Türkiyə koronavirusla mübarizədə dəstək məqsədilə Azərbaycana humanitar yardım göndərib
07.07.2020 [09:59]
İyulun 5-də qardaş ölkə Türkiyə yeni növ koronavirusla (COVID-19) mübarizədə dəstək məqsədilə Azərbaycana humanitar yardım göndərib.
AZƏRTAC xəbər verir ki, yardıma 30 ədəd süni tənəffüs aparatı, 55 min ədəd kombinezon, 50 min ədəd N95 maska, 100 min ədəd cərrahi maska, 5 min tibbi eynək, 200 min əlcək və virusun müalicəsində istifadə olunan 40 min qutu müxtəlif dərman preparatı daxildir.
Qardaş ölkənin bu addımının yüksək qiymətləndirildiyini vurğulayan Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə müsahibəsində deyib: “Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, biz bir millət, iki dövlətik. Azərbaycan və Türkiyə hər bir məsələdə olduğu kimi, COVID-19-a qarşı mübarizədə də birlikdədirlər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birbaşa təşəbbüsü ilə Azərbaycana çatdırılan bu yardım, bizim qardaşlığımızın bariz nümunəsidir. Azərbaycan və Türkiyə beynəlxalq müstəvidə də COVID-19-a qarşı mübarizədə birgə səy göstərirlər. Azərbaycan da 30-dan çox ölkəyə yardım göndərib, həmçinin Ümumdünya Səhiyyə Təşkilatına da dəstək göstərib”.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral iki qardaş ölkə arasında sıx əlaqələrin olduğunu bildirib. Qeyd edib ki, Türkiyə koronavirus pandemiyasının yayılmasından bu günə qədər yüzə yaxın ölkəyə tibbi, qoruyucu ləvazimat yardımı göstərib, dərman preparatları göndərib.
Səfir vurğulayıb ki, Türkiyə virusla mübarizədə ancaq bütün ölkələrin əməkdaşlığı və həmrəyliyi ilə uğur qazanacağına inanır və hazırda yaşadığımız bu fövqəladə dövrdə, pandemiya ilə qlobal mübarizəyə öz töhfəsini vermək üçün maksimum səy göstərir: “Bu gün etdiyimiz bu yardım qardaş Azərbaycanın mübarizəsinə töhfə xarakteri daşıyır. Aramızdakı yaxın münasibətlərin nəticəsi olan bu yardım iki ölkənin dövlət başçıları - cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğanın hər fürsətdə nümayiş etdirdikləri qardaşlığın təzahürüdür. Fürsətdən istifadə edərək virus səbəbi ilə vəfat edən bacı və qardaşlarımızın yaxınlarına başsağlığı verir, xəstələrə tez bir zamanda şəfa diləyirik”.
Xəbər lenti
Hamısına baxSosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31

