/ / GUAM Parlament Assambleyasının sədri Ermənistan-Azərbaycan sərhədindəki son qarşıdurmalarla bağlı bəyanat yayıb
GUAM Parlament Assambleyasının sədri Ermənistan-Azərbaycan sərhədindəki son qarşıdurmalarla bağlı bəyanat yayıb
18.07.2020 [01:37]
Biz Azərbaycanın Tovuz rayonunda həm hərbçilərin, həm də mülki şəxslərin həlak olmasına səbəb olan, Ermənistan-Azərbaycan sərhədi boyunca Ermənistan silahlı qüvvələri tərəfindən zorakılığın artmasından olduqca narahatıq. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və Ermənistan Respublikasını təcavüzkar hərbi siyasət və təxribata dərhal son qoymağa çağırırıq.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Ermənistan-Azərbaycan sərhədindəki son qarşıdurmalarla əlaqədar GUAM Parlament Assambleyasının sədri Elnur Allahverdiyevin bəyanatında yer alıb.
Bəyanatda deyilir: “Biz təəssüf edirik ki, Azərbaycan ərazilərinin, yəni, Dağlıq Qarabağ və ətraf yeddi rayonun erməni işğalı 30 ilə yaxındır ki, davam etməkdədir. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb etməsinə baxmayaraq, Ermənistan beynəlxalq birliyə etinasızlıq göstərməyə davam edir. Sərhəd boyunca Ermənistan tərəfindən törədilmiş son zorakılıq rəsmi Yerevanın Azərbaycan torpaqlarının işğalına son qoymaqda və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaqda maraqlı olmamasının daha bir əyani sübutudur.
Biz beynəlxalq birliyin COVID-19 ilə mübarizə apardığı bir zamanda Ermənistanın BMT Baş katibinin COVID-19 səbəbindən ümumbəşəri atəşkəsə dair təşəbbüsünü dəstəkləyərək öz üzərinə götürdüyü öhdəliyə əməl etməyərək Azərbaycan qarşı hücuma başlaması faktından olduqca narahatıq.
Biz aşkar şəkildə üzv olduğu hərbi-siyasi təşkilatların Azərbaycan Respublikası ilə münaqişəyə cəlb edilməsi məqsədini güdən Ermənistan Respublikasının təhlükəli hərbi addımlarını diqqətlə izləyirik. Ermənistanın bu məqsədi qəbuledilməzdir. Belə ki, Cənubi Qafqaz regionunda siyasi-hərbi vəziyyət artıq olduqca həssasdır və regiondankənar hər hansı müdaxiləyə davam gətirə bilməz.
Buna görə də biz Ermənistan Respublikası rəhbərliyini gələcək eskalasiyanın qarşısını almaq üçün dərhal Azərbaycan ilə sərhəddə bütün hərbi əməliyyatlara və silahlı qarşıdurmalara son qoymağa, atəşkəs rejimini bərpa etməyə və gərginliyi artıran hər hansı addımlardan çəkinməyə, beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü kimi beynəlxalq norma və prinsiplərə müvafiq olaraq münaqişənin dərhal həlli ilə əlaqədar öhdəliklərini icra etməyə çağırırıq.
Ermənistan-Azərbaycan sərhədində son dövrdə şiddətin artması və qalmaqda olan gərginlik və hərbi əməliyyatları nəzərə alaraq, mən sədr olaraq növbəti həftədə Ermənistan Respublikasının Azərbaycana qarşı zorakılığı və onun səbəb olduğu nəticələrin müzakirəsi üçün GUAM Parlament Assambleyasının növbədənkənar Büro iclasının keçirilməsinə çağırış edirəm”.
Xəbər lenti
Hamısına baxİdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50

