/ / Müasir beynəlxalq münasibətlər sisteminin güclü aktoru olan Azərbaycan dünyada böyük etimad qazanıb
Müasir beynəlxalq münasibətlər sisteminin güclü aktoru olan Azərbaycan dünyada böyük etimad qazanıb
03.07.2020 [08:48]
Ekspertlərin fikrincə, Prezident İlham Əliyevin BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının təşkil olunması ilə bağlı təşəbbüsünün beynəlxalq səviyyədə dəstəklənməsi ölkəmizin yüksək nüfuzunun daha bir nümunəsidir
Müstəqil Azərbaycan dövləti beynəlxalq münasibətlər sistemində milli maraqlarını qətiyyətlə qoruyan, qlobal təhlükəsizliyə təhdid hallarının aradan qaldırılmasına böyük səy göstərən dövlət kimi tanınır. Belə ki, dövlətimiz yeni növ koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizədə də dünya dövlətlərinin və beynəlxalq təşkilatların fəaliyyətinin koordinasiyalı şəkildə qurulmasına hesablanan təşəbbüslərlə çıxış edir. İndiyədək Azərbaycanın təşəbbüsü ilə qlobal pandemiya ilə mübarizə mövzusunda Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının Təmas Qrupunun videokonfrans formatında Zirvə görüşləri keçirilib. BMT-dən sonra ən böyük təsisat olan Qoşulmama Hərəkatının Sədri kimi Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının təşkil olunması ilə bağlı təşəbbüsü də beynəlxalq birlik tərəfindən rəğbətlə qarşılanıb.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Sevinc Hüseynova bildirib ki, Prezident İlham Əliyevin BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə COVİD-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təklifinin dünyanın 130-dan çox ölkəsi tərəfindən dəstəklənməsi beynəlxalq aləmdə ölkəmizə olan böyük etimadın daha bir göstəricisidir. Onun sözlərinə görə, dünya ölkələri bu təşəbbüsü vaxtında və çox ehtiyac duyulan bir təşəbbüs kimi dəyərləndirirlər: “Bu həm də onu göstərir ki, Azərbaycan beynəlxalq aləmdə ən nüfuzlu ölkələrdən biri kimi qəbul edilir və cənab Prezident İlham Əliyev qlobal düşüncəyə, qlobal baxışa və qlobal liderliyə malik olan bir dövlət başçısıdır. Bildiyiniz kimi, COVİD-19 pandemiyası II Dünya müharibəsindən sonra bəşəriyyətə ən böyük faciə yaşadan bir bəladır və bu problemə də qlobal səviyyədə qiymət verilməli, ondan çıxış yolları beynəlxalq müstəvidə axtarılmalıdır. Pandemiyanın ilk günlərindən Azərbaycan həm ölkə ərazisində, həm də regional və beynəlxalq səviyyədə çoxşaxəli fəaliyyət göstərərək səmərəli addımlar atıb. Azərbaycan tək ölkə daxilində deyil, beynəlxalq səviyyədə də bu bəlaya qarşı mübarizədə fəal iş aparıb, o cümlədən 30-dan artıq ölkəyə yardımar göstərib, Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə edib”.
Millət vəkili vurğulayıb ki, koronovirus pandemiyası real təhdidə çevrilməyə başlayanda buna qarşı birgə tədbirlər almaq üçün ilk dəfə Prezident İlham Əliyev beynəlxalq tədbirin keçirilməsi təşəbbüsü ilə çıxış edərək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sədri statusunda bu təşkilatın dövlət və hökumət başçıları səviyyəsində aprel ayında fövqəladə Zirvə görüşü keçirdi: “Eyni zamanda, cənab Prezident İlham Əliyevin 120 ölkəni öz sıralarında birləşdirən Qoşulmama Hərəkatının (QH) Sədri kimi təşəbbüsü ilə 2020-ci il mayın 4-də QH-nin Təmas Qrupunun COVİD-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə Görüşü təşkil edildi. Bu tədbirdə Qoşulmama Hərəkatı üzv dövlətləri ilə yanaşı, BMT-nin Baş Katibi, BMT Baş Assambleyasının Prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək çinli nümayəndələri də iştirak etdilər”.
Deputat əlavə edib ki, BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsü dünya miqyasında geniş dəstək aldığı halda, buna qarşı çıxış edən yeganə dövlət Ermənistan oldu: “Bütün dünya COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etdi və bir daha özünün iç üzünü nümayiş etdirdi. Bütün dünya bir daha Ermənistanın əsl irticaçı mahiyyətinin şahidi oldu”.
“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə qeyd edib ki, COVID-19 pandemiyası başlanan vaxtdan Prezident İlham Əliyevin koronavirusa qarşı regional və qlobal səviyyədə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə irəli sürdüyü təşəbbüslər dövlətimizin başçısının yüksək liderlik keyfiyyətlərinin bariz nümunəsi kimi dəyərləndirilməlidir. Onun sözlərinə görə, böhran vəziyyətlərində çıxış yolu tapmaq, qətiyyətli davranmaq, çevik və rasional qərarlar qəbul etmək, xalqı vahid hədəflər ətrafında birləşdirmək, milli həmrəyliyi təmin etmək yüksək liderlik keyfiyyətləridir: “Prezident İlham Əliyevin təşəbbüsləri və səyləri nəticəsində Azərbaycan və onun paytaxtı qlobal humanitar problemlərin müzakirə olunduğu, mədəniyyətlərarası dialoqon təşviq edildiyi bir platformaya çevrilib. Əslində, ölkəmiz dünyada baş verən proseslərə qlobal baxış nümunəsini hələ pandemiyadan xeyli öncə yaratmışdı. Bu səbəbdən də COVID-19-a qarşı mübarizə mövzusunda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının dövlət və hökumət başçılarının və Qoşulmama Hərəkatının Təmas Qrupunun zirvə görüşləri ilə bağlı Prezident İlham Əliyevin təşəbbüsləri böyük dəstək qazandı və beynəlxalq həmrəyliyin, qlobal məsuliyyətin nümunəsi kimi qəbul edildi. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürməsi və təklifin yekdilliklə qəbul olunması ölkəmizə və onun liderinə olan yüksək etimadın nümunəsi kimi mühüm əhəmiyyətə malikdir”.
E.Mirzəbəyli bildirib ki, Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsü dünyanın bütün regionlarını əhatə edən dövlətlər tərəfindən dəstəklənib. Dövlətlər tərəfindən bu məsələ ilə əlaqədar BMT Baş katibinə ünvanlanan məktublarda Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün vaxtında irəli sürülmüş və çox ehtiyac duyulan təşəbbüs olduğu vurğulanır. Baş redaktorun fikrincə, bəşəriyyət üçün böyük təhlükə yaradan, insanlığı çətin sınaq qarşısında qoyan COVİD-19 virusunun tüğyan elədiyi bir zaman kəsiyində Azərbaycanın nümayiş etdirdiyi mövqe, irəli sürdüyü təşəbbüslər və atdığı addımlar, şübhəsiz ki, ölkəmizin təkcə beynəlxalq münasibətlər sistemindəki mövqeyini deyil, həm də bəşər tarixindəki yerini də möhkəmləndirəcək.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06

