İranın "Səhər" telekanalı Azərbaycanda ictimai-siyasi vəziyyəti gərginləşdirməyə xidmət edir
02.03.2010 [08:04]
“İranla Azərbaycan qonşu, mədəniyyəti, dili, dini, yaşam tərzi bir-birinə yaxın olan dövlətlərdir. Bizim müştərək dövlətçiliyimiz olub. İranla normal münasibətlər qurmaq Azərbaycan dövlətinin xarici siyasətinin prioritet istiqamətlərindən biridir”. APA-nın xəbərinə görə, bunu Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov jurnalistlərin Təbrizdəki konsulluğun binası qarşısında Azərbaycan bayrağının yandırılması barədə sualı cavablandırarkən deyib.
Ə.Həsənov İran tərəfində də, bəzən Azərbaycanla münasibətlərin normal olmamasını istəyənlərin olduğunu bildirib: “Onlar bu münasibətləri korlamaq istiqamətində fəaliyyət göstərirlər. Biz Azərbaycan dövləti olaraq belə cəhdlərə qarşıyıq. Bu cəhdlərin qarşısını almaq üçün fəaliyyət göstəririk”.
Şöbə müdiri bütün bunları dövlətlə bağlamağın düzgün olmadığını vurğulayıb: “Bununla belə, təəssüflər olsun ki, bəzən İran tərəfindən belə cəhdlərə qarşı yetərincə tədbirlər görülmür. Xüsusilə qeyd etmək lazımdır ki, İranın “Səhər” telekanalı Azərbaycanda ictimai-siyasi vəziyyəti gərginləşdirməyə, qonşu dövlətin həyatındakı prosesləri inkar etməyə, onun mahiyyətini dəyişməyə və saxtalaşdırmağa xidmət edir. Belə cəhdlərə qarşı da biz dövlət olaraq öz səsimizi qaldırır, İranın lazımı instansiyalarına bununla bağlı iradlarımızı bildiririk”.
Prezident Administrasiyanın ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, həmçinin, müdafiə naziri Səfər Əbiyevin bəyanatı ilə bağlı deyib ki, müdafiə naziri özü verdiyi bəyanatın məsuliyyətini bilir: “Ona görə də bu bəyanata siyasi şərh verməyə ehtiyac yoxdur”.
Əli Həsənov qeyd edib ki, Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, Azərbaycan Dağlıq Qarabağ probleminin həlli ətrafında aparılan danışıqların potensialının bitmədiyini düşünür və ona görə də bu danışıqlarda iştirak edir: “Amma Azərbaycan nə zaman hiss etsə ki, danışıqlar potensialı tükənib, danışıqlar yalnız danışıq xətrinə aparılır, o zaman özünün ixtiyarında olan bütün vasitələrlə ərazi bütövlüyünü, suveren və pozulmuş hüquqlarını bərpa etmək istiqamətində addımlar atacaq”.
Prezident Administrasiyasının rəsmisi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların hazırda Praqa prosesi çərçivəsində və Madrid prinsipləri ətrafında aparıldığını deyib: “ATƏT həmsədrlərinin təklifləri hər iki respublikaya təqdim olunub və bu təkliflər ətrafında fikir mübadiləsi aparılır. Lakin danışıq aparan tərəflər bundan artıq məlumat verməyiblər. Bundan sonrakı proseslər necə olacaq, hansı mərhələdə bu təkliflərin razılaşdırılması gözlənilir, bu barədə bundan artıq heç nə bilmirəm”.
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58

