Allahşükür Paşazadə dünyanı Xocalı hadisələrini soyqırımı kimi tanımağa çağırıb
24.02.2010 [09:31]
QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə bildirilir: “Azərbaycan Respublikasının milyonlarla vətəndaşının iradə və hisslərini ifadə edərək, dinindən, dilindən, irqindən və milli mənsubiyyətindən asılı olmayaraq bütün dünya ictimaiyyətinə, dövlət rəhbərlərinə, parlamentlərə və beynəlxalq təşkilatlara üz tuturam. Hesab edirəm ki, cahanda elə bir xalq, elə bir din olar bilməz ki, ümumbəşəri mənəvi dəyərləri inkar etsin, zor, qətl, təcavüz kimi qeyri-humanist əməllərə haqq qazandırsın, qanlı cinayətlərə bəraət versin.
Bəşəriyyət insanlığa qarşı cinayətləri daima nifrətlə damğalayıb, insan sifətini itirmiş qatillərin əməllərini həmişə lənətləyib. Lakin təəssüflə qeyd olunmalıdır ki, dünya tarixinin qanlı səhifələrindən birini təşkil edən, Xatın, Lidise kimi bəşəri müsibətlərlə bir sırada duran Azərbaycan şəhəri Xocalının faciəsi hələ də tarixin mühakiməsinə verilməyib, bu, misli görünməmiş soyqırımı faktı layiqli siyasi qiyməti almayıb.
Bəşəriyyətin qan yaddaşında ikili standartlar yolverilməzdir, lakin artıq 18 ildir ki, barəsində aləmə car çəkdiyimiz Xocalı faciəsi bu günədək dünya səviyyəsində qınaq obyektinə çevrilməyib, onun baiskarları lənətlənməyib. 1992-ci il fevralın 26-da Xocalının 10 mindən artıq dinc, silahsız, müdafiəsiz əhalisinin erməni quldurlarının amansız basqınına məruz qalması, 613 nəfərin qətlə yetirilməsi, qocalara, uşaqlara, hamilə qadınlara belə rəhm olunmaması, 1275 nəfərin əsir götürülərək ağır işgəncələrə məruz qalması, meyitlərin üzərində təhqiramiz həqarətlər edilməsi kimi vəhşiliklərə biganə qalmaq bəşəriyyətə baş ucalığı gətirə bilməz”.
Müraciətdə qeyd olunur ki, bütün dünya hər bir cinayətkarın, terrorçunun milli və dini mənsubiyyətindən asılı olmayaraq məsuliyyətə cəlb olunmalı və beynəlxalq hüquq qarşısında cavab verməli olduğunu sözdə etiraf edir: “Lakin acı reallıq ondan ibarətdir ki, erməni ekstremistləri törətdikləri cinayətlərə görə hələ də cəza almayıb, heç bir beynəlxalq qurumun, hətta BMT-nin qətnamələrinə məhəl qoymadıqları halda onlara qarşı heç bir sanksiya tətbiq olunmayıb. Azərbaycana qarşı zaman-zaman törətdiyi vəhşiliklər cəzasız qaldığına görə, ərazimizin 20 faizini işğal etmiş, milyonlarla azərbaycanlını doğma yurdlarından didərgin salmış erməni ekstremistləri öz təcavüzkarlıq planlarından əl çəkməyib, qəsb etdiyi torpaqlarda vandalizm aktları həyata keçirərək mədəniyyət abidələrini, məscid və qəbiristanlıqları xarabalığa çevirib, maddi və mənəvi terror gerçəkləşdirib, tarixi sənəd və əşyaları mənimsəyərək özününküləşdirib. Bəs görəsən, tarix boyu yüz minlərlə dinc azərbaycanlını qətlə yetirmiş erməni terrorçuları daha nələr törətməlidirlər ki, dünya onları cinayətkar kimi damğalasın?! Görəsən nə vaxtadək ədalətə deyil, erməni lobbisinin maraqlarına üstünlük veriləcək?!
Qəsbkar siyasət yeridən erməni ekstremistləri cəzasız qalmalarından ruhlanaraq, qəsb etdikləri torpaqları işğal altında saxlayır, atəşkəsi mütəmadi olaraq pozmağa cəhd edir, sülh danışıqları prosesində konstruktivlik görüntüsü yaradaraq beynəlxalq ictimai rəyi aldadır və problemin həllini bilərəkdən yubadır. Dünya ictimaiyyəti sayıq olmalı, erməni ekstremistlərinin məkrli təbliğatına uymamalı, özgə torpaqlarına göz dikən terrorçu dövlətin törətdiyi insan əxlaqına, beynəlxalq hüquqa zidd qanlı qırğını öz adı ilə çağırmalıdır.
Mən, din xadimi olaraq, bütün dünya xalqlarına sülh, səadət, əmin-amanlıq və rifah diləyirəm. üzümü dünya ölkələrinin dövlət başçılarına, parlamentlərinə, xalqlarına və beynəlxalq təşkilatlarına tutaraq, Azərbaycana qarşı erməni ekstremistlərinin təcavüzünə və vəhşiliklərinə prinsipial hüquqi qiymət verməyə, xalqımızın faciəsinə biganə qalmamağa, Xocalı müsibətini insanlığa qarşı soyqırımı aktı kimi tanımağa çağırıram.
O Bir Olan Yaradan müqəddəs dəyər olan insan həyatına edilən qəsdə göz yumulmasını heç zaman bağışlamaz. Rəbbimiz qarşısında, bəşəriyyət qarşısında vicdan naminə müqəddəs borcumuz ədalətin zəfər çalmasına nail olmaqdır.
Qoy Uca Yaradan hamımıza savab əməllərdə və ədalətli olmaqla yardımçı olsun!”
Xəbər lenti
Hamısına baxGündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

