan 130-dək dövlətin Qoşulmama Hərəkatının Sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünü dəstəkləməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın və hörmətin növbəti göstəricisidir. Ümid edirik ki, xüsusi sessiya pandemiyaya qarşı mübarizədə beynəlxalq ictimaiyyətin tam səfərbər olunmasına şərait yaradacaq və bu qlobal təhdidə qarşı qlobal cavabın tapılmasına öz müsbət töhfəsini verəcək.
Rafiq Əliyev
YAP Yevlax rayon təşkilatının Aparat rəhbəri
Xəbər lenti
Hamısına baxTurizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49

